"Qarabağ"dan azakeşlərinə - MÜRACİƏT
27-09-2017 15:19

"Qarabağ" klubu azarkeşlərinə yenidən müraciət edib.
Muxalifət.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir. Xahiş olunur ki, tamaşaçılar yarana biləcək sıxlığın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.