Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
Düyü baş nazirin başına bəla oldu: 5 il HƏBS QƏRARI
Vətənində 5 il həbs cəzasına məhkum edildiyi üçün ölkədən qaçan sabiq baş nazirin yeri bəlli olub.
Bu barədə Taylandın hazırki baş naziri Parayut Çan-Oça məlumat yayıb.
Yinqlak Çinavatın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gizləndiyini deyən baş nazir bildirib ki, axtarış işləri Xarici İşlər Nazirliyi və "İnterpol"a ötürülüb.
Xatırladaq ki, Tailand Ali Məhkəməsi sentyabrın 27-də sabiq baş nazir Yinqlak Çinavat haqqında 5 il həbs qərarı çıxardıb.Muxalifet2 - 28-09-2017
AVRO-2020: Püşkatmanın vaxtı və yeri DƏQİQLƏŞDİ
AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.
Final mərhələsi 13 şəhərdə, o cümlədən Bakıda keçiriləcək yarışın bütün iştirakçıları mübarizəyə seçmə oyunlarından qatılacaq. Bu üzdən Azərbaycan da daxil olmaqla, 55 milli komanda İrlandiyada püşkü gözləyəcək.Muxalifet2 - 28-09-2017
ABŞ-dan müəmmalı QARABAĞ GEDİŞİ: İrəvanı təşvişə salan BÖYÜK TƏHLÜKƏ
ABŞ Dövlət katibi Reks Tillerson Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə məktub yazaraq, 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsini təklif etdi. Məktubda xüsusi diqqət çəkən məqam ABŞ həmsədrlik postunu ləğv etmək istəyidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini aparan ATƏT-in Minsk qrupunda amerikalı həmsədrin olmaması deməkdir.
Muxalifet2 - 28-09-2017
Rusiya aviaşirkətində həbslər: direktor və arvadı ÖLKƏDƏN QAÇDI
Rusiya hüquq-mühafizə orqanları “VİM-Avia” aviaşirkətinin baş direktoru Aleksandr Koçnev və baş mühasib Yekatirina Panteleyevanı həbs ediblər.
Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb. Komitə həmçinin şirkətin sahibi Rəşid Mursekayev və həyat yoldaşı Svetlana Mursekayevin ölkədən qaçdığını bildirib.Muxalifet2 - 28-09-2017
Dələduzluq edən QARDAŞLAR TUTULDU
Sumqayıtda dələduzluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin saytının xəbərinə görə, Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.
Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habil ilə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib. Araşdırmalar davam etdirilir.Muxalifet2 - 28-09-2017
Redaktorun məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Ata yolu" qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi məsələsi müzakirə edilib. Zərərçəkmiş şəxslər buna etiraz etməyiblər.
S. Nəsirova günahkar olduğunu deyib, işinə düzgün baxılmasını xahiş edib.
O, ittiham aktında zərərçəkmiş şəxslərin sayının çox yazıldığını deyib.
Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.Muxalifet2 - 28-09-2017
Kürd referendumunu dəstəkləyən AZƏRBAYCANLI MƏMUR: "Bu yanlışlığa görə cavabdeh..."
"Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam".
Muxalifet.az xəbər verir ki, bunu "report"a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.Muxalifet2 - 28-09-2017
Orta məktəblər pullu olacaq
20-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub.
“Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir”.Muxalifet - 28-09-2017
Ərdoğan idmançı üçün çağırış etdi: Vəziyyəti pisdir - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaraciyər çatışmazlığından əziyyət çəkən Avropa, Dünya və Olimpiya çempionu Naim Süleymanoğlu ilə bağlı bütün dünyaya səslənib.
Bununla bağlı Beştəpədə keçirilən tədbirdə danışıb:
“Naim Süleymanoğlu ilə bağlı bütün dünyaya səslənirəm. Hazırda vəziyyəti çox pisdir. Qaraciyər nəqli ilə onun həyatını xilas etmək olar. Millətim də çağırışımı eşitsin. İnanıram ki, Naim Süleymanoğlunu Türkiyə və dünyada tanımayan yoxdur”.Muxalifet2 - 28-09-2017
Məleykə Abbaszadədən yazı işlərinin yoxlanılması ilə bağlı AÇIQLAMA
Bu il IX siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında “e-markinq” sistemindən itifadə edilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, səsləndirilən fikirlərə əsasən, yazı işlərinin yoxlanılması zamanı 2 subyektivlik ola bilər:
"Birincisi yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasının ola bilməsi ilə bağlıdır".Muxalifet2 - 28-09-2017
Səudiyyə Ərəbistanı və digər ölkələrdə qadınlara qadağan edilən nə qaldı?
Səudiyyə Ərəbistanında qadınların küçədə yanlarında kişi olmadan gəzməkləri çox çətindir
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud qadınların avtomobil sürməsinə imkan yaradan qərar verib və beləliklə, dünyada qadınların avtomobil idarə etməsini qadağan edən bir ölkə qalmadı.
Lakin 2018-ci ilin iyununda qüvvəyə minməsi gözlənilən bu dəyişikliyə baxmayaraq həddən artıq mühafizəkar olan bu ölkədə qadınlara qadağan olunan çox şey var.Muxalifet2 - 28-09-2017
Kriminal qruplar arasında atışma: AZƏRBAYCANLI YARALANDI
İstanbulda silahlı qruplar arasında atışma baş verib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, atışmada iştirak edənlərdən biri də Ariqməmmədov soyadlı Azərbaycan vətəndaşıdır.Muxalifet2 - 28-09-2017
“Kürdüstan bu planın tərkib hissəsidir...” - Dəniz Baykal
Bu prosesin təməlini, keçmişini bilmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bu fikri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Türkiyənin məşhur siyasətçisi Dəniz Baykal Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsindən sonra yaranan durumu şərh edərkən deyib.
Dəniz Baykal sözünə davam edib:Muxalifet - 28-09-2017
Türkiyədən Qarabağa nümayəndə heyəti gedib – Foto - TƏZAD
Sentyabrın 22-də Türkiyədən bir qrup nümayəndə Ermənistan üzərindən Azərbaycanın işğal edilən Dağlıq Qarabağ ərazisinə səfər edib.
Teleqraf.com bildirir ki, bu haqda Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl özünün Feysbuk səhifəsində xəbər yayıb.
Mütəxəssis Ermənistan üzərindən Azərbaycanın işğal edilən ərazilərinə gedən nümayəndə heyətini şərəfsiz adlandırıb.Muxalifet - 28-09-2017
“Qarabağ”ın oyunundan sonra xoşagəlməz hallar yaşanıb - RƏSMİ
Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gün keçirilən "Qarabağ" - "Roma" futbol matçından sonra ekspress xətt avtobuslarının xidmət göstərmədiyi haqda yayılan xəbərlərlə münasibət bildirib.
Muxalifət.az AzVision.az-a istinadən xəbər verir ki, qurumun açıqlamasında deyilir:Muxalifet2 - 28-09-2017
Avtomobilin çənindən pirotexniki vasitələr TAPILDI
Gürcüstandan gələn avtomobilin yanacaq çənindən fişəng və pirotexniki vasitələr tapılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlu ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb.Muxalifet2 - 28-09-2017
Kürdlərlə ədəbi olaraq dost qalacağıq... - İRAN
“Kürdüstan”ın İraqdan ayrılması üçün keçirilmiş müstəqillik referendumu bölgənin sabitliyinə qarşı böyük bir təhlükədir.
Bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif deyib.
“Bu, çox ciddi, strateji bir səhvdir. Bunu qəti şəkildə rədd edirik. Hesab edirik ki, İraqın ərazi bütövlüyü qorunub saxlanılmalıdır. Biz kürdlərlə ədəbi olaraq dost qalacağıq. Ancaq bu referendum təkcə İraq sərhədləri daxilində deyil, bölgədə də problemlər yarada bilər”, - Zərif bildirib.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib.Muxalifet2 - 28-09-2017
Tələbələr ETİRAZ AKSİYASI KEÇİRİR - Kafedra müdiri...
Ermənistanın Şirak Dövlət Universitetinin tələbələri etiraz aksiyalarına başlayıblar.
Bu barədə universitetin müəllimi Qagik Hambaryan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tələbələrin etirazları hələ bir neçə gün davam edəcək. Universitetin rektoru Sahak Minasyan təşvişə düşərək tələbələrlə danışıqlar aparmağa cəhd edib.Muxalifet2 - 28-09-2017
Elçin Quliyevdən məhkəməyə TƏKLİF - “MTN işi”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə iki şahid ifadə verib.Muxalifet2 - 28-09-2017
Daha bir qubernator İSTEFAYA GETDİ
Rusiya Prezidenti Vladimir Putin Neneçko Muxtar Vilayətinin rəhbəri İqor Koşinin istefa ərizəsini qəbul edib.
Bu barədə informasiyanı Kremlin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, son günlər Rusiyada qubernatorların yeni istefa dalğası başlayıb. Son bir həftə ərzində 3 qubernator və bir respublika rəhbəri istefaya göndərilib. Vəzifəsindən uzaqlaşdırılanlar arasında Dağıstan Respublikasının rəhbəri də var.
Bundan öncə “İnterfaks” agentliyi daha 8 qubernatorun vəzifəsindən kənarlaşdırılacağı haqqında informasiya yaymışdı.Muxalifet2 - 28-09-2017