Türkiyə ilə bu müqaviləmizi kimsə tənqid edə bilməz - PESKOV

Türkiyə və Rusiyanın hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquqa uyğundur və üçüncü tərəfə qarşı yönəlməyib. 
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, heç kim tərəflər arasındakı bu əməkdaşlığı tənqid etmək haqqına sahib deyil. 
Qeyd edək ki, bundan öncə Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alıb. Ankaranın bu addımı bəzi Qərb ölkələrinin tənqidinə səbəb olub.