Bu ölkə ABŞ-la savaşa hazırlaşır – RƏSMİ BƏYANAT
27-09-2017 15:48

Venesuela ordusu ölkə suverenliyinin müdafiəsinə hazır olmalıdır.
Bunu ABŞ-la Venesuelanın münasibətlərinin korlanmasından danışan Prezident Nikolas Maduro söyləyib.
“Artıq hər regionda, ştatda müdafiəni gücləndirmək vaxtı çatıb. Burada məqsəd antiimperialist xalqın müharibə zamanı müdafiəsini zəmanət altına almaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, Venesuelada vəziyyət getdikcə ağırlaşır. Ölkə müxalifəti Maduronun təcili istefasını tələb edir. Maduro isə müxalifəti ABŞ-ın maşası adlandırır. Üstəlik, ölkənin iqtisadi vəziyyəti də getdikcə bərbadlaşır. Ölkədəki inflyasiya 200%-i keçib. Neft qiymətlərinin azalması və ABŞ sanksiyaları ölkənin neft sənayesinə ağır zərbə vurub.
Vaşinqton isə Karakasa təzyiqlərini artırmaqda davam edir.