ABŞ naziri Qətərə sürpriz ziyarət etdi
29-09-2017 09:44

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Qətərə sürpriz bir şəkildə səfər edib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, o, Qətərlə ABŞ arasındakı sağlam hərbi münasibətləri müzakirə etmək üçün bu səfəri həyata keçirib.
Bu barədə ABŞ-ın Qətərdəki səfiriliyindən məlumat verilib. Səfirliyin tvitter hesabından verilən açıqlamada nazirin Qətər əmiri və müdafiə naziri ilə görüşdüyü bildirilib.
Qısa müddət öncə Qətər əmi Şeyx Təmin Əl Sani ABŞ-aid Əl Udeyd hərbi hava bazasını ziyarət etmişdi. O, ziyarəti əsnasında ABŞ generalı Cefri Harrician ilə terrorla mübarizə ilə yanaşı, ortaq hərbi münasibətləri də müzakirə etmişdi.