Axtarış

The search found 105785 results in 0.077 seconds.

Search results

  1. Kataloniyanın rəhbəri müstəqilliyi elan edəcəyini söz verib

    Hökumət bu istiqamətdə həftənin sonu və ya gələn həftənin əvvəlində addım atacaq
     
    Kataloniyanın rəhbəri Karles Puçdemon yaxın günlərdə muxtar qurumun müstəqilliyini elan edəcəyini söz verib.
    Bu barədə o, "BBC"yə müsahibəsində bildirib.
    Puçdemonun sözlərinə görə, hökumət bu istiqamətdə həftənin sonu və ya gələn həftənin əvvəlində hərəkət etməyə başlayacaq.
    İspaniyanın Kataloniya hökuməti üzərində nəzarəti ələ keçirməyə mümkün cəhdi haqqında suala cavabında generalitet başçısı bildirib ki, bu, hər şeyi dəyişdirən səhv olardı.

    Muxalifet - 4-10-2017

  2. Millimiz futbolçu itkisi ilə üzləşib – Almaniya ilə oynamayacaq

    Maksim Medvedev Çexiya və Almaniyaya qarşı oynamayacaq
     
    Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib.
    AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb.
    O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.
    Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.

    Muxalifet - 4-10-2017

  3. Ermənilər atəşkəs rejimini 94 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

    Muxalifet2 - 4-10-2017

  4. Bu gün Akif Çovdarov SON SÖZünü deyəcək

    Məhkəmə kollegiyasının hökmü elan etməsi gözlənilir
     
    Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdiriləcək.

    Muxalifet - 4-10-2017

  5. Ərəb şirkəti də Azərbaycan bazarını tərk edir

     “Globalnik Logistics Group Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur
     
    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquqi şəxsi olan “Globalnik Logistics Group Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
    Bu barədə Vergilər Nazirliyi xəbər verir.
    Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər.

    Muxalifet - 4-10-2017

  6. DÇ-2018: Çexiya futbolçuları Azərbaycana gəldi

    Komandada millinin heyətində məşq etməyən Yakub Yankto da yer alıb
     
    Çexiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün Bakıya gəlib.Heyətdə soyuqdəymədən əziyyət çəkən və hələ də millinin heyətində məşq etməyən Yakub Yankto da yer alıb.
    Baş məşqçi Karel Yarolim bildirib ki, İtaliya "Udineze"sinin yarımmüdafiəçisi hazırda qrip xəstəsidir. O, Yanktonun vəziyyətinə baxacaqlarını, qalan oyunçuların isə qaydasında olduğunu vurğulayıb.

    Muxalifet - 4-10-2017

  7. Yağın qiyməti fantastik həddə çatdı: SƏBƏB NƏDİR?

    Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...”. 
    Bu sözləri Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Çingiz Qənizadə deyib. 
    Bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: "Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb? 

    Muxalifet2 - 4-10-2017

  8. Rusiya “Cəbahət-ən-Nusra”nın komandanlığını MƏHV ETDİ

    Rusiya Müdafiə Nazirliyinin Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində “Cəbahət-ən-Nusra” beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib.
    “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
    “Rusiya Hava-Kosmik Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində “Cəbahət-ən-Nusra” beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib”, - deyə Konaşenkov vurğulayıb.

    Muxalifet2 - 4-10-2017

  9. Kim Çen Indan benzin satışı QADAĞASI: yalnız....

    Koreya Xalq Demokratik Respublikasında sentyabr ayının sonundan etibarən yanacaqoldurma məntəqələrində sıravi vətəndaşlara benzin satışı qadağan edilib.
    Hökümət nümayəndələri, silahlı qüvvələr və xüsusi təyinatlı orqanların əməkdaşları, Əmək Partiyasının üzvləri və yüksək rütbə sahibləri istisna olmaqla, heç kəs benzin ala bilməyəcək.
    Məlumatda qeyd olunur ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən icazəsiz keçirilən nüvə silahı sınaqlarına görə KXDR-ə neft məhsullarının ixracı məhdudlaşdırıldıqdan sonra Şimali Koreya bu yolla ölkənin neft ehtiyatını gücləndirmək istəyir.

    Muxalifet2 - 4-10-2017

  10. Баку между Западом и Россией: шаг влево, шаг вправо — расстрел?

    Что даст переговорному процессу по Карабаху встреча глав МИД Армении и Азербайджана? Какой ресурс сейчас у азербайджанской оппозиции? С чем связаны критика Азербайджана со стороны Евросоюза и закрытие в РФ Всероссийского азербайджанского конгресса (ВАК)? На эти и другие вопросы EADaily ответили азербайджанские политологи Ильгар Велизаде и Зардушт Ализаде.

    Muxalifet3 - 4-10-2017

  11. “Türkiyə və İran Suriyada vəziyyətin stabilləşdirilməsində əsas rol oynayır” - Lavrov

    Türkiyə və İran  Suriyadakı vəziyyətin stabilləşdirilməsində əsas rol oynayır, Moskva, Ankara və Tehran xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin genişlənməsi Yaxın Şırq ölkələrinin maraqlarına cavab verir.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

    Muxalifet - 4-10-2017

  12. ​İstanbul səhəri antiterror əməliyyatı ilə açdı

    İstanbul polisi “İnqilabçı xalq-azadlıq partiyası – Cəbhə” (DHKP-C) təşkilatının üzvlərinə qarşı antiterror əməliyyatı keçirir.
    Bu barədə "Trend" İstanbul şəhər Polis İdarəsinə istinadən məlumat verir.
    Əməliyyat çərçivəsində 24 nəfər saxlanılıb. Onlar həmin təşkilatla əlaqədə şübhəli bilinirlər.
    Qeyd edək ki, DHKP-C 2013-cü ilin mayında Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində 46 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən terror aktına görə məsuliyyət daşıyır.

    Muxalifet2 - 4-10-2017

  13. Üç ölkə kürdlərə qarşı birgə əməliyyat hazırlığında

    Oktyabrın 2-də Türkiyə ordusu Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar İran ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqirinin dəvəti ilə Tehrana səfər edib. Tehranda Akar və Baqiri Şimali İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilən referendum, iki ölkə arasında əməkdaşlıq, sərhəd təhlükəsizliyi, hərbi əməkdaşlıq, qaçaqmalçılıqla mübarizə, Suriya böhranı və regional problemlər müzakirə olunub. 

    Muxalifet2 - 4-10-2017

  14. “Ciblərini doldururlar” - Bakı merinə ittiham

    Paytaxtda addımbaşı dekorativ ağaclar göz oxşayır. Amma bu cür ağaclara üstünlük verilməsinə müsbət baxmayan ekoloqlar belə bir tendensiyanın gərəkli olmadığı qənaətindədirlər. Çünki hər bir ağacın ölkənin iqliminə uyğunluq dərəcəsi nəzərə alınmalıdır.
     
    Çoxlarına məlumdur ki, bu cür ağacların kölgəsi olmur. Həm də dekorativ ağacların ölçüsü çox kiçik olur ki, bu da yaşıllıq effektinin zəif olduğunu ortaya qoyur. Ümumiyyətlə, Bakıda dekorativ ağaclara ehtiyac varmı?

    Muxalifet - 4-10-2017

  15. “Qarabağ”- “Atletiko” oyununa 15 min BİLET SATILIB

    “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti ev oyununda qarşılaşacağı “Atletiko”yla matça bilet satışı davam edir. 
    AzVision.az xəbər verir ki, ötən günə olan məlumata görə, satılan biletlərin sayı 15 000-ə çatıb. 
    Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. 
    Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-də saat 20:00-da start götürəcək.
     
    Biletlərin qiymətləri

    Muxalifet2 - 4-10-2017

  16. 83 yaşlı kişi 5-ci mərtəbədən yıxıldı

    Gürcüstan vətəndaşı Bakıda binadan düşərək ölüb.
     
    Hadisə paytaxtın Xətai rayonunda baş verib.
    İ.İsmayılov küçəsində yaşayan Gürcüstan vətəndaşı, 1934-cü il təvəllüdlü Kamal Əsgərov 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin balkonundan yerə yıxılıb. O, hadisə yerindəcə keçinib./qafqazinfo.az

    Muxalifet - 4-10-2017

  17. “An-Nüsra” Cəbhəsinin lider heyəti məhv edildi

    Rusiya hərbi aviasiyası Suriyada “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının lider heyətinin olduğu nöqtəyə aviazərbələr endirib.
    “İnterfaks” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
    Onun sözlərinə görə, qruplaşmanın lideri Əbu Məhəmməd Culyani ağır qəlpə yaraları alıb.
    “Aviazərbələr nəticəsində qruplaşmanın başçısı Əbu Məhəmməd Culyani çoxsaylı ağır qəlpə yaraları alıb və əllərindən məhrum olub. Bir neçə müstəqil mənbənin məlumatına görə, onun vəziyyəti kritikdir”, - Konaşenkov deyib.

    Muxalifet2 - 4-10-2017

  18. ABŞ-dan Pakistana şok ittiham

    Pakistanın İdarələrarası Kəşfiyyat İdarəsi (İSİ) terrorçu təşkilatlarla əlaqələrə malikdir.
    Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford söyləyib. Onun sözlərinə görə, Pakistan təcili şəkildə bu əlaqələrini dayandırmalıdır. 
    Qeyd edək ki, son günlər ABŞ-ın Pakistana qarşı təzyiqləri artıb. Vaşinqton Pakistanı Taliban və “Hakkani şəbəkəsi” terror təşkilatları ilə əlaqədə ittiham edir. İslamabadın həmçinin Çinlə də yaxınlaşması Vaşinqtonu əsas narahat edən məqamlardan biridir.

    Muxalifet2 - 4-10-2017

  19. İraq Ordusu xəbər yaydı: Tamamilə ələ keçirildi!

     İraq Kərkükün qərbindəki Havicenin terror təşkilatı İŞİD-dən tamamilə geri alındığını rəsmən elan etdi.
     
    Muxalifet.az-ın məlumatına görə bu haqda Türkiyə mediası xəbər yayıb.
     19 Sentyabrda başlayan əməliyyat iki həftədə tamamlanmış oldu. Cənub cəbhəsindən irəliləyən İraq əsgərləri dünən Haviceye çox yaxınlaşdıqlarını bildirmişdi.

    Muxalifet - 4-10-2017

  20. Xaçmazda ağır yol qəzası - ÖLƏNLƏR və YARALANANLAR VAR

    Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

    Muxalifet2 - 4-10-2017

Pages