İlham Əliyev Sarkisyanla görüşəcək - Rusiya KİV

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək.
 
Bu barədə "Rosbalt" agentliyi məlumat yayıb. Bildirilib ki, görüş BMT-nin baş katibi Antonio Qutereş tərəfindən müsbət hal kimi qiymətləndirilib. 
Agentlik Azərbaycanın işğal altında olan bəzi ərazilərinin geri qaytarılması barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatını xatırladıb. Nəşr qeyd edir ki, verilən bəyanat fonunda Bakı maraqlı mövqe tutub. 
Məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin çıxışına xüsusi yer ayrılıb: "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun münaqişəyə dair danışıqlar prosesini davam etdirmək üçün bəzi maraqlı təkliflərini dəstəklədiyini bildirib."
H.Hacıyev məsələ ilə bağlı konkret təkliflər səsləndirməyib.
Agentliyin analitikləri hesab edirlər ki, mövcud durumda rəsmi Bakı Əliyev-Sarkisyangörüşünün keçirilməsində maraqlıdır. 
Nəşrin xəbərinə görə, Moskva regionda vasitəçi statusu və mövqeyindən istifadə etmək üçün irəli sürülən planı "Lavrov planı" adlandırıb./azvision.az