Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Lütfi Zadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq
Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vida mərasimində iştirak edib. Onu hökumət rəsmiləri müşayiət edib.Muxalifet - 29-09-2017
Keçmiş hərbçi Ermənistanın müdafiə nazirini oğurluqda ittiham edir
Ermənistanın Aştarak şəhərinin sakini, keçmiş döyüşçü Arsen Avedisyan artıq 7 aydır ki, hər cümə axşamı hökumət binasının qarşısında etiraz aksiya keçirir.
Ermənistanın “1in.am” nəşri yazır ki, keçmiş döyüşçü Ermənistan ordusunda baş verən qanunsuzluq və korrupsiyadan şikayət edir.
Onun sözlərinə görə, Ermənistan ordusu köhnə sovet bazasında formalaşıb və arsenalda yeni silahların olması haqda deyilənlər yalandır. Veteran döyüşçü iddia edir ki, yeni müdafiə naziri Vigen Sarkisyan büdcə pullarını oğurlamaqla məşğuldur.Muxalifet - 29-09-2017
AST Telman bazar üçün çoxsaylı qətllər sifariş verib
Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və qardaşı ilə bağlı cinayət işində yeni qurbanların adları üzə çıxıb.
Biznesmen “Lyuberetsk” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin sifarişli qətlində şübhəli bilinir.Muxalifet - 29-09-2017
Ərdoğanın “Gülənlə dəyişək” təklifinə ABŞ-dan - CAVAB
Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün bizə çox sayda müraciətlər daxil olub.
“Doğan” xəbər agentliyi xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təxminən bir ildir həbsdə olan keşiş Endryu Branson ilə Fətullah Gülənin dəyişdirilməsi haqda təklifiylə bağlı deyib.Muxalifet2 - 29-09-2017
Lütfi Zadənin vida mərasimindən - FOTOLAR
Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.
AMEA-da keçirilən mərasimdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA prezidenti Akif Əlizadə, Təhsil naziri Mikayıl Cabbarov, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, akademiklər Rafiq Əliyev və Telman Əliyev, Ombudsman Elmira Süleymanova, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov və digər tanınmış şəxslər dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vida mərasimində iştirak edib.Muxalifet2 - 29-09-2017
Kəşfiyyat ordunun sirlərini düşmənə verən 2 AGENTİ YAXALADI
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda Ukraynaya işləyən iki rusiyalını saxlayıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, rusiyalılar Ukrayna xüsusi xidmət orqanlarına Rusiyanın Qara dəniz donanmasının fəaliyyəti haqqında informasiya verirdilər.
“Simferepolda Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusya vətəndaşları Dmitri Dolqopolov və Anna Suxonosova saxlanılıb”, - xəbərdə deyilir.Muxalifet2 - 29-09-2017
KİV: Telman İsmayılov AXTARIŞA VERİLƏ BİLƏR
Lyubertsı mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin qətlə yetirilməsində yalnız Telman İsmayılov yox, həm də onun övladlarının adı hallanır
Moskva vilayətindəki "Abramtsevo" bazarına nəzarət edən "Lyubertsı" mütəşəkkil cinayətkar qruplaşmasının (MCQ) avtoritetlərinin qətlə yetirilməsində Telman İsmayılovun ailəsi şübhəli bilinir.
"Report" xəbər verir ki, bunu "Rosbalt"a Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.Muxalifet2 - 29-09-2017
Yekaterinburqda hökumət binaları TƏXLİYƏ EDİLDİ
Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk vilayəti qubernatorunun administrasiyası və yerli hökumət binası təxliyə edilib.
Trend-in məlumatına görə, əməkdaşlar binadan çıxarıldıqdan sonra yoxlamalar aparılıb.
Təxliyənin səbəbi rəsmi olaraq açıqlanmasa da, bunun son həftələrdə davam edən anonim zənglərlə əlaqədar olması istisna edilmir.
Muxalifet2 - 29-09-2017
Azər Tağıyevin yerinə 4 namizəd irəli sürüldü - SİYAHI
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülüb.
Report-un əldə etdiyi məlumata görə, bunlar VK-nın sədr müavini, Kollegiyanın hazırkı sədr əvəzi Fərhad Nəcəfov, sədrin digər müavini Aydın Axundov, RH-nın üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.
Namizədlərin sayının artacağı istisna edilmir.
Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.Muxalifet2 - 29-09-2017
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edildi
Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dəfn edilib.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən vida mərasimindən sonra I Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib.Muxalifet - 29-09-2017
Məktəblər pullu olmayacaq - RƏSMİ AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərin pullu olması məsələsinə aydınlıq gətirib.
"Qafqazinfo" xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilmiş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub.Muxalifet2 - 29-09-2017
İlham Əliyevə qızıl medal verildi
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.
AzərTac xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirlər.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.
Daha sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib.Muxalifet - 29-09-2017
“Qarabağ”ın qapıçısı SATIŞA ÇIXARILDI: qiyməti SİZİ ŞOKA SALACAQ
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç satışa çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin birində məlumat yayılıb.
Belə ki, Ruslan adlı sosial şəbəkə istifadəçisi satış elanları saytına qapıçının fotosunu yerləşdirib və satıldığını yazıb:
“Qarabağın qapıçısı “İbrahim Şehiç” Çempionlar Liqasında göstərdiyi səriştəsiz oyuna görə satılır. Barter mümkündür. (Əlcəksiz satılır)”.
O, Bosniya və Hersoqovinalı qapıçıya 20.30 AZN məbləğində satış dəyəri qoyub.Muxalifet2 - 29-09-2017
Azərbaycanlı milyarder Rusiyada BİRİNCİ YERDƏDİR
“Forbes” jurnalı Rusiyanın 200 özəl şirkətinin reytinqini açıqlayıb.
Portal reytinq siyahısında ilk yerdə ildə 4 trilyon 700 milyard rubl gəlir ilə azərbaycanlı milyarder Vahid Ələkbərovun “Lukoyl” şirkətinin qərarlaşdığını bildirib.
“Lukoyl”dan sonrakı yerləri 1,07 trilyon rublla "Maqnit", 1,3 trilyon rublla "X5 Retail Group" tutublar.Muxalifet2 - 29-09-2017
İnterpolun xətti ilə axtarışa verilən yazıçı “Nobel”ə namizəd oldu
Türkiyədən mühacirət edərək Almaniyaya yerləşən "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar haqqında sürpriz qərar verilib.
Daha öncə radikal yazıları səbəbilə həbs edilən C.Dündar “Nobel" Sülh Mükafatına namizəd göstərilib.
Türkiyənin “vətən xaini” adlandırdığı jurnalistin namizədliyi Oslo Sülh Universiteti tərəfindən irəli sürülüb.Muxalifet2 - 29-09-2017
Mehman Hüseynovun faktiki olaraq həbsdə qalma müddəti artdı – Vəkil
Azərbaycan Ali Məhkəməsi bloger Mehman Hüseynovun kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə cinayət işini yenidən apellyasiya baxışına qaytarıb.
Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.
Bundan öncə, Mehman Hüseynov 2017-ci il yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.Muxalifet - 29-09-2017
Xəbərdarlıq: yeni iqtisadi böhran gəlir - BRAUN
Böyük Britaniya və iqtisadi durumu dayanıqlı olmayan digər dövlətlər növbəti dəfə maliyyə böhranı yaşaya bilər.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BBC-yə açıqlamasında İngiltərənin keçmiş baş naziri Qordon Braun deyib. O bildirib ki, ilk onluqda yer alan bankların 2007-18-ci illərin maliyyə böhranı zamanı müflisləşmə həddinə çatmasına səbəb onların böhran risklərindən xəbərdar olmaması yox, "özündənrazılıq" hissinin nəticəsi idi.Muxalifet2 - 29-09-2017
Rusiya Qafqazdakı ORDUSUNU AYAĞA QALDIRDI
Rusiya ordusunun Çeçenistanda yerləşən qüvvələri həyəcan siqnalı ilə qaldırılaraq Stavropol əyalətində yerləşən poliqona göndərilib.
Təlimlərə 800 hərbi qulluqçu ilə yanaşı 200 hərbi texnika cəlb olunub.Muxalifet2 - 29-09-2017
Сенат США утвердил Джона Хантсмана на должность посла в России
Бывший губернатор Юты, республиканец Джон Хантсман был назначен посланником в Москву еще в марте. Белый дом не отправлял его кандидатуру на официальное утверждение в Сенат, ожидая ее предварительное одобрение Москвой. Взаимное одобрение Хантсмана Кремлем и нового российского посла Анатолия Антонова Белым домом произошло в июле после встречи президентов Дональда Трампа и Владимира Путина на саммите "Большой двадцатки" в Гамбурге.
Muxalifet - 29-09-2017
Anti-islam hərəkatında pik nöqtə: “Qurani-Kərim” QADAĞAN EDİLİ
İslam dininə qarşı mübarizə aparan Çin daha bir radikal addım atıb.
Hökumət evində “Qurani-Kərim” olan hər kəsin kitabı polisə təslim etməsini tələb edib. Müqəddəs kitabla yanaşı, ibadət etmək üçün istifadə olunan bütün əşyalar təslim edilməlidir.
Çin hökuməti qadağanı radio və sosial media vasitəsilə yayımlayıb.
Yeni qaydaya tabe olmayanlar ciddi şəkildə cəzalandırılacaq.Muxalifet2 - 29-09-2017