BƏRZANİDƏN YENİ HƏMLƏ - Parlament və prezident seçkiləri keçiriləcək
3-10-2017 16:20

Şimali İraq Kürd Muxtariyyatı qondarma müstəqillik referendumundan sonra yeni addım atmağa hazırlaşır.
"Reuters"in məlumatına əsasən, İraq Kürdistanında parlament və prezident seçkiləri keçiriləcək. Məlumatda bildirilir ki, seçkilər 1 noyabr tarixinə təyin edilib.
Referendumdan sonra Bərzani "artıq ölə bilərəm"-deyib. Sandıqlar bağlandıqdan sonra isə Məsud Bərzani atasının qəbrini ziyarət edib.