Axtarış

The search found 105785 results in 0.097 seconds.

Search results

  1. Bakı polisindən Nəqliyyat Agentliyinin ittihamlarına - CAVAB

    Bakı Nəqliyyat Agentliyi açıqlama yayaraq dünənki “Qarabağ” – “Roma” oyunundan sonra stadiondan çıxan azarkeşlərin daşınmasında problem yaranması və izdihama görə polisi günahlandırıb. Qurumun sözçüsü Mais Ağayev bildirib ki, polis yanlış olaraq insanları metroya istiqamətləndirib və azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyib. 

    Muxalifet2 - 28-09-2017

  2. ​Eşşək 300 min dollarlıq maşını gəmirib, MƏHKƏMƏ GEDİR

    Almaniya məhkəməsi cümə axşamı günü idman maşınına ziyan vuran eşşəyin sahibinin, avtomobilə dəymiş ziyanın xərcini ödəyib-ödəməyəcəyinə dair bir qərara gəlməlidir.
    Ötən il, sentyabrın 15-də, Markus Zahn parlaq narıncı rəngdə olan McLaren Spider markalı avtomobilini Hesse vilayətinin Vogelsberg məntəqəsində otlağın qırağında saxlayıb.
    Bundan sonra Vitus adlı eşşək onun avtomobilinin arxa hissəsini gəmirib, maşın sahibi deyir. Polisin zənn etdiyinə görə, Vitus avtomobili kök ilə səhv sala bilərdi.

    Muxalifet3 - 28-09-2017

  3. AMANSİZ SOYUQLAR GƏLİR - 20 elmi təşkilatdan SOS siqnalı

    Dünyanın 20-dən artıq elmi təşkilat və akademiyası dəhşətli iqlim dəyişikliyi ilə bağlı birgə məlumat yayıb.
    2017-ci ilin bəşəriyyətin məhvinin başlanğıcı tarixi olacağı bildirilir.
    Beynəlxalq Metroloji akademiyalar, Kanada institutu, Çin akademiyası, Dünya Klimat Proqram sistemi kimi nüfuzlu elmi mərkəzlər son bir ilin iqlim, okean, istilik axını dəyişiklikləri qrafiklərinə və müşahidələrə əsasən Dünya birliyinə xəbərdaredici müraciət ünvanlayıblar.

    Muxalifet2 - 28-09-2017

  4. Helikopter qəzası: 1 ölü, 2 yaralı

    İranda, Urmiya yaxınlarında helikopter qəzası baş verib.
    Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
    Tesnim xəbər agentliyinə açıqlama verən polkovnik Kərim Hüsrynnejad faktı təsdiqləyib:
    "Test məqsədi ilə uçan helikopter hərəkətə keçdikdən sonra texniki səbəbdən qəzaya uğradı”.

    Muxalifet2 - 28-09-2017

  5. Tatlısəs “Kürdüstan”a səs verdi - FOTO

    Türkiyənin kürd əsilli məşhur müğənnisi İbrahim Tatlısəs də Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu”nda səs verib. 
    İ.Tatlısəs Türkiyə ilə yanaşı, kürd muxtariyyətinin də vətəndaşlığını daşıyır. O, təxminən 10 il öncə muxtariyyətin vətəndaşlığını qəbul edib. Müğənninin kürd muxtariyyətində böyük biznesi var. 
    Tatlısəsin “referendum”da “bəli”, yoxsa, “xeyr” səsini verdiyi məlum olmasa da, onun səs verərkən çəkilən fotosu yayılıb./Publika.az/

    Muxalifet2 - 28-09-2017

  6. Uşaq yeməklərinə ZƏHƏR QATILDI

    Uşaq yeməklərinə zəhər qatıldı: "10 milyon ödənməsə, proses davam edəcək"
    Almaniyanın cənub sərhədindəki Fraydriçşafen şəhərində marketlərdə satılan uşaq yeməklərindən zəhər tapılıb.
    Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
    Marketlərdə satışa çıxarılan fərqli markalara məxsus uşaq yeməklərində körpələrdə ölüm riski yaradacaq səviyyədə zəhərin olduğu aşkar edilib.

    Muxalifet2 - 28-09-2017

  7. “Nə istəyirsiniz, əl çəkin məndən” - Vüqar Qaradağlı

     “Nə istəyirsiniz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır, özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar”.
     

    Muxalifet - 28-09-2017

  8. Prosineçki millimizin heyətini açıqladı

    Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya, 9-da Almaniyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
     
    Yığmanın xorvatiyalı baş məşqçisi Robert Prosineçki aşağıdakı futbolçulara dəvət göndərib.
    Kamran Ağayev (“Mlada”, Çexiya)
    Anar Nəzirov (“Zirə”)
    Emil Balayev (“Səbail”)
    Tərlan Quliyev (“İnter”)
    Bədavi Hüseynov (“Qarabağ”)
    Rəşad Sadıqov (“Qarabağ”)
    Maksim Medvedev (“Qarabağ”)
    Pavel Paşayev (“Aleksandriya”, Ukrayna)

    Muxalifet - 28-09-2017

  9. "Ukrayna dəyişməsə, parçalanmağa davam edəcək" - SAAKAŞVİLİ

    Əgər Ukrayna dəyişməsə, parçalanmağa davam edəcək.
    Muxalifet.az xəbər verir ki, bunu “Deyli Teleqraf” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. 
    “Şərqə doğru getdikcə Rusiya ilə artıq ticarət apara bilməyən şəhərlərin bərbad vəziyyətdə olduğunu görürsən. Onların heç bir perspektivi yoxdur. Onlar tunelin sonunda işıq görmürlər. Əgər iqtisadi artım indiki səviyyədə qalsa, Ukrayna şərqdə və cənubda daha çox torpaq itirməyə məruz qalacaq”, – deyə o bildirib.

