İrəvan Rusiya ağalığından çıxmaqdan İMTİNA EDİR

Ermənistan parlamentindəki 4 siyasi qüvvədən 3-ü Ermənistanın Avrasiya İttifaqından çıxmağının əleyhdarıdır. 
Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov söyləyib. 
“Mən Yelk Blokunun seçki zamanı Avrasiya İttifaqına qarşı olan bəyanatlarını eşitməmişəm. Əgər bu blok ittifaqa qarşı olsaydı, 7% səs toplaya bilərdimi? Ermənistan əhalisinin çoxu İrəvanın Avrasiya İttifaqından çıxmasının əleyhdarıdır. Biz hər şeydən öncə bu təşkilatın Ermənistana nə verdiyini düşünməliyik. Təkcə qazın qiymətinin aşağı düşməsi bizim iqtisadiyyatımıza Avropa Birliyi ilə assosiasiyadan daha çox şey verib”, – deyə o bildirib. 
Qeyd edək ki, bir müddət öncə Ermənistanın Yelk Bloku ölkənin Avrasiya İttifaqından çıxması ilə bağlı parlamentdə məsələ qaldırıb.