Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. 16 yaşlı qız yeni doğulmuş körpəsini pəncərədən atdı - DƏHŞƏT

    Türkiyənin Uşak bölgəsində dəhşətli hadisə baş verib.
    Publika.az xəbər verir ki, adı açıqlanmayan 16 yaşlı qız dünyaya gətirdiyi körpəsini evinin pəncərəsindən aşağı atıb.
    Evinin tualetində gizlicə doğuş edən azyaşlı ailəsindən qorxduğu üçün bu yola əl atdığını deyib.
    Dünyaya gələn uşağın ağlama səslərini eşidən qonşular polisə xəbər verib. Polis hadisə yerinə gəldikdə yeni doğulmuş körpəni ölü halda, ananı isə qanlar içində tapıb.

    Muxalifet2 - 29-09-2017

  2. Alman ordusu İNCİRLİKDƏN ÇIXDI

    İncilikdəki son Alman əsgərləri çərşənbə günü bazadan ayrılıb.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.
     Alman qoşunlarının İncirlikldəki Hərbi Hava Bazasından çəkilmə prosesi yekunlaşdı. Alman birliklərin İordaniyadakı Əl Azra-maq Hava Bazasına tamamilə köçməsinin oktyabr ayının ilk həftələrində Tornado kəşfiyyat təyyarələrinin da gəlməsi ilə böyük ölçüdə tamamlanacağı bildirildi.

    Muxalifet - 29-09-2017

  3. Rusiya kəşfiyyatı silah tacirlərinin böyük şəbəkəsini ifşa etdi

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi silahların qanunsuz dövriyyəsinə cəlb olunan qrupların və şəxslərin fəaliyyətinin qarşısını alıb.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib.
    Ölkənin 21 regionunda silah satışı, istehsalı və müasirləşləşməyə cəlb olunmuş 62 vətəndaşda axtarışlar aparılıb.
    “Nəticədə Rusiya və xarici istehsalı olan odlu silahın 181 vahidi qanunsuz dövriyyədən çıxarılıb”, - xəbərdə qeyd edilir.

    Muxalifet2 - 29-09-2017

  4. İŞİD-dən xilas edilən uşaqların Azərbaycandakı babası tapıldı - XİN

    Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir.
     
    Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
    O qeyd edib ki, Azərbaycanın İraqdakı diplomatik korpusu məsələni gündəmdə saxlayır:

    Muxalifet - 29-09-2017

  5. Qod Nisanov Beynəlxalq Bankın Moskvadakı torpaq sahəsini almaq istəyir

    Yəhudi əsilli azərbaycanlı milyarder, Moskvanın daşınmaz əmlak kralı Qod Nisanov Azərbaycan Beynəlxalq Bankının Moskvanın mərkəzindəki torpaq sahəsini almağa maraq göstərir. Virtualaz.org xəbər verir ki, bunu milyarder özü “Forbes”ə danışıb. Söhbət Azərbaycan Beynəlxalq Bankının Arbat küçəsindəki torpaq sahəsindən gedir. Bank həmin ərazidə tikinti layihəsi həyata keçirməyi planlaşdırmışdı. 

    Muxalifet2 - 29-09-2017

  6. Lütfi Zadə ilə vida mərasimi başlayır

    Onun cənazəsi Heydər məscidindən AMEA-nın Əsas binasına gətirilib
    Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayır.
    Onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.
    Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcək.
    Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

    Muxalifet2 - 29-09-2017

  7. Şəhid polkovnikin xanımına VƏZİFƏ VERİLDİ

    Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub. 
    Yeniçag.az xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub. 
    N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. 
    Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    Muxalifet2 - 29-09-2017

  8. ​İD "Bağdadinin yeni səsyazısını" yayıb

    Rusiya və İran rəsmiləri Bağdadinin öldüyünü deyir, ABŞ isə belə düşünmür.
    Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma liderləri Əbu Bəkr əl-Bağdadiyə aid olduğunu iddia etdikləri səs qeydlərini yayıblar.
    İD lideri kimi danışan bir natiq Şimali Koreyanın Yaponiya və ABŞ-a qarşı son təhdidlərinə toxunub.
    46 dəqiqəlik çıxışda o, həmçinin iyulda İraq qüvvələri tərəfindən geri alınan Mosuldakı döyüşlərdən danışıb.

    Muxalifet2 - 29-09-2017

  9. “Jeep” piyada qadını vuraraq öldürdü - ​SUMQAYİTDA

     Faktla bağlı Baş İstintaq Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
    Sumqayıt şəhərində avtomobil piyada qadını vuraraq öldürüb.
    “Report” DİN-in məlumatına əsasən xəbər verir ki, hadisə dünən saat 20 radələrində qeydə alınıb.
    Belə ki, şəhər ərazisində Xaçmaz rayon sakini Nahid Eldarov idarə etdiyi “Jeep Grand Cherokee” markalı avtomobillə yolu keçən şəhər sakini Mətanət Qürbətovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Faktla bağlı Baş İstintaq Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 29-09-2017

  10. 110-luq yolda sürücü 95-lə radara düşdü -VİDEO

    Mingəçevirdən Bakıya gələn sürücü yolda radara düşüb. Sürücü iddia edir ki, o, sürət həddi saatda 110 kilometr olan yolda 95-lə hərəkət edib. Amma bir neçə gündən sonra ünvanına elektron protokol gəlib ki, 70-lik sürət həddini aşdığına görə cərimə edilib.
     
    Sürücü günahsız olduğunu sübut etməkdən ötrü yenidən həmin yerə gedərək ərazidəki nişanları çəkib ”XəzərXəbər”in votsap nömrəsinə göndərib.
    Sürət həddi saatda 110 kilometr olan yolda sürücü 95-lə radara düşdü.

    Muxalifet - 29-09-2017

  11. Türkiyədən Bakıya xəyanət edənlərlə bağlı - AÇIQLAMA

    Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin bir qrup vətəndaşının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər etməsinə münasibət bildirib. 
    Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Türkiyənin müxalifət partiyasını təmsil edən keçmiş millət vəkilləri və müxalif jurnalistlərdir. 

    Muxalifet2 - 29-09-2017

  12. Şimali İraqda gərgin döyüşlər: TÜRKİYƏ ŞƏHİD VERDİ

    Türkiyə Silahlı Qüvvələri Şimali İraqda keçirdiyi əməliyyatlar zamanı terrorçularla türk əsgəri arasında atışma baş verib. 
    Şimali İraqın Kanimasi bölgəsindəki döyüşlər zamanı 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Əks hücuma keçən türk ordusu 3 terrorçunu zərərsizləşdirib. 
    Türk ordusu Zap və Avaşin bölgəsində PKK-çılara məxsus silah anbarlarını, sığınacaqları darmadağın edib. 
    Qeyd edək ki, Bərzaninin keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət yenidən pisləşib.

    Muxalifet2 - 29-09-2017

  13. ​“Azərbaycanda idarəetmədə o qədər özbaşınalıq var ki...” – SİYASİLƏRDƏN SƏRT ETİRAZ

    Mirmahmud Mirəlioğlu:“Azərbaycanda istənilən dövlət məmuru ağlına və ağzına gələn istənilən şeyi danışa bilər”
     
    Əli Əliyev:“Azərbaycan pasportunu bu cür aşağılayan adamın ölkədən çıxarılması lazımdır”

     

    Muxalifet3 - 29-09-2017

  14. "Freedom House" Konqresə: Azərbaycan qətnaməsini ləngimədən qəbul edin!

    "Dünyanın ən repressiv rejimlərindən biri olaraq Azərbaycan hökuməti insan haqlarını cəzalandırılmadan pozur, sivil cəmiyyətə, insan haqları müdafiəçilərinə və müstəqil mətbuata hücum edir,” deyə Freedom House prezidenti Maykl Abramovitz bəyan edib.
     
     “Bu qətnamə düzgün olaraq ABŞ hökumətini insan haqlarını pozanları Qlobal Maqnitski Aktı vasitəsilə cavabdeh tutmağa çağırır.”

    Muxalifet - 29-09-2017

  15. Dəmiryolu stansiyasında izdihamda 22 NƏFƏR ÖLDÜ

    Hindistanın Mumbay şəhərində dəmiryolu stansiyasında yaranan izdiham nəticəsində 22 nəfər həlak olub, 30-dan çox adam yaralanıb. 
    Məlumata görə, yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır. 
    İzdihamın yaranma səbəbi kimi Mumbaya səhər saatlarında yağan güclü leysan göstərilir. 
    Belə ki, yolları su basacağından ehtiyat edən sakinlər dəmiryolu stansiyasına üz tutub. Nəticədə yaranan sıxlıq insan itkisinə yol açıb./trend.az/

    Muxalifet2 - 29-09-2017

  16. Silah anbarlarını kim partladır? – PARTİYA SƏDRİNDƏN ŞOK AÇIQLAMA

    Azərbaycan, Ukrayna və Ermənistanın silah anbarlarında baş verən partlayışın pərdəarxası
     
    Sərdar Cəlaloğlu: “Rusiya öz ətrafındakı dövlətləri mümkün qədər zəiflətmək üçün bu cür addımlar atır”
     

    Muxalifet3 - 29-09-2017

  17. Azərbaycan 4 türkiyəli xaini QARA SİYAHISINA SALDI

    Türkiyənin Qarabağa səfər edən ictimai-siyasi xadimlərinin hamısının adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına əlavə edilib. 
    Bunu “Haqqin.az” saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev söyləyib. O, bu şəxslərin Qarabağa səfərini provokasiya adlandırıb və onların səfərlərinin Türkiyədəki erməni lobbisi vasitəsilə gerçəkləşdiyini bildirib. 

    Muxalifet2 - 29-09-2017

  18. Ağ Evdə Trampın komandası ilə bağlı ARAŞDIRMA

    Ağ Ev ABŞ Prezidenti Donald Trampın yaxın ətrafının iş prosesi zamanı şəxsi elektron poçtlarından istifadə etməsi ilə bağlı araşdırmalara başlayıb.
     
    Araşdırmalar gizli formada aparılır. Bu proses bir neçə həftə və ya ay ərzində davam edə bilər.
    Bu araşdırmaların başlanmasına səbəb isə ABŞ prezidentinin kürəkəni və müşaviri Cared Kuşnerlə bağlı səsləndirilən iddialar olub. İddialara əsasən, Kuşner işlə bağlı yazışmaları şəxsi e-poçtu vasitəsilə həyata keçirib.

    Muxalifet - 29-09-2017

  19. Azərbaycanın xüsusi qrupundan ERMƏNİSTANA BÖYÜK ZƏRBƏ

    Ermənistana haker hücumları ilə ciddi zərbələr vuran “Anti-armenian Team” adlı xüsusi qrup Dağlıq Qarabağa aid yeni xəritələr ələ keçirib. 
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, haker qrupumuz sosial şəbəkə hesabında Azərbaycan SSR-də Dağlıq Qarabağın xəritələrini paylaşıb. Qrup bu xəritələri haradan əldə etdiyi haqda heç bir məlumat verməsə də, onların Ermənistanın sisteminə müdaxilə etdiyi ehtimal olunur. 
    Bu xəritə Ermənistanın Dağlıq Qarabağa iddialarını bir daha alt-üst edir. 

    Muxalifet2 - 29-09-2017

  20. Ərdoğan 9 saatlıq iclasdan sonra QƏRAR VERDİ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təhlükəsizlik iclasında İraq Kürdüstanında təşkil olunan referendumdan sonra atılacaq addımlar müzakirə edilib.
     
    9 saat davam edən müzakirələrdən sonra qərar verilib.
    Qərara əsasən, bu böhrana qarşı Türkiyənin siyasi və iqtisadi həyatına ən az zərər verə biləcək addımlar atılacaq.
    İlk olaraq, Habur sərhəd-keçid məntəqəsinə alternativ olaraq Ovaköy, İraqın cənubundakı Təlafər-Mosul, davamında isə Bağdad-Basra xəttindən istifadə edilə bilər.

    Muxalifet - 29-09-2017

Pages