"Kərkük 82, Mosul isə 83-cü vilayətimiz olacaq" - BAXÇALI

Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.
“Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq. Bunun qarşısında heç bir güc dayana bilməyəcək. Sərhədimiz yaxınlığında kürd dövlətinin yaradılmasına səbir göstərmək gözümüzün önündə edam fərmanımızın yazılmasına səssiz qalmağımız deməkdir”, – deyə o bildirib.