Terrorçular hərbi bazaya hücum edib: 17 ölü

"Əş-Şabab" terror qruplaşmasının silahlıları Somalidə hərbi bazaya hücum ediblər.
Trend-in məlumatına görə, hücum nəticəsində ən az 17 hərbçi həlak olub.
Terrorçuların məqsədi bazanı ələ keçirmək olub. Hücum zamanı odlu silahlardan və partlayıcı qurğulardan istifadə olunub.