Sürücü sükan arxasında keçindi - VİDEO

Bakı-Şamaxı-Yevlax yolunun 104-cü kilometrliyində Ağcadərə adlanan ərazidə bədbəxt hadisə baş verib.
ARB TV xəbər verir ki, Şamaxıdan Qobustan istiqamətinə hərəkət edən avtomobilin sürücüsü Nizamağa Salmanovun halı sükan arxasında qəfildən pisləşib.
Şahidlərin sözlərinə görə, o, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb yerə enmək istəyən zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.