“Rus NATO-su” Qafqazı müzakirəyə çıxardı
3-10-2017 14:48

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin Rusiyanın Rostov şəhərində görüşü keçirilib.
Görüşə əsasən KTMT-yə üzv ölkələrin parlamentlərinin müdafiə komitələrinin sədrləri qatılıb. Görüşdə komitə sədrləri Qafqazdakı hərbi vəziyyəti müzakirə edib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Tacikistan, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan üzvdür.