    Muxalifet2 - 28-09-2017

  10. Sabah qəbul imtahanları ilə bağlı mühüm qərar veriləcək

    İki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq.
     
    APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək.

    Muxalifet - 28-09-2017

  11. ​Serj Sarkisyanın baş nazir olmaq arzusu - hökumət başçısı uğrunda mübarizə kəskinləşir - ŞƏRH

    Ermənistan parlamentində müxalifət mövqeyindən çıxış edən “Tsarukyan” bloku gözlənilmədən baş nazir Karen Karapetyanı tənqid etməyə başlayıb.
    Jamanak” xəbər verir ki, blokun üzvləri hökumət başçısı haqqında mənfi fikirlər söyləyir, onu tənqid edirlər.

    Muxalifet2 - 28-09-2017

  12. AzTV sədrinin Ukraynada restoranları üzə çıxdı — FOTO

    “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun Ukraynada restoranı olması barədə xəbərlər yayılıb.
     
    Ukraynadakı özəl mənbələrdən “Ölkə.Az”-a verilən məlumata görə, Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir.
    Redaksiyamıza həmin restoranın fotosu da göndərilib.
    Göndərilən məlumatda qeyd olunur ki, sözügedən restoran və çay evinin əsl sahibi AzTV sədri Arif Alışanovdur:

    Muxalifet - 28-09-2017

  13. ​Bərzani istəyinə çatdı: Təbrizli qadın kürdü... - VİDEO

    PJAK-ın (PKK-nın İran qanadı) Güney Azərbaycanın qərb bölgəsinə olan gülünc ərazi iddiası və son günlərdə İraq Kürd Muxtariyyətində keçirilən “müstəqillik” referendumu Güney Azərbaycan türklərinin hiddətinə səbəb olub.

    Muxalifet2 - 28-09-2017

  14. Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

    Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 28-də Azərbaycanla bağlı daha bir qərarını elan edib.
     
    Şikayətçi müxalifət təmsilçisi Tural Hacıbəylidir. Bu barədə Amerikanın Səsinə şikayətçini Avropa Məhkəməsində müdafiə edən İntiqam Əliyev bildirib.
    Hacıbəylini 2011-ci ilin martında müxalifətin dinc aksiyasında saxlayıblar. Səbael rayon Məhkəməsi gənci hakimiyyət nümayəndəsinin qanuni tələblərinə məhəl qoymamaq ittihamı ilə inzibati həbsə göndərib. Yuxarı məhkəmələr də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Muxalifet - 28-09-2017

  15. Ərdoğanın rəqibi partiyasını elan etdi

    Türkiyədə Milliyyətçi Hərəkat Partiyasından (MHP) ayrılmış Maral Akşənər yeni yaradacağı siyasi təşkilatın gələcək fəaliyyətindən danışıb.
     
    O, İstanbulda 1500-dən çox tərəfdarı ilə görüşdən sonra açıqlamalar verib.
    Xanım siyasətçi deyib ki, yeni quracaqları partiyada Türkiyənin fərqli ölkələrində səfir işləmiş və hazırda təqaüddə olan Əhməd Ərozan, Tuqay Uluçevik, habelə sabiq nazirlərdən Aydın Tümən və Suat Çağlayan da təmsil olunacaq.

    Muxalifet - 28-09-2017

  16. İnstagramda evli qadını şantaj edib 10 000 aldı - AZƏRBAYCANDA

    Sosial şəbəkələrdə tanış olduğu qadınları hədələyərək onlardan pul tələb edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. DİN-dən daxil olan xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın “İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini  bildirib.

    Muxalifet2 - 28-09-2017

  17. “Bu, Rusiyanın böyük səhvi idi” - NATO generalı

     “Soyuq müharibə”nin tamamlanmasından sonra ümid edirdik ki, Rusiya etibarlı partnyor olacaq”.
     
    Bunu NATO-nun Avropadakı güclərinin komandanı, general-leytenan Ben Hoces Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə deyib.
    Onun sözlərinə görə, Moskvanın planları barədə birinci xəbərdarlıq 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə olmalı idi.

    Muxalifet - 28-09-2017

  18. Belarus Ukraynaya NOTA VERDİ

    Ukraynanın DA-42 təyyarəsi Belarusun hava məkanını pozub. 
    Bu barədə informasiyanı Belarus Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Ukraynanın Minskdəki səfirindən insidentə aydınlıq gətirilməsini istəyib.
    Artıq məsələ ilə bağlı səfir nazirliyə dəvət edilib. Səfirə həmçinin Minskin etiraz notası da verilib.

    Muxalifet2 - 28-09-2017

  19. Çin Şimali Koreya ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

    Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar tətbiq etmək qərarından sonra hərəkətə keçib.
    Hökumət ölkədə fəaliyyət göstərən Şimali Koreya mənşəli bütün şirkətləri və ortaqlıqları bağlayacaq.
    Xəbəri Çinin Ticarət Nazirliyi də təsdiq edib. Nazirlikdən verilən məlumatda şirkətlərin 120 gün içində bağlanacağı da bildirilib.

    Muxalifet2 - 28-09-2017

  20. Lənkəranda evləri SU BASDI - VİDEO

    Lənkəranda dünən gecədən yağan leysan fəsadlar törədib. Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb. Bəzi evləri su basıb.
     Zərərçəkən Qədir Əliyev deyib ki, evinin zirzəmisi su ilə dolub. Ev çiy kərpicdən tikildiyindən bir neçə yerdən çatlar yaranıb. Yağış suyu kanalizasiya suyuna qarışıb. 

    Muxalifet2 - 28-09-2017

Pages