Axtarış
The search found 105785 results in 0.081 seconds.
Search results
Blogger Mehman Hüseynov azadlığa buraxıla bilər
Sabah Ali Məhkəmədə videobloqqer Mehman Hüseynovun barəsində çıxarılan hökmdən kassasiya şikayətə baxılacaq.
VəkiliElçin Sadıqov bloqqerin azadlığa buraxılacağına ümid etdiyini bildirib.
Kassasiya şikayətində Mehman Hüseynov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun azadlığa buraxılması istənilir.Muxalifet - 28-09-2017
Çempionlar Liqasında 2-ci tura yekun vuruldu - NƏTİCƏLƏR
Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunlarına yekun vurulub.
UEFA ÇempionlarLiqası
Qrup mərhələsi, ikinci tur
C qrupu
“Qarabağ” (Azərbaycan) - “Roma” (İtaliya) 1:2
“Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə) 1:2Muxalifet - 28-09-2017
Pxenyan raket sistemləri ilə əhatə olunur
Bu ilin sonuna qədər ABŞ Koreya yarımadasına daimi əsaslarla strateji silahlar yerləşdirəcək.
Bu barədə “Renxap” informasiya yayıb.
“Həmin silahların yerləşdirilməsi müdafiə potensialımızı artırmağa kömək olacaq”, - Cənubi Koreya prezidentinin köməkçisi deyib.
Qeyd edək ki, Cənubi Koreya rəhbərliyi ölkədə THAADraket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinin vacibliyini dəfələrlə bildirib. Seulda bu tədbirlər Pxenyanın apardığı nüvə sınaqlarından sonra "qaçılmaz" olaraq qiymətləndirilib.
Muxalifet2 - 28-09-2017
Sumqayıtda silahlı şəxs insanlara hücum etdi, iki polisi yaraladı - VİDEO
Sumqayıtda silahlı şəxs insanlara hücum edib.
Şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün "Cavid" ticarət mərkəzinin yaxınlığında baş verib.
Əlində bıçaq tutumuş şəxs insanlara hucum edib. Onu zərərsizləşdirmək üçün əraziyə polislər gəlib. Həmin şəxs bıçaqla iki polisi ayağından yaralayıb.
Polisləronu zərərsizləşdiriblər. (criminal.az)Muxalifet2 - 28-09-2017
Türkiyə və İraq razılaşdı: BƏRZANİYƏ NÖVBƏTİ ZƏRBƏ
Türkiyə ilə İraq neft ixracı barədə razılıq əldə ediblər.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, razılaşmaya əsasən, bundan sonra Türkiyəyə ixrac edilən neftə görə əsas məsuliyyəti Bağdad üzərinə götürəcək.
Qeyd edək ki, bundan öncə Türkiyəyə ixrac edilən neftə görə Ankara danışıqları əsasən İraq Kürd Muxtariyyəti ilə aparırdı.Muxalifet2 - 28-09-2017
Kərkükdə Türkmənlərə hücum olub
Hücum nəticəsində itki və xəsarət alan olmasa da, binalara ziyan dəyib
Kərkükdə İraq Türkmən Cəbhəsi Kale bürosuna və təşkilatın Fazıl Antika Mədəniyyət Məkəzinə silahlı hücum olub.
“Ajanshaber” xəbər verir ki, bunu Azadı Polis Mərkəzinin nümayəndəsi Nejdet Vindavi bildirib.
Onun sözlərinə görə, naməlum şəxs adı çəkilən qurumların yerləşdiyi binalara odlu silahdan atəş açıb. Hücum nəticəsində itki və xəsarət alan olmasa da, binalara ziyan dəyib.Muxalifet - 28-09-2017
““Qarabağ”ı düzgün qiymətləndirməmişdik” - “Roma”lı futbolçu
“Çox vacib qələbə idi. Amma elə də yaxşı oyun göstərmədik”.
Bu sözləri “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanan “Roma”nın futbolçusu Raca Nainqolan deyib.
O, komandasının qələbəsinə sevinsə də, göstərdikləri oyundan razı qalmadığını bildirib: “Göstərdiyimiz, oyun heç də yaxşı deyildi. Düzdür, 3 xal qazandıq və sadəcə xal qazanmaqdan razı qala bilərik. Oyuna sürətli başladıq, irəli atıldıq, 2 qol vurduq.Muxalifet - 28-09-2017
Azər Tağıyev niyə istefa verib? (AÇIQLAMA)
Vəkillər Kollegiyasının sədri Azər Tağıyev istefa verdiyini təsdiqləyib.
Lent.az-a açılqlama verən Azər Tağıyev səhhətində problem olduğunu və bununla bağlı geniş danışmaq istəmədiyini deyib.
Azər Tağıyevin müavini Fərhad Nəcəfov isə açıqlamasında sədr əvəzi kimi işlərin ona həvalə olunduğu deyibMuxalifet - 28-09-2017
Ərazilərin qaytarılmasına qarşı çıxan separatçı erməni “nazir” qovuldu
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma "DQR” rejiminin "xarici işlər naziri” Karen Mirzoyan vəzifəsindən çıxarılıb.
Publika.az xəbər verir ki, Mirzoyan "ailə şəraitinə görə vəzifədən getdiyi” haqda ərizə yazıb.
Lakin "Jamanak” qəzeti onun qondarma rejimin "prezidenti” Bako Saakyan tərəfindən istefaya göndərildiyini qeyd edib.
