Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. "Бреют зайцев на ходу" - Абдулатипов об окружении Путина

    Глава Дагестана Рамазан Абдулатипов выступил на сессии народного собрания республики.
     
    Он объявил о своем уходе и поблагодарил депутатов и жителей Дагестана за проделанную работу, сообщает издание «Черновик».
    «Я хочу поблагодарить и сказать спасибо всем депутатам, и Хизри Исаевичу (Хизри Шихсаидов, председатель Народного собрания Дагестана — РБК), а также всем дагестанцам. Количество тех, кто понимает, что мы делали, сегодня больше, чем их было четыре года и девять месяцев тому назад. Это очень большой срок», — заявил Абдулатипов.

    Muxalifet - 28-09-2017

  2. Ombudsmanın nümayəndələri DTX-nın Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında olublar

    İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.
    Qurumdan Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

    Muxalifet2 - 28-09-2017

  3. Putin Türkiyəyə GƏLDİ

    Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib. 
    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
    Qeyd edək ki, görüşdə kürd referendumu və başqa məsələlərin müzakirə olunacağı gözlənilir.

    Muxalifet2 - 28-09-2017

  4. Sarkisyan iki generalı İŞDƏN CIXARTDI

    Ermənistan prezidenti Serj Sarkisyan general-mayor Artur Simonyanın Sülhməramlı qüvvələrin komandanı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
    Sakisyan digər bir sərəncamla, Vağinak Sarkisyanı Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edərək, Sülhməramlı qüvvələrin briqada komandanı təyin edib. Vağinak Sarkisyanla 2017-ci il sentyabrın 30-dan etibarən, bir il müddətinə müqavilə imzalanıb.

    Muxalifet2 - 28-09-2017

  5. Saakaşvili harada yaşadığını bəyan etdi

    Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili hazırda Kiyevdəki mənzilində yaşayır.
     
    Müxalifət.az.-ın verdiyi xəbərə görə, bu barədə Saakaşvili öz Facebook profilində yazmışdır.
    "Mən heç bir yerə qaçmamışam, Kiyevdəki mənzilimdə yaşayıram və əgər çox cəsarətlisinizsə, növbəti dəfə Ukrayna Təhlükəsizlik Xidmətindən növbəti sifariş almağa gələndə buraya da gələ bilərsiniz, çünki oraya çox yaxınam ", - deyə,  Saakaşvili Ukraynanın radikal təşkilatı olan “Belıy Sektor”un rəhbəri Dmitri Yaroşa cavab verib.

    Muxalifet - 28-09-2017

  6. Azərbaycanda ilkə imza atıldı – 23 yaşlı qızın ağciyərini kəsdilər

    Respublika Müalicə Diaqnostika mərkəzinin həkimi, cərrah Elmar Məmmədov Azərbaycanda unikal əməliyyat həyata keçirib. 
    Medicina.az xəbər verir ki, ölkəmizdə ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatını uğurla başa vurub. Cərrah əməkdaşımızla söhbətində deyib ki, əməliyyatda 23 yaşlı qızın ağciyərinin sol payı əməliyyatla xaric olunub: 

    Muxalifet2 - 28-09-2017

  7. Metroda SİLAH SƏSLƏRİ

    İspaniyada Madrid metrosunda silah səsləri eşidilib.
    Bununla bağlı ölkənin “La varguardia” qəzeti məlumat yayıb.
    Məlumata görə, polis hadisə yerinə gedib. İki metrostansiyasında hərəkət dayandırılıb. Araşdırmalar aparılır.
    Hadisə yerində şahidlərin ilk göndərdiyi foto yayımlanıb.

    Muxalifet2 - 28-09-2017

  8. Təhsil İdarəsi məktəblərin ödənişli olacağını təkzib etdi - "DOĞRU ANLAŞILMAYIB"

    “Təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur”
     
    “Bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub”.
    Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

    Muxalifet - 28-09-2017

  9. ​Paralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA

    Sizlərə uşaqlıqdan yadımda olan bir andan bəhs edərək, yazıma başlamaq istərdim. Biz məktəbdə, daha doğrusu ibtidai sinifdə oxuyanda müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi. Bir gün mənə əzbərləməm üçün şeir gətirdi və dedi ki, “Bunu yaxşıca əzbərlə, tədbirdə oxuyacaqsan”. Şeir yazılan vərəqi aldım və bu misralar  yazılırdı:
    Niyə ikidir adın?
    Ay sənə qurban canım.
    Cənub Azərbaycanım,
    Şimal Azərbaycanım!

    Muxalifet3 - 28-09-2017

  10. Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - DƏFN PROQRAMI

    Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.
    APA-nın məlumatına görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna 29 sentyabr saat 00.55-də eniş edəcək.
    Mərhumun cənazəsi xüsusi ayrılmış maşında yol polisinin müşayiəti ilə hava limanından Heydər Məscidinə aparılacaq.
    Sentyabrın 29-da Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq, cənazə namazı qılınacaq.
    Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi zalında olacaq.

    Muxalifet2 - 28-09-2017

  11. İvanaşvili hakimiyyəti seçiciləri “Quran”la ələ almağa çalışır – Gürcü müxalifəti

     Gürcüstanın müxalif “Quruculuq Hərəkatı” Partiyası azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda hakim “Gürcü Arzusu” Partiyası tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə məlumat yayıb.
     
    APA-nın xəbərinə görə, partiya iddia edir ki, Dmanisi rayonunun Yırğançay kəndində hakim partiyanın yerli qərargahının hüquqşünası Emzar Petriaşvili kənd sakinlərini “Quran”a and içdirərək oktyabrın 21-də partiyanın namizədinə səs vermələrinə dair vəd alıb.

    Muxalifet - 28-09-2017

  12. Kim Çen İnə zərbə: 120 ŞİRKƏT BAĞLANIR

    Rəsmi Pekin Şimali Koreyanın Çindəki şirkətlərinin 120 gün ərzində bağlanacağını açıqlayıb. 
    Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb. 
    Nazirlik açıqlamada fərdi və ya Çin firmalarıyla ortaq şəkildə çalışan şirkətlərin 12 sentyabrda BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı alınan sanksiya qərarları çərçivəsində 120 gün içərisində bağlanacağını bildirib. 
    Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası sentyabrın 12-də Şimali Koreyaya sanksiya tətbiq olunması ilə bağlı qanun layihəsini təsdiq edib.

    Muxalifet2 - 28-09-2017

  13. Arif Hacılıdan Qiyasın atasına açılan “cinayət işi” nə sərt təpki

     “Qiyas İbrahimov məzmununda təhqir belə olmayan cümləsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib”.
     
    Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb. Bu məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində bu sözləri yazıb.

    Muxalifet - 28-09-2017

  14. Müəllimlərə 10 min, məktəblərə 100 min MANAT VERİLİR

     
    Dövlət ümumi təhsil müəssisələri və müəllimlər üçün keçirilən 1-ci qrant müsabiqəsinə yekun vurulub. Ümumi təhsil müəssisələri üzrə 37 layihəyə 700 min, fərdi kateqoriyalar üzrə 83 layihəyə 300 min manat ayrılıb. 

    Muxalifet2 - 28-09-2017

  15. BMT yeni MƏRKƏZ QURDU - Dünya üçün BÖYÜK TƏHLÜKƏ

    Birləşmiş Millətlər Təşkilatı süni intellektlə bağlı yeniliklər və onun yarada biləcəyi təhlükələri araşdırmaq üçün Hollandiyada bir mərkəz qurub.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, Süni intellekt və robotlar adı ilə qurulan mərkəzdə texnologiyanın inkişafının işsizliyə səbəb olacağı risklər araşdırılacaq.

    Muxalifet2 - 28-09-2017

  16. Türkiyə, İran və İraq orduları Şimali İraqa qoşun yeridə bilər — Türk generaldan AÇIQLAMA

    Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.
     
    K.Atılgan deyib ki, bölgədə qondarma “Kürdistan dövləti” yaratmaqla Türkiyənin, İranın, İraqın və Suriyanın ərazi bütövlüyünə qarşı məkrli planlar hazırlanır:

    Muxalifet - 28-09-2017

  17. ​Əməliyyat olundu, öz dilini unudub ingiliscə danışdı

    İtaliyalı qız əməliyyatdan sonra doğma dilini tamam unudub.
    Ölkənin Salerno əyalətində yaşayan 27 yaşlı qız əməliyyat zamanı həkimləri qorxudub.
    Belə ki, əməliyyatdan əvvəl anesteziya vurulan qıza keyidici təsir etməyib. Qız italiyalı olduğu halda anesteziyadan sonra həkimlərlə mükəmməl ingilis dilində danışıb.
    Həkimlərdən heç biri ingilis dilini bilmədiyi üçün qızın nə demək istədiyini anlamayıblar. Həkimlər bunu əvvəlcə zarafat hesab etsələr də, sonradan qızın öz dilində heç nə bilmədiyinə əmin olub təlaşa düşüblər.

    Muxalifet2 - 28-09-2017

  18. Proqram dayandı: aeroportlarda böyük növbələr yarandı

    “Amadeus Altea” proqramında yaranan problem dünyanın bir sıra hava limanlarında böyük növbələrin yaranmasına səbəb olub. 
    Növbələr, xüsusilə, Londonun “Qatvik”, Parisin “Şarl de Qol”, Vaşinqtonun “Ronald Reyqan”, Sinqapurun “Çanqi”, Sürix, Yohannesburq və Melburn hava limanlarında müşahidə olunub. 
    Qeyd edək ki, “Amadeus Altea” proqramı dünyanın əksər aviaşirkətləri tərəfinən istifadə edilir. Bu proqram daha çox hava limanlarında internetlə qeydiyyatdan keçmək üçündür.

    Muxalifet2 - 28-09-2017

  19. Buxarestdə erməni təxribatının QARŞISI ALINIB

    Ombudsman Elmira Süleymanova Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib. 

    Muxalifet2 - 28-09-2017

  20. “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti İSTEFAYA GÖNDƏRİLİB

    Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub
    Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.
    “Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
    Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. O, komandanı Bundesliqanın VI turunda “Herta” ilə görüşə çıxaracaq. Bundan sonra yeni baş məşqçinin adı açıqlanacaq.

    Muxalifet2 - 28-09-2017

Pages