Millimizin almanlarla ikinci dueli

Azərbaycanda keçirilən qadın voleybolçulardan ibarət yığma komanadalar arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Azərbaycan milli komandası yarımfinala çıxmaq Almaniya sədrini yenidən aşmalıdı.
Məsələ ondadır ki, bu yığmalar qrupda rəqib idilər və son turda öz aralarında keçirilən oyunda Faiq Qarayevin yetirmələri 3:1 hesabı ilə qalib gəlib. Bundestim isə 1/4 finala çıxmaq üçün Bolqarıstanla çətin pley-off oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb. Millimiz yarımfinala çıxarsa, onun rəqibi Hollandiya olacaq.
Digər 1/4 final qarşılaşması Rusiya və Türkiyə arasında olacaq. Onun qalibini isə yarımfinalda Serbiya gözləyir.
Avropa çempionatı, 1/4 final mərhələsi
29 sentyabr
18:00. Azərbaycan - Almaniya
20:30. Rusiya - Türkiyə