Suriya havadan hücuma məruz qaldı: 61 dinc sakin həlak oldu
25-09-2017 15:18

Dünən gecə Suriyanın İdlib, Həmas və Latakiya bölgələrinə hərbi hava hücumları təşkil edilib.
Əməliyyat nəticəsində 18 dinc sakin həlak olub, 30-u yaralanıb.
Yerli qaynaqlardan verilən məlumata görə, adı çəkilən bölgələrə həftə ərzində 60-dan çox hava hücumu təşkil edilib. Nəticədə bölgədə həlak olanların sayı 61-ə çatıb.
Hava hücumlarının hansı qüvvələr tərəfindən təşkil edilməsi hələ ki, təsbit edilməyib.
Hücumlarda, xüsusilə, həkimlərin və təhlükəsizlik qüvvələrinin hədəfə alınması diqqət çəkib./Publika.az/