​Türkiyə Moskvaya İrəvan şərti qoyub – “Qraparak”

Dmitriy Medvedyev İrəvana kəşfiyyata gəlir.
Bunu Ermənistan qəzeti “Qraparak” yazıb.
“Avrasiya İttiaqının Moskvadakı son iclasında Dmitri Medvedyev Avrasiya İttifaqı-İran münasibətləri ilə bağlı çox maraqlı fikirlər səsləndirdi. O, İranın ittifaqdan hər şey alacağını, amma əvəzində heç nə verməyəcəyini bildirdi”, - qəzetin mənbəsi qeyd edib.
Məqalədə bildirilib ki, ekspertlərin əksəriyyətinin fikrincə, əsas problem Türkiyə-Azərbaycan tandemidir. Rusiya onların Avrasiya İttifaqına qoşulmasında daha çox maraqlıdır:
“Məsələ ondadır ki, Türkiyə bir müddət öncə Rusiyaya Ermənistanın Avrasiya İttifaqından çıxacağı halda bura girəcəyini bəyan etmişdi. Çoxlarının fikrincə, Medvedyevin İrəvana səfərinin əsas məqsədi Türkiyəyə Ermənistanla olan "strateji" tərəfdaşlığının önəmini göstərmək yox, Ermənistan-Avropa Birliyi assosiasiya sazişinin imzalanmasının qarşısını almaq üçün fürsətin olub-olmadığını anlamaq cəhdidir”.