Xoşqədəm Hidayətqızının da verilişi bağlandı - AÇIQLAMA
27-09-2017 15:52

Yeni mövsümdən etibarən Xəzər TV-də Xoşqədəm Hidayətqızının təqdimatında efirə gedən “Bizə danış” verilişinin yayımı dayandırılıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, həftəiçi beş gün yayımlanan “Bizə danış” proqramını, ötən mövsüm həftədə yalnız bir gün efirə gedən “Səni axtarıram” verilişi əvəz edir.
Xəzər TV-nin Proqramlar Departamentinin rəhbəri Kənan Bayramov saytımıza açıqlama verərək, proqramın bağlanmasının səbəbini belə izah etdi:
“Veriliş bağlanmayıb. Sadəcə “Səni axtarıram” və “Bizə danış” proqramları birləşdirilib. Eyni qayda ilə gündəlik olaraq “Səni axtarıram” verilişi yayımlanır. Hətta yayım saatını bir saat artırmışıq. Həftəiçi hər gün 15.25-dən 18.00-a dək yayımlanır”.