Türkiyədə terror ola bilər – ABŞ-dan XƏBƏRDARLIQ
29-09-2017 09:33

ABŞ Dövlət Departamenti Türkiyədə yaşayan və bu ölkəyə səfər etmək istəyən vətəndaşlarına terror xəbərdarlığı edib.
Muxalifet.az “habertürk”-ə istinadən xəbər verir ki, internet vasitəsilə edilən müraciətdə Amerika vətəndaşlarına Türkiyədə terror təhlükəsinin sovuşmadığı qeyd olunub.
Bildirilib ki, amerikalılar mümkün qədər Türkiyənin Cənub-şərq istiqamətində səhayətlər etməsinlər, planlaşdırılan səfərləri təxirə salınlar.