Axtarış
The search found 105785 results in 0.086 seconds.
Search results
“Məhkəmlərdə problemli kreditlərlə bağlı 800 min iş var” - Ekspert
“Problemli kreditlər və bankların vətəndaşları məhkəməyə verməsi artıq sistem əhəmiyyətli problemə çevrilib”.
Muxalifet - 25-09-2017
Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər - Proqnoz
ABŞ dollarının əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 2017-ci ilin sonuna qədər 4%-ə yaxın möhkəmlənə bilər.
"Report" xəbər verir ki, dolların möhkəmlənməsi üçün bir sıra səbəb yaranıb. Birincisi, dollar avro ilə müqayisədə bu ilin əvvəlindən həddindən artıq çox - 14,8% ucuzlaşıb. Belə bir ucuzlaşma üçün isə heç bir əsaslı səbəb yoxdur.
İkincisi, ABŞ-da uçot dərəcəsi hazırda 1-1,25% olduğu halda, Avropada 0% təşkil edir. FED balansını azaltmağa başlayarsa, Avropa Mərkəzi Bankı hələ monetar stimullaşdırmanı davam etdirir.Muxalifet - 25-09-2017
Naxçıvanı “Böyük Kürdüstan” ərazisi kimi təqdim edən kanal cəzalandırıldı - VIDEO
Türkiyə Radio və Televiziya Ali Şurası Şimali İraq kürd muxtariyyətə yaxın olan “Rudaw” telekanalının yayımını “Türksat”dan çıxarıb.
Türkiyə KİV-ləri xəbər verir ki, bu haqda qurumun fövqəladə toplantısında qərar verilib.
Qeyd edək ki, kanal hava haqqında xəbər verərkən dəfələrlə “Böyük Kürdüstan”ın xəritəsini təqdim edib. Xəritəyə Türkiyə, İraq və İraq torpaqları ilə yanaşı, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinin bir hissəsi də daxil edilib.Muxalifet3 - 25-09-2017
“Qarabağ”ın rəqibi “Roma” Bakıya bu heyətlə gəlir – Siyahı
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gələcək heyəti müəyyənləşib.
Apasport-un məlumatına görə, baş məşqçi Eysebio Di Françesko 19 nəfərlik siyahını açıqlayıb.
Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu. Zədəsini yenicə sağaldan hücumçu Dieqo Perotti də heyətə salınıb.
Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski
Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas ManolasMuxalifet - 25-09-2017
Vəkil mitinq dustaqları ilə görüşüb
Mitinq qabağı polis tərəfindən tutularaq barələrində inzibati həbs tədbiri tətbiq olunmuş Bəhruz Həsənli, İlham Hüseynli, Saqif Qurbanov,Aqil Məhərrəmov, Emil Səlimov, Emil Maniyev və Nicat Nizamov ilə bu gün Binəqədidəki cəzaçəkmə müəssəsində görüşdüm.
Müxalifət.az xəbər verir ki, bu haqda vəkli Əsabəli Mustafayev öz feysbuk statusunda yazıb:Muxalifet - 25-09-2017
Voleybol millimiz 1/4 finala yüksəldi
Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qrup mərhələsinin son oyununda Almaniya yığmasından 2 set almağı bacarıb.
Bakıdakı Milli Gimnastika arenasında təşkil olunan görüşün ilk 3 setindən sonra meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.Muxalifet - 25-09-2017
İraq Kürdüstanında səsvermə başa çatdı - NƏTİCƏ SABAH BƏLLİ OLACAQ
İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.
Bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.
Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.
İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani muxtariyyət rəhbərliyinin referendumdan dərhal sonra müstəqillik elan etmək niyyətində olmadığını bildirib. O həmçinin İraqın mərkəzi hökuməti və qonşu ölkələrlə dialoqa hazır olduğunu bəyan edib.Muxalifet3 - 25-09-2017
ЦРУ — преступная организация
В связи с 70-летием ЦРУ Ларс Шэлл (Lars Schall) взял интервью у Дагласа Валентайна (Douglas Valentine) для журнала Counterpunch. Ниже следуют несколько выдержек из этого интервью.
Даглас Валентайн издал книги «The Hotel Tacloban» («Отель Таклобан»), «The Phoenix Program» («Программа Феникс»), «The Strength of the Wolf» («Сила волка»), «The Strength of the Pack» («Сила стаи») и «The CIA as Organized Crime: How Illegal Operations Corrupt America and the World» («ЦРУ как организованная преступность: тайные операции коррумпируют Америку и весь мир»).
Muxalifet3 - 25-09-2017
"Azadlıq" radiosunun apellyasiya şikayətinə baxılacaq
Azərbaycanda AzadlıqRadiosu-nun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının internet saytlarına girişin rəsmi şəkildə məhdudlaşdırılması yenidən məhkəmədə mübahisələndirilir.
Adları çəkilən saytların bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq.
Bu iş Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib.Muxalifet - 25-09-2017
"Tramp bəşəriyyət üçün təhlükəlidir" – Boliviyanın prezidenti
Boliviya prezidenti bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb
Boliviya prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı Yer kürəsi və bəşəriyyət üçü ən pis təhlükə adlandırıb.
Bu barədə o, "Twitter" mikrobloqunda yazıb.
"ABŞ yeni qanunsuz sanksiyaları ilə Venesuelada dialoqu boykot etmək istəyir. Tramp Yer kürəsi və bəşəriyyət üçün ən pis təhlükədir", - deyə prezident qeyd edib.Muxalifet - 26-09-2017
"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək
Sobralın vəziyyəti son vaxtlar kəskin pisləşib
Ukraynada keçirilən sonuncu "Eurovision" mahnı müsabiqəsinin qalibi Sobrala yeni ürək köçürüləcək.
Portuqaliyalı müğənni ölkəsindəki xəstəxanalardan birində əməliyyat olunacaq.
Onun vəziyyəti son vaxtlar kəskin pisləşib və 27 yaşlı müğənni reanimasiya şöbəsinə yerləşdirilib.
Musiqiçi bundan əvvəl anadangəlmə ürək qüsuru ilə əlaqədar sağlamlığında problemlərin yarandığını bəyan edib.Muxalifet - 26-09-2017
1 yaşlı uşaq anası özünü ASIB - CƏLİLABADDA
Qadın həyətdəki tikilidə özünü asıb
Cəlilabadda intihar hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan gənc ana Fatimə Rəhim qızı Əhmədova həyətdəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Ananın ölümündən sonra 1 yaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır./reportMuxalifet - 26-09-2017
Neft bahalaşıb
Bu göstərici sonuncu dəfə 13 iyul 2015-ci il tarixində qeydə alınıb
"Brent" markalı neftin noyabr fyuçersləri 4 faiz artaraq bir barel üçün 59,03 dollara çatıb.
Bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Sonuncu dəfə Şimal dəniz neft qatışığıının qiyməti 13 iyul 2015-ci il tarixində bir barelə görə 59 dollar səviyyəsində olub.Muxalifet - 26-09-2017
Universitet tələbəsi müəmmalı şəkildə ölüb - FOTO
O, paytaxta rayondan yenicə qayıdıbmış
Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib.
Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib.
M.Məmmədova rayondan Bakıda qaldığı evə qayıdaraq ərzaqları yerləşdirən zaman keçinib. Yaxınlarının verdiyi məlumata görə, qadının ürəktutmasından ölməsi ehtimal olunur.
O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub./reportMuxalifet - 26-09-2017
Turist avtobusu yük maşını ilə toqquşdu: 6 nəfər ölüb, 20 yaralı var
Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.
TASS agentliyinin verdiyi xəbərə görə, M-4 “Don” avtomagistralında turist avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan yük maşınına çırpılıb.
Nəticədə 6 nəfər hadisə yerində ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Avtobusun Adler kurortundan Nijni Novqorod şəhərinə yollandığı məlum olub. Qəzanın səbəbləri müəyyənləşdirilir.Muxalifet - 26-09-2017
İraq Kürdüstanındakı referendumda “seçici fəallığı” 78 faiz təşkil edib
Sentyabrın 25-də İraq Kürdüstanında keçirilən referendumunda seçici fəallığı məlum olub.
“RTE”-nin verdiyi xəbərə görə, referendumda 3 305 925 nəfər səs verib.
Beləliklə, seçici fəallığı 78 faizə yaxın olub. Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.
Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib.Muxalifet - 26-09-2017
İraq və Türkiyə hərbçiləri birgə təlimlərə başlayıblar
İraq və Türkiyə hərbçiləri iki ölkə sərhədində birgə təlimlərə başlayıblar.
RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.
“İraq-Suriya sərhədində iki ölkə hərbçilərinin iştirakı ilə irimiqyaslı təlimlərə start verilir”, məlumatda deyilir.Muxalifet - 26-09-2017
Ağ Evdən kürdlərin referendumuna İKİBAŞLI MÜNASİBƏT
ABŞ İraqın kürd muxtariyyətinin keçirdiyