Axtarış

The search found 105785 results in 0.137 seconds.

Search results

  1. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında: AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ XALQININ VƏZİFƏLƏRİ

    Vətən və millət tarixinin önəmli məqamlarını diqqətdən qaçırmayan bütün sayğılı soydaşlarımıza bəlli olduğu kimi, üzümüzə gələn 2018-ci il bir çox tarixi hadisələrin 100 illiyi ilə əlamətdardır: Azərbaycanlıların soyqırımı (Quzeyli-Güneyli – Mart hadisələri, Urmiya bölgəsindəki faciələr...), Türk Ordusunun ilkin heyətinin Gəncəyə gəlişi (25 may), Cümhuriyyətimizin yaradılması (28 may), Milli Ordumuzun yaradılması (26 iyun), Türk-Azərbaycan qüvvələri tərəfindən Bakı savaşı ilə (15 sentyabr) yekunlaşan Azərbaycanın qurtuluşu...

    Muxalifet3 - 29-09-2017

  2. ​Polis maşından oğurluq edən şəxsi tutdu - BAKIDA

    Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb. 
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Bakı şəhər sakini Nəzirə Hüseynovaya məxsus “KİA” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Əlizadə tutulub.

    Muxalifet2 - 29-09-2017

  3. Bərzani Azərbaycanda mülk aldı: Silah saxlayır

    Şimali İraq Kürd Bölgəsəl Yönətiminin lideri Məsud Bərzani Güney Azərbaycanın Urmiya şəhərində daşınmaz əmlak alıb.
     
    Bu barədə Qərbi Azərbaycan əyalətinin yerli mətbuatı etibarlı mənbələrə istinadən məlumat yayıb.
    Məlumatda bildirilir ki, təkcə Urmiya şəhərində 11 ev, 1 böyük ticarət mərkəzi və 1 hotel-restoran Bərzani tərəfindən alınıb.
    Daşınmaz əmlakın başqa bir şəxsin adına alındığı bildirilib.
    Bəzi mənbələr isə kürd lider tərəfindən alınan evlərdə silah-sursat saxlanıldığı qeyd edilib.

    Muxalifet - 29-09-2017

  4. Navalnı Moskvada TUTULDU

    Rusiya müxalifətçisi Aleksey Navalnı Moskvada öz evinin bloku qarşısında polis tərəfindən saxlanılıb.
    “İnterfaks” agentliyi xəbər verir ki, bu haqda siyasətçi öz İnstaqram səhifəsində yazıb.
    Hüquq-mühafizə orqanları informasiyanı hələ təsdiq etməyiblər.
    Qeyd edək ki, bu gün Navalnının tərəfdarları Nijni-Novqorodda hakimiyyətlə razılaşdırılmamış aksiya keçirməyi planlaşdırırlar.

    Muxalifet2 - 29-09-2017

  5. “Onu evinin qarşısında güllələdilər...” - Saakaşvili

    Bu gün öyəndim ki, o, evinin qarşısında naməlum şəxslər tərəfindən avtomatla güllələnib.
     
    Bu sözləri Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili onunla Ukraynanın Çerkassi şəhərində görüşən deputatın öldürülməsi ilə bağlı statusunda qeyd edib.
    Saakaşvili şəxsi Feysbuk hesabında yazıb:

    Muxalifet - 29-09-2017

  6. Kreml Dağıstanda ənənəni dəyişir: Avar əvəzinə vəzifəyə ləzgi gəlir

    Sergey Melikov Dağıstana rəhbər təyin edilsə, o zaman bu, yeni mərhələnin başlanğıcı olacaq.
     
    Bunu “Sobesednik” saytına açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib.
    “General Sergey Melikov bütün filtrlərdən keçib və lazım olan bütün tələblərə cavab verir. Bu dəqiqə ən çox müzakirə olunan məsələ Melikovun ləzgi olmasıdır. Dağıstanda artıq çoxdan mövcud olan praktika prezident vəzifəsinə avarın gətirilməsidir. Bu təyinat yeni mərhələnin başlanğıcı olacaq.

    Muxalifet - 29-09-2017

  7. İrəvanda institut binası yanır - FOTO

    İrəvanda Mnconyan adına Orqanik və Əczaçılıq kimyası elmi-texnologiya mərkəzinin korpuslarının birində yanğın başlayıb. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 10:00-da başlayıb. 
    Hadisə yerinə 6 yanğınsöndürən maşın göndərilib.

    Muxalifet2 - 29-09-2017

  8. ​Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi - FOTO

    Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.
    Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.
    Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.

    Muxalifet2 - 29-09-2017

  9. Bərzaniyə gözdağı davam edir: “Dəclə qalxanı” BAŞLAYIR

    İraq sərhədində hər an “Dəclə qalxanı” əməliyyatına çevrilə biləcək hərbi təlimlər davam edir. 
    “Yeni Şafak” qəzeti keçirilən hərbi təlimlərin İraq Kürd Muxtariyyətinə müdaxilə ilə nəticələnə biləcəyi iddiası ilə çıxış edib. 
    Məsud Bərzani üçün gözdağına çevrilən hərbi təlimlərin 11-ci günü geridə qalıb. Türkiyə ordusu İraq hərbçiləri ilə birlikdə tüstü bombaları, “Sabra” tankları, zirehli nəqliyyat vasitələrindən istifadə etməklə düşmən mövqelərini ələ keçirmə əməliyyatlarını uğurla yerinə yetirib. 

    Muxalifet2 - 29-09-2017

  10. Robert Sekuta: "Lütfi Zadə ABŞ-da elmin inkişafına böyük töhfələr verib"

    "Lütfi Zadə Amerika Birləşmiş Ştatlarında elmin inkişafına böyük töhfələr verib".
    Bunu mərhumla vida mərasimində iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet2 - 29-09-2017

  11. Ali Məhkəmədən Mehman Hüseynovla bağlı qərar

    Bu gün Ali Məhkəmədə bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti qismən təmin edilib. 
    Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən həmin məhkəməyə qaytarılıb. 

    Muxalifet2 - 29-09-2017

  12. Prezident İlham Əliyev Lütfi Zadə ilə vida mərasiminə qatıldı

    Prezident İlham Əliyev görkəmli alim Lütfi Zadə ilə vida mərasiminə gəlib. 
    Mərasimə dövlət və hökumət üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb.  
    Mərasim AMEA-nın əsas binasında keçirilir. 
    Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. Onun cənazəsi sentyabrın 29-da gecə Bakıya gətirilib.

    Muxalifet2 - 29-09-2017

  13. 117 hərbçi həbs edildi - TÜRKİYƏDƏ

    Türkiyənin İzmir əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 117 hərbçi tutulub. Türkiyə KİV yazır ki, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 
    Əməliyyat Türkiyənin 45 əyalətində keçirilib. 

    Muxalifet2 - 29-09-2017

  14. Məzarlarda dəbdəbəli sinə daşları qadağan edilir - QƏRAR

    Məzar və sinə daşları barədə yeni qərar qəbul olunacaq. 
    Bunu Report-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

    Muxalifet2 - 29-09-2017

  15. ABŞ Ərdoğanın təklifinə razılıq vermədi

    ABŞ Türkiyədə həbsdə olan Keşiş Brunsonla Fətullah Gülənin dəyişdirilməsinə razılıq vermədi
     
    Müxalifət.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərinə görə, ABŞ sözçüsü Ərdoğanın Türkiyədə təxminən bir ildir ki, həbsdə olan Keşiş Brunson ilə Gülənin mübadilə edilmələri haqqında danışdı.
    ABŞ sözçüsü Noyert prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə təxminən bir ildir ki, həbsdə olan Keşiş Brunson ilə Fətullah Gülənin mübadilə edilməsi haqqında təklifi ilə əlaqədar olaraq "Belə bir yola gedəcəyimizi təsəvvür belə etmirəm" - dedi.

    Muxalifet - 29-09-2017

  16. Yağışlı hava davam edəcək

    Sabah, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. 
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

    Muxalifet2 - 29-09-2017

  17. Trampa “Kürdüstanı tanı” deyən Senator kimdir?

     Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, AMERİKALI senator ABŞ prezidenti Trampa müraciət edərək, "Kürdüstanı tanıyın" deyib.
     
     Bəs kimdir bu adam?
    Adı Chuck Schumer, Demokratların senatdakı lideri və bir Yəhudidir.
    Bu adam İsrailin Qəzzada törətdiyi qırğınlarda "Fələstini iqtisadi olaraq boğmaq lazımdır" deyən şəxsdir.

    Muxalifet - 29-09-2017

  18. Azərbaycandan Şimali İraqda keçirilən referenduma reaksiya

    Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.
     
    Bu sözləri İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendumla əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
    O bildirib ki, Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

    Muxalifet - 29-09-2017

  19. Məşhur supermarketlər birləşir

    Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik təlabat malları ilə təminatını həyata keçirən, supermarket şəbəkələri birləşmək barədə qərar qəbul ediblər.
     
    2011-ci ildən fəaliyyətə başlayan “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar veriblər.

    Muxalifet - 29-09-2017

  20. ABŞ rəsmisi Azərbaycanda səfərdədir

    ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun Qafqazla Əlaqələr və Regional Münaqişələr şöbəsinin direktoru, xanım Alisia Allison Azərbaycanda səfərdədir.
     
    ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər ötən gün başlayıb. Vəzifəsinə yeni təyin olunmuş A. Allisonun Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində o, Azərbaycan, buradakı məsələ və problemlər haqqında geniş məlumat əldə etmək üçün müxtəlif şəxslərlə görüşüb danışıqlar aparacaq.

    Muxalifet - 29-09-2017

Pages