Axtarış

The search found 105785 results in 0.032 seconds.

Search results

  1. "Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

    Oyun israilli briqadaya tapşırılıb
     
    Futbol üzrə Çempionlar Liqasında "Qarabağ"la İtaliya "Roma"sı arasında keçiriləcək C qrupunun II tur matçına təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma israilli hakimlər briqadasına həvalə olunub.
    Çempionlar Liqası, II tur
    C qrupu
    27 sentyabr
    20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)
    Baş hakim: Artur Dias
    Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares

    Muxalifet - 25-09-2017

  2. Narkotik oğurlamaq istədi, GÜLLƏLƏNDİ

    Yevlax rayonunda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sentyabrın 23-də saat 6 radələrində Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
    Dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.

    Muxalifet - 25-09-2017

  3. Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA

     “Vergilər Nazirliyi  “AAAF Park” Yaşayış Kompleksində yoxlamalar aparmayıb”.
     
    Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib.
    Rəsmi məlumatda qeyd edilib ki, hazırda sözügedən şirkətlə nazirlik arasında hər hansı problem, məhkəmə çəkişməsi yoxdur.

    Muxalifet - 25-09-2017

  4. Neçirvan Bərzanidən "yanğının üstünə su səpəcək" AÇIQLAMA

     İraq Regional Kürd Administrasiyasının Baş Naziri Neçirvan Bərzani məntəqədə səs verəndən sonra açıqlama verdi
     
    "Türkiyənin bizi anlamasını gözləyirik ki, Referendum 26 Sentyabrda Kürdüstan dövlətini elan edəcəyimiz mənasına gəlmir.”
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İraq Regional Kürd Administrasiyasının Baş Naziri Neçirvan Bərzani söyləyib.
    Bərzani Ərbildəki Rotana Otelində səsini verəndən sonra jurnalistlərə verdiyi açıqlamada Türkiyənin referendum haqqındakı qərarlarına dair bəyanatlar verdi.

    Muxalifet - 25-09-2017

  5. Qeyri-qanuni referendumda ilk qalmaqal ortaya çıxdı

     IKBY-də qeyri-qanuni referendum başlayıb. Bərzaninin bütün təpkilərə baxmayaraq keçirdiyi referendumda ilk qalmaqal ortaya çıxdı.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-qanuni olaraq keçirilən referendumda bir hiylə edildiyi ortaya çıxdı. Ezidilerin qaldığı Şareya, Mahad və Berşavi düşərgəsində hazır "bəli" şəklində əvvəlcədən hazırlanmış bülletenlərin paylandığı və qaçqınların düşərgədən göndərilməklə təhdid edildiyi iddia edildi.
      “Bəli” səs verilmiş hazır bülletenlər sosial mediada paylaşılıb.

    Muxalifet - 25-09-2017

  6. Qəbiristanlıqdan oğurluq edənlər saxlandı

    Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminium çərçivənin sökülərək oğurlanması barədə məlumat daxil olub.

    Muxalifet2 - 25-09-2017

  7. İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT

    Rusiya İstintaq Komitəsi Krasnodar diyarında insan əti yeyən və insan ətindən konserv hazırlayan ər və arvadı yaxalayıb. 
    Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Krasnodardakı aviasiya texnikumunun yayında qadın qalıqları aşkar edildikdən sonra başlayan istintaq hərəkətləri zamanı 35 yaşlı kişi və onun arvadı həbs olunub. Onların evindən insan ətindən düzəldilən konserv və s. aşkar olunub. 
    İstintaq adamyeyən ər və arvadın azı 7 nəfəri öldürdüyünü ehtimal edir.

    Muxalifet2 - 25-09-2017

  8. Yük maşını 77 yaşlı qadını vuraraq öldürüb - SAMUXDA

    Samux rayonunda yük maşını piyadanı vurub. 
    Hadisə Samuxun Qarayeri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Bayramova Kübra Yusif qızı evinin yaxınlığında yolu keçmək istəyərkən yük maşını tərəfindən vurulub. 
    Ağır vəziyyətdə Gəncə Təcili yardım xəstəxanasına aparılan qadın orada dünyasını dəyişib.
     Faktla bağlı araşdırma aparılır./APA/

    Muxalifet2 - 25-09-2017

  9. Güneydə etiraz: türklərin hüququ təmin edilənədək...

    İranda milli fəallar Azərbaycan türklərinin ana dilində təhsil hüququndan məhrum edilməsinə etiraz olaraq vərəqələr yayıblar.
    Kult.az xəbər verir ki, sentyabrın 22-də yayıldığı bildirilən bildiriş vərəqələrinə şəhərin müxtəlif məntəqələrində rast gəlinir. Bildiriş vərəqəsində azərbaycanlıların 1 əsrdir ki, öz dilində təhsil almadığı xatırladılır: 

    Muxalifet2 - 25-09-2017

  10. ABŞ koalisiyası Suriyada dinc sakinlərə qarşı KÜTLƏVİ QIRĞIN həyata keçirir - VİDEO

    Suriya İnsan hüquqları üzrə müşahidəçilər bildiriblər ki, ABŞ koalisiyası tərəfindən hava zərbələri nəticəsində Suriyada ölən dinc sakinlərin sayı 2886 nəfərə çatıb.
    Muxalifət.az ​Publika.az-a istinadən bildirir ki, bu haqda hüquq müdafiəçilərinə istinadən SMM_Syria məlumat yayıb. Ölən dinc sakinlərin arasında 674 uşaq və 504 qadın var.

    Muxalifet2 - 25-09-2017

  11. ​Azərbaycan kürdlərin müstəqillik referendumunu tanımır

    Hakim Yeni Azərbaycan Partiyası (YAP) İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna münasibə bildirib.
    YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirb ki, kürdlərin referendumu hüququ əhəmiyyət malik deyil.
    “İraq Kürdüstanı xaricdən dəstəy almasaydı, refererndum keçirə bilməzdi. Bu referendumun nə hüquqi, nə də praktiki əhəmiyyəti var”.

    Muxalifet2 - 25-09-2017

  12. Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?

    “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın Bakı Tikiş Evinin 40 manata satdığı məktəbli formalarını 120 manata liseyin şagirdlərinə zorla satdırması hələ də gündəm mövzusudur.

    Muxalifet2 - 25-09-2017

  13. ​İran və Türkiyə qapılarını kürdlərin üzünə bağladı

    İran birtərəfli qaydada İraq Kürdüstanı ilə sərhədi bağlayıb.
    AzVision.az “RİA Novosti2yə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib.
    “Biz İraq hökumətindən gələn rəsmi sorğu əsasında İraq Kürdüstanı ilə sərhədlərimizi bağladıq. İraqın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik və bunun əksinə olan istənilən təşəbbüsün yanlış addım olduğunu düşünürük”, - deyə Qasimi vurğulayıb.

    Muxalifet2 - 25-09-2017

  14. BP-nin Bakı ofisində tüstülənmə: İŞÇİLƏR EVAKUASİYA EDİLDİ

    Əraziyə yanğınsöndürənlər gəlib
    BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.
    "Report"un əməkdaşı xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib.
    BP-nin bütün işçiləri binadan təxliyyə edilib.
    Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.

    Muxalifet2 - 25-09-2017

  15. Bakıda DƏHŞƏT: döyüldüyü üçün infarkt olub, öldü - TƏFƏRRÜAT

    Bir neçə gün əvvəl Bakıda infakt keçirərək dünyasını dəyişən Aydın Novruzovun ölümündən bir müddət əvvəl döyüldüyü məlum olub.
    Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Aydın Novruzov Aydın Bakıda yaşadığı evdə infarkt keçirib.
    A.Novruzovun yaxınları bildirib ki, onların məlumatına görə iki nəfər tərəfindən döyülüb.

    Muxalifet2 - 25-09-2017

  16. Azərbaycanda narkomanlar həbs edilməyəcək - Qanun dəyişdirilir

    Azərbaycanda narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək.
     
    APA xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.

    Muxalifet - 25-09-2017

  17. ATƏT PA-nın xüsusi nümayəndəsi KÖÇKÜNLƏRLƏ GÖRÜŞDÜ

    ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb. 
    Xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb. 
    K.Vigenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini bildirib: 
    "Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik. 

    Muxalifet2 - 25-09-2017

  18. 14 türk Bundestaqa seçildi

    Almaniyada dünən Bundestaqa keçirilən seçkilərdə 14 türk əsilli vətəndaş deputat seçilib.
     
    "Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin nəticələrə görə Sosial Demokratik Partiyasından Aydan Özoğuz, Mətin Haqverdi, Mahmud Özdəmir, Cansel Qızıltəpə, Gülüstan Yüksəl, Əlvan Qorxmaz, Yaşıllar Partiyasından Can Özdəmir, Danyal Bəyaz, Ekin Dəligöz, Canan Bayram, Filiz Polad, Sol Partiyasından isə Evrim Sommər, Sevim Dağdələn, Göyay Ağbulud deputat seçilib.

    Muxalifet - 25-09-2017

  19. Ermənistan ordusunda dava: 2 ƏSGƏR GÜLLƏLƏNDİ

    Hər dəfə Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə Ermənistan tərəfi müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu dəfə də belə oldu.

    Muxalifet2 - 25-09-2017

  20. Suriya havadan hücuma məruz qaldı: 61 dinc sakin həlak oldu

    Dünən gecə Suriyanın İdlib, Həmas və Latakiya bölgələrinə hərbi hava hücumları təşkil edilib.
    Əməliyyat nəticəsində 18 dinc sakin həlak olub, 30-u yaralanıb.
    Yerli qaynaqlardan verilən məlumata görə, adı çəkilən bölgələrə həftə ərzində 60-dan çox hava hücumu təşkil edilib. Nəticədə bölgədə həlak olanların sayı 61-ə çatıb.
    Hava hücumlarının hansı qüvvələr tərəfindən təşkil edilməsi hələ ki, təsbit edilməyib.
    Hücumlarda, xüsusilə, həkimlərin və təhlükəsizlik qüvvələrinin hədəfə alınması diqqət çəkib./Publika.az/

    Muxalifet2 - 25-09-2017

Pages