Axtarış

The search found 105785 results in 0.077 seconds.

Search results

  1. ​Pentaqon təsdiqlədi: BAĞDADİ HƏLƏ DƏ YAŞAYIR

    Səs yazısı üzərində aparılan araşdırmalardan sonra bəlli oldu ki, İŞİD lideri Əbubəkr Bağdadi yaşayır.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon deyib.
    “ABŞ kəşfiyyat qurumları həmin səs yazısının Bağdadiyə aid olduğunu təsdiqlədi. Məntiqi olaraq bu səs yazısı Bağdadinin ən azı bu yaxın günlərə qədər yaşadığının göstəricisidir. Onun yerini hamıdan çox bilmək istəyirik”, - Pahon vurğulayıb.

    Muxalifet2 - 5-10-2017

  2. Gənc qızlarda xərçəng artıb – “Nənə, ana və xalada bu xəstəlik olubsa...”

    Azərbaycanın tanınmış mammoloq onkoloqu Rəna Abdullayeva  gənc qızları və valideynləri diqqətli olmağa çağırıb.
     
    Muxalifet.az
    bildirir ki, o, gənc qızlarda xərçəng xəstəliyinin sürətlə yayıldığını deyib:

    Muxalifet2 - 5-10-2017

  3. ​Rusiyada dəhşətli qəza: 17 ÖLÜ

    Rusiyanın Vladimirski vilayətində “Sankt-Peterburq – Nijni Novqorod” marşrutu üzrə hərəkətdə olan qatar avtobusla toqquşub.
    TASS xəbər verir ki, baş vermiş dəhşətli qəza nəticəsində 17 nəfər dünyasını dəyişib. Ölənlər arasında 3 uşağın olduğu bildirilir.
    Qəza zamanı avtobusda ümumilikdə 56 nəfər olub.

    Muxalifet2 - 6-10-2017

  4. Gədəbəydə kişi keçmiş ARVADININ BAŞINI KƏSDİ

    Gədəbəydə qətl hadisəsi törədilib.
    APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.
    Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.
    Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

    Muxalifet2 - 6-10-2017

  5. DÇ-2018: Bu gün daha 3 qrupda 9 oyun keçiriləcək

    Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun növbəti görüşləri keçiriləcək.
     
    Turun ikinci oyun günündə D, G və İ qruplarında 9 qarşılaşma oynanılacaq.
    İ qrupunda yer alan Türkiyə millisi İslandiyanı qəbul edəcək. "Ay-ulduzlular" Eskişehir stadionundakı matçdan qalib ayrılacaqları təqdirdə, ən azı ikinci pilləyə yüksələcəklər. Mirça Luçeskunun baş məşqçi olduğu komandanın liderə çevrilməsi üçün isə Xorvatiyanın Finlandiya ilə ev oyununda xal itirməsi lazımdır.

    Muxalifet - 6-10-2017

  6. Neftin qiyməti qalxır – SƏBƏB AÇIQLANDI

    Əgər 11 ölkədən əlavə OPEK+ təşəbbüsünə yeni iştirakçılar qoşulsa, eyni zamanda, iki ay ərzində müxtəlif ölkələrin neft nazirləri, hökumət başçıları da bu prosesə dəstək versə, bu, dünya neft bazarında pozitiv fikirlər formalaşdıracaq.
    Bunu Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, ötən günlə müqayisədə neftin qiymətində elə bir artım olmasa da, yeni müsbət tendensiya müşahidə olunmaqdadır.

    Muxalifet2 - 6-10-2017

  7. Avtobus yol kənarında duran piyadanı vurub – BAKIDA

    Sürücü saxlanılıb
     
    Bakının mərkəzində sərnişin avtobusu gənc oğlanı vurub.
    Yol-nəqliyyat hadisəsi Nəsimi rayonu ərazisində qeydə alınıb.
    Rəşid Behbudov küçəsində yol kənarında dayanan 1992-ci il təvəllüdlü Mənsimov Aqşin Mehman oğlunu 88 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları avtobusun sürücüsünü saxlayıb.

    Muxalifet - 6-10-2017

  8. 65 yaşadək kişilərdə ölüm faizi - AZƏRBAYCANDA

    Kişilər arasında ölüm hallarının təqribən 30 faizi onların payına düşür
     
    Azərbaycan Avropada 65 yaşınadək olan kişilərin ölüm faizinin daha yüksək olduğu ölkələr sırasına düşüb.
    Bu barədə Dünya Bankının BMT-nin 2017-ci il üzrə əhali sayının tədqiqinə əsaslanan məlumatında bildirilir.
    Azərbaycanda kişilər arasında ölüm hallarının təqribən 30 faizi 65 yaşadək olan şəxslərin payına düşür.

    Muxalifet - 6-10-2017

  9. Ev sahibi qonağın başında külqabı sındırıb

    Davaya yeyib-içmək məclisinə görə qonaqdan pul istənilməsi səbəb olub
     
    Bakının Sabunçu rayonunun Xəstəxanayanı küçəsində döyülmə hadisəsi baş verib.
    28 yaşlı Salyan rayon sakini Əhmədov İsmayıl Ələsgər oğlu qeyd edilən ünvanda yaşayan dostu tərəfindən yeyib-içmək məclisinə dəvət edilib.
    Məclisin sonunda ev sahibi İ.Əhmədovdan qonaqlığa görə pul istəyib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə ev sahibi qonağı döyərək onun baş nahiyəsində külqabı ilə xəsarət yetirib.

    Muxalifet - 6-10-2017

  10. "Barselona" Kataloniyada siyasi vəziyyətin həlli üçün dialoqa çağırıb

    Kataloniyalıların öz gələcəklərinə dair qərar qəbul etmək istəklərinə hörmət göstərmək lazımdır
     
    "Barselona" futbol klubu siyasi qüvvələri İspaniyanın tərkibindən çıxmaq niyyətində olan Kataloniyada siyasi vəziyyətin həlli üçün dialoqa çağırır.
    Bu barədə klubun saytına yerləşdirilən rəsmi bəyanatda deyilir.

    Muxalifet - 6-10-2017

  11. Dəmiryolu işçisini qatar vurub – KEŞLƏDƏ

    Yaralı qapalı kəllə-beyin travması alıb
     
    "Azərbaycan Dəmir Yolları" QSC-də fəhlə işləyən kişini teplovoz vurub.
    Hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib.
    Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.

    Muxalifet - 6-10-2017

  12. Rusiya Dövlət Dumasının Komitə sədri: "Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır"

    "MDB dövlət başçılarının görüşündən bu təşkilatı irəli aparacaq yeni qərarların qəbul olunmasını gözləyirik".
    Bunu "Report"un Rusiya bürosuna Dövlət Dumasının MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov deyib.
    Növbəti həftə Soçidə başlayacaq MDB dövlət başçıları sammitini şərh edən rusiyalı parlamentari qeyd edib ki, son vaxtlar bu təşkilat yenidən siyasi çəki qazanmağa başlayıb.
    Duma komitəsinin sədri, həmçinin postsovet məkanındakı inteqrasiya proseslərində rus dilinin rolunu xüsusi vurğulayıb.

    Muxalifet2 - 6-10-2017

  13. “Kürdüstanı diz çökməyə vadar edəcəklər…” - Zərdüşt Əlizadə

    Türkiyə və İran müsəlman Şərqinin iki böyük, inkişaf etmiş, güclü dövlətləri olmaqla öz aralarında körpülər qurur, əməkdaşlığa başlayır və bu, həm müsəlman dünyası, həm də bölgənin sabitliyi üçün müsbət hadisədir.
     
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərini şərh edən politoloq Zərdüşt Əlizadə belə deyib.
    O qeyd edib ki, görüş zamanı əsasən, İraq Kürdüstanında referendum məsələsinə toxunulub:

    Muxalifet - 6-10-2017

  14. “Gec, ya tez, Qarabağda müharibə qaçılmazdır” - Eks-nazir

    Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağ probleminə dair danışıqlar prosesi, regionda və dünyada baş verən hadisələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
     
     Onunla müsahibəni təqdim edirik.
     

    Muxalifet - 6-10-2017

  15. Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

    MDB Dövlət Duması Komitəsinin Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclası dekabrda Bakıda keçiriləcək
    "Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir".
    Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.
    Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.

    Muxalifet2 - 6-10-2017

  16. Polşa yığması erməniləri biabır etdi - Video

    Polşa yığması futbol üzrə DÇ-2018-in 9-cu turunun E qrupu matçında İrəvanda Ermənistan millisini 6:1 hesabı ilə darmadağın edib.
     
    Polyakların heyətində Robert Levandovski het-trik edərək 50 qol ilə milli komanda tarixində ən yaxşı bombardir olub.
    Hazırda Polşa yığması qrupda birinci yeri tutur və Monteneqro-Danimarka matçında heç-heçə qeydə alınacağı təqdirdə artıq bu gün Rusiyada keçiriləcək dünya çempinatının final mərhələsinə vəsiqəni təmin etmiş olacaq./publika.az

    Muxalifet - 6-10-2017

  17. Uşaq evində YANĞIN: 6 UŞAQ DİRİ-DİRİ YANDI

    Braziliyanın Minas Geris kəndində fəaliyyət göstərən uşaq evi yandırılıb.
    Gecə saatlarında baş verən hadisə nəticəsində 6 uşaq yanaraq həlak olub. 40 nəfərdən çox uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb.
    Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yaralılar isə kəndin yaxınlığındakı xəstəxanaya aparılıb.
    Yanğının bilərək törədildiyi iddia edilir. Hadisəni törədənin kimliyini müəyyənləşdirmək istiqamətində işlər aparılır.

    Muxalifet2 - 6-10-2017

  18. Rəşad Sadıqov futbol karyerasını başa vurdu: "Hamı haqqını halal etsin"

    "Rəqibin güclü olduğunu oyundan qabaq da qeyd etmişdik. Matçdan əvvəl turnir cədvəlində bizdən geridə olsalar da, səviyyəli komandadır. Çox top itkisinə yol verdik Çexiya millisi isə əlinə düşən fürsətlərdən yaxşı yararlandı". 

    Muxalifet - 6-10-2017

  19. ABŞ əsas hədəfini açıqladı: İlk ölkə olacağıq...

    Amerikalıların Aya geri qayıtması ölkənin qarşısında duran əsas strateji məqsədlərdən biri idi. 
    Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens söyləyib. 
    “ABŞ-ın Ayda öz mövcudluğunu yeniləməsi əsas strateji məqsədimizdir. Bunu həll etdikdən sonra Amerika dünyada Marsa insan göndərən ilk ölkə olacaq”, – deyə o bildirib.

    Muxalifet2 - 6-10-2017

  20. ​Sumqayıtda yaşayış binasında yanğın - 15 SAKİN TƏXLİYƏ OLUNDU

    Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları 5 kv.m sahədə yanıb.
    Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 6-10-2017

Pages