Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Heydər Babayev üçün yolayrıcı – SABİQ NAZİR ÜÇÜN ŞOK
“Bank Standart” maxinasiyası sabiq nazirə təhlükə yaradıb; Respublika Prokurorluğunun “Bank Standard”la bağlı cinayət işi açması və prezidentə müraciətdən sonra sabiq iqtisadi inkişaf naziri şirkətlərindən imtina edir və əmlaklarını satışa çıxarır; ona niyə “heç nəyi sata bilməzsən” mesajı verilib?
Muxalifet3 - 29-09-2017
İnternet-nəşrinin redaksiyasına BASQIN
Rusiyanın “Lenta.ru” internet nəşri Varşavski şossesində yerləşən redaksiyasına hücum olduğunu açıqlayıb.
Naməlum şəxslər redaksiyanın yerləşdiyi binanın korpusunun şüşələrini sındırıb.
Cinayətkarlar habelə yanğın törədib və divarları nasist rəmzli ilə yazıblar.
Hücumun kimlər tərəfindən edildiyi hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 29-09-2017
Lütfi Zadənin cənazəsi Bakıya gətirilib - YENİLƏNİB - FOTO
Alimin nəşi bu gün dəfn ediləcək
Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi yuyulmaq üçün Heydər Məscidinə gətirilib.
Bu gün saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək.
Alimin nəşi bu gün dəfn ediləcək.
***02:08
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.Muxalifet - 29-09-2017
Oğuzda bu küçədən keçənlər baş əyir - VİDEO
Oğuz rayonuna mavi yanacağın çəkilməsi sakinləri tragikomik problemlə üzləşdirib.
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, Oğuzun 20 yanvar küçəsi görənlərin marağına səbəb olur. Küçədəki piyada səkisi elə salınıb ki, ərazidən keçmək üçün sakinlər ikiqat əyilməli olur. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, Rayon İcra hakimiyyəti günahı “Azəriqaz”ın, “Azəriqaz” isə icra hakimiyyətinin üstünə atır.Muxalifet3 - 29-09-2017
Maştağada su quyusuna düşərək ölən kişi intihar edibmiş
Qeyd edək ki, O və ailəsinin nitqi qüsurlu olub
Bakıda su quyusuna düşərək ölən kişinin intihar etdiyi məlum olub.
Ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində 50 yaşlı Əliyev Əbülfəz Mirəli oğlu özünü evinin həyətindəki su quyusuna ataraq intihara cəhd göstərib. Yaralı yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.Muxalifet - 29-09-2017
Ermənilər yenə atəşkəs rejimini pozdu - 134 DƏFƏ...
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
Muxalifet2 - 29-09-2017
Türkiyədə terror ola bilər – ABŞ-dan XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Türkiyədə yaşayan və bu ölkəyə səfər etmək istəyən vətəndaşlarına terror xəbərdarlığı edib.
Muxalifet.az “habertürk”-ə istinadən xəbər verir ki, internet vasitəsilə edilən müraciətdə Amerika vətəndaşlarına Türkiyədə terror təhlükəsinin sovuşmadığı qeyd olunub.
Bildirilib ki, amerikalılar mümkün qədər Türkiyənin Cənub-şərq istiqamətində səhayətlər etməsinlər, planlaşdırılan səfərləri təxirə salınlar.Muxalifet3 - 29-09-2017
FUTBOL: Avropa Liqasında II turun oyunları keçirilib - Nəticələr
Futbol üzrə Avropa Liqasında II turun görüşləri keçirilib.
İlk turu qələbəsiz başa vuran Türkiyə təmsilçiləri bu dəfə Portuqaliya klubları ilə qarşılaşıblar.
C qrupundakı "İstanbul BB" "Braqa"nın qonağı olubsa, İ qrupunda yer alan "Konyaspor" "Gimaraynş"ı qəbul edib. Hər iki oyunda meydan sahibləri eyni hesabla qalib gəliblər - 2:1.
Çempionlar Liqasının III təsnifat və "pley-off" mərhələlərində "Qarabağ"ın üstələdiyi Moldova "Şerif"i ilə Danimarka "Kopenhagen"i F qrupunda üz-üzə gəlib. Oyun qolsuz yekunlaşıb.
Turun nəticələri:Muxalifet - 29-09-2017
BAKI: Voleybol üzrə Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşdi
Bunlar Hollandiya və Serbiya milliləridir
Voleybolçu qadınlar arasında Avropa çempionatının ilk iki yarımfinalçısı müəyyənləşib.
Bunlar Hollandiya və Serbiya milliləridir.
Hollandiya 1/4 finalda İtaliyanı (25:17, 25:20, 25:13), Serbiya isə Belarusu (25:19, 25:12, 25:14) yenib.
Onların yarımfinaldakı rəqibləri bu gün müəyyənləşəcək. Azərbaycan - Almaniya görüşünün qalibi Hollandiya, Rusiya - Türkiyə qarşılaşmasının qalibi Serbiya ilə üz-üzə gələcək.Muxalifet - 29-09-2017
Terrorçular hərbi bazaya hücum edib: 17 ölü
"Əş-Şabab" terror qruplaşmasının silahlıları Somalidə hərbi bazaya hücum ediblər.
Trend-in məlumatına görə, hücum nəticəsində ən az 17 hərbçi həlak olub.
Terrorçuların məqsədi bazanı ələ keçirmək olub. Hücum zamanı odlu silahlardan və partlayıcı qurğulardan istifadə olunub.Muxalifet2 - 29-09-2017
Qatar kişini vuraraq öldürüb - BAKIDA
Bakının Suraxanı rayonunda qatarın altında qalan kişi ölüb.
Hadisə rayonun Yeni Günəşli qəsəbəsinin ərazisində baş verib.
Belə ki,qəsəbə sakini Məhərrəm Əlihüseyn oğlu Abbasov yolu keçmək istəyərkən Keşlə-Biləcəri qatarının altında qalıb.
Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Abbasov yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 29-09-2017
ABŞ naziri Qətərə sürpriz ziyarət etdi
ABŞ-ın müdafiə naziri Ceyms Mattis Qətərə sürpriz bir şəkildə səfər edib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, o, Qətərlə ABŞ arasındakı sağlam hərbi münasibətləri müzakirə etmək üçün bu səfəri həyata keçirib.
Bu barədə ABŞ-ın Qətərdəki səfiriliyindən məlumat verilib. Səfirliyin tvitter hesabından verilən açıqlamada nazirin Qətər əmiri və müdafiə naziri ilə görüşdüyü bildirilib.Muxalifet2 - 29-09-2017
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini davam etdirəcək - SƏFİR
ABŞ Minsk qrupunun siyasətinə sadiq qalacaq
ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Endryu Şeffer Minsk qrupunda ABŞ təmsil etməyi davam etdirəcək.
“Report” "News.am"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyindən bildiriblər.
Səfirlikdə qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir.Muxalifet - 29-09-2017
Heydər Babayev bütün əmlakını satışa çıxarıb
Keçmiş İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanı tərk edir.
Bu haqda xəbəri “Yeni Müsavat” yayıb. Qəzet bildirib ki, Azərbaycanda qurduğu biznesin çökməsi səbəbindən sabiq nazir bu addımı atmalı olub. Xəbərdə bildirilir ki, o bütün əmlakını satıb ölkədən getməyi düşünür.Muxalifet - 29-09-2017
Millimizin almanlarla ikinci dueli
Azərbaycanda keçirilən qadın voleybolçulardan ibarət yığma komanadalar arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Azərbaycan milli komandası yarımfinala çıxmaq Almaniya sədrini yenidən aşmalıdı.
Məsələ ondadır ki, bu yığmalar qrupda rəqib idilər və son turda öz aralarında keçirilən oyunda Faiq Qarayevin yetirmələri 3:1 hesabı ilə qalib gəlib. Bundestim isə 1/4 finala çıxmaq üçün Bolqarıstanla çətin pley-off oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb. Millimiz yarımfinala çıxarsa, onun rəqibi Hollandiya olacaq.Muxalifet - 29-09-2017
NATO: ABŞ-ın burda 87, Rusiyanın 800 tankı var
Soyuq müharibənin bitməsindən sonra biz ümid edirdik ki, Rusiya etibarlı tərəfdaş olacaq.
Bunu Almaniya mətbuatına müsahibəsində NATO-nun Avropadakı qoşunlarının rəhbəri Ben Xoces söyləyib.Muxalifet2 - 29-09-2017
Avropa Liqasının ulduzu erkən BƏLLİ OLDU
UEFA Avropa Liqasının F qrupunda təşkil edilən ikinci həftə matçları tarixi anlarla yadda qalıb.
Moskvada keçirilən “Lokomotiv Moskva” – “Zlin”qarşılaşmasında qollar ard-arda gəlib.
3:0 hesabı ilə Rusiya təmsilçisinin qalib gəldiyi matçda qolların sahibi Manuel Fernandes olub. Ulduz futbolçu 14 dəqiqə 42 saniyə içində 1-i penalti olmaqla, 3 qola imza atıb. Beləliklə, M.Fernandes tarixin ən sürətli hücumunu gerçəkləşdirərək adını Avropa Liqası tarixinə qızıl hərflərlə yazdırıb.Muxalifet2 - 29-09-2017
AMERİKALI senatordan IKBY açıqlaması: Tramp çox əsəbləşəcək
ABŞ Konqresmeni Trent Franks Tramp rəhbərliyinin IKBY-nin blokadaya alınmasına mane olacağını deyib.
ABŞ Konqresinin Respublikaçı Senatoru Trent Franks Tramp rəhbərliyinin IKBY-nin blokadaya alınmasına mane olacağını deyib.
Müxalifət.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Franks ölkəsinin İran, Türkiyə və Bağdadın IKBY-yə qarşı həmlələrindən Trampın çox narahat olacağını bildirib.Muxalifet - 29-09-2017
2 nəfər spirtdən zəhərlənərək öldü - BAKIDA
Bakı şəhərində iki nəfər spirtdən zəhərlənərək ölüb.
Sentyabrın 28-də paytaxtın Xətai rayonu ərazisində yerləşən Xocalı parkında iki kişi meyiti aşkar edilib. Hadisə yerinə baxış keçirilərkən meyitlərin yanında şüşədə etil spirti tapılıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxslərdən birinin Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Mükafat Qulam oğlu Bədəlov olduğu müəyyən edilib. Digər şəxsin kimliyi isə hələlik məlum deyil.
İlkin məlumata görə, hər iki şəxs spirtdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 29-09-2017
Saakaşvili ilə görüşən DEPUTAT GÜLLƏLƏNDİ
Sentyabrın 28-də Ukraynanın Çerkas Şəhər Şurasının deputatı Mixail Binusova hücum olub.
Muxalifət.az xəbər verir ki, deputata atəş “Kalaşnikov” avtomatından açılıb və o, aldığı yaralardan yerindəcə ölüb. Mətbuat Binusovun öldürülməzdən bir neçə gün öncə Mixail Saakaşvili ilə görüşdüyünü bildirib.
Hazırda insidentlə bağlı cinayət işi açılıb. Qatillərin şəxsiyyəti müəyyənləşdirilir.Muxalifet2 - 29-09-2017