Mirzoyanın istefası Dağlıq Qarabağ münaqişəsi üzrə gedən proseslərin fonunda diqqət çəkir.Muxalifet - 28-09-2017
Tanınmış müğənninin oğlunun VƏZİYYƏTİ AĞIRDIR: kəllə sümüyü çıxarıldı
Meyxanaçı-müğənni Samirə Yusifqızının oğlunun başına iş gəlib.
Publika.az-ın məlumatına görə, ifaçı bu barədə “Show time” verilişində deyib. O bildirib ki, 30 yaşlı oğlunun vəziyyəti ağırdır:
“Hovuza tullananmaq istəyəndə onu itələmişdilər, başı dəymişdi, qapalı kəllə-beyin travması almışdı. Kəllə sümüyü çıxarıldı. İki aydan sonra yenidən əməliyyat olunacaq. Kəllə sümüyü yerinə qoyulacaq. Əməliyyat üçün maddi baxımdan heç kimə müraciət etməmişəm. Bunu özümə sığışdıra bilmirəm”.Muxalifet2 - 28-09-2017
Ermənistan telekanalı Qarabağı Azərbaycan ərazisi kimi tanıdı - FOTO
Ermənistanın H1 telekanalı işğal altında olan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi təqdim edib.
Muxalifət.az "Haykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, "Orakarq" proqramında nümayiş etdirilən xəritədə Qarabağın Azərbaycana məxsus olduğu xüsusi işarə ilə göstərilib.
Efirə gedən görüntülər Ermənistanda böyük qalmaqala səbəb olub.Muxalifet2 - 28-09-2017
Futboldan sonrakı nəqliyyat rəzaləti – Fotolar
Bakı Nəqliyyat Agentliyi "Qarabağ”ın "Roma” ilə dünən keçirilən oyunundan sonra sərnişinlərin metro stansiyalarına daşınacağını vəd versə də, buna əməl etməyib. Nəticədə 65 min tamaşaçı dünən gecə yağan güclü yağış altında piyada olaraq metro stansiyalarına üz tutublar. BNA-nın söz verdiyi avtobuslar ərazidə olmayıb.
Bu, aldadılan tamaşaçıların qəzəbinə səbəb olub.
Muxalifet - 28-09-2017
"Rəqib layiqli qələbə qazandı" - Qurban Qurbanov
"Rəqib layiqli qələbə qazandı".
Bunu Çempionlar Liqasının "Qarabağ" - "Roma" oyununu şərh edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, ağır oyun oldu: "Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik".Muxalifet - 28-09-2017
Gənc oğlan əməliyyat zamanı öldü - BAKIDA
Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölüb.Muxalifet2 - 28-09-2017
"Qarabağın işğaldan azad olunması vacibdir" - Türkiyənin müdafiə naziri
"Azərbaycan torpağı olan Qarabağın işğaldan olunması vacibdir".
Muxalifet.az xəbər verir ki, bu barədəTürkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq.
"Azərbaycan gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib.
Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib.Muxalifet - 28-09-2017
Facebook-un yaradıcısı Trampa qarşı sövdələşmə ittihamlarını RƏDD EDİB
Facebookun qurucusu Mark Zuckerberg ABŞ prezidenti Donald Trump-ın sosial şəbəkənin həmişə ona qarşı olması ittihamlarını rədd edib.
Bir müddət əvvəl Trump Twitter sosial şəbəkəsində Facebook-u və bəzi qəzetləri ona qarşı "gizli sövdələşmədə" ittiham edib.
"Facebook həmişə Trump əleyhinə olub. Sosial şəbəkələr həmişə Trump-a qarşı çıxıb, beləliklə, saxta xəbərlər. New York Times (üzr istəyib) və Washington Post Trump əleyhinə idilər. Sövdələşmə?", deyə o yazıb.Muxalifet2 - 28-09-2017
Qaradağlı ATV-dən görün nələri APARMAQ İSTƏYİRMİŞ
ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı işdən ayrılarkən özüylə çox bahalı bəzi avadanlıqları da aparmaq istəyirmiş.
Muxalifet - 28-09-2017
Rusiyaya həyəcan yaşadan "TELEFON TERRORÇUSU" TUTULDU
Moskva vilayəti polisinin əməkdaşları Puşkino şəhərində yaşayış binasına bomba qoyulması barədə anonim zənglər etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Rusiya KİV-i bildirir ki, bu barədə RF-in Moskva vilayəti Polis İdarəsi xəbər yayıb.
Məlumatda deyilir: "112" xidmətinə zəng vurub bomba qoyulması barədə yalan informasiya verməkdə şübhəli bilinən şəxs saxlanılıb".Muxalifet2 - 28-09-2017
İraq baş naziri orduya əməliyyat göstərişi verdi – SAVAŞ QAPIDA
Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna İraq hökumətinin sərt reaksiyaları davam edir.
"Ölkə.Az" xəbər verir ki, dünən İraq məclisi fövqəladə iclas çağırıb. İclasda baş nazir Heydər əl-İbadi kürd liderlərdən savaş istəyib-istəmədiklərini soruşub. Bununla yanaşı İbadi orduya ixtilaf olan bölgələr üçün əməliyyat təlimatı verdi.
Dünən isə İraq ordusunun yüksək rütbəli zabitləri "hərbi səyləri koordinasiya etmək üçün" İrana səfər edib.Muxalifet - 28-09-2017
Əfqanıstanda polis məntəqəsinə hücum - 12 ölü
Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində partlayış törədilib.
Partlayışın törədilməsi üçün hərbi maşından istifadə edildiyi bildirilir. Məlumata görə, maşın polis məntəqəsinə sürülüb. İnsident nəticəsində 12 polis əməkdaşı həlak olub, 4 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması üzərinə götürüb.Muxalifet2 - 28-09-2017