Şimali Koreya gəmisindəki sursat MƏHV EDİLDİ
3-10-2017 14:51

Misir Şimali Koreyadan gələn bir gəmini Süveyş kanalına girməzdən əvvəl dayandırıb və içindəki sursatı zərərsizləşdirib.
Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Misir hökuməti Şimali Koreyadan gələn gəminin içində tank əleyhinə mərmi olması ilə bağlı məlumat aldıqdan sonra onu dayandırıb. Əməliyyat qrupu gəmidəki yüklərə baxış keçirib və aşkaralanan sursatlar məhv edilib”, - açıqlamada bildirilib.
Qeyd edək ki, ABŞ bir müddət əvvəl Misirə sərmayə yatırmağı dayandırıb. Rəsmi Vaşinqtonun Misirin Şimali Koreya ilə yaxınlaşmasına cavab olaraq belə bir addım atdığı iddia edilirdi.