ABŞ-dan Azərbaycana TƏCİLİ ZƏNG – SOS

“Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub”.
 
Bu barədə Dövlət Dəniz Administrasiyasından məlumat verilib.
Bildirilib ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hal hazırda mümkün vasitəslərlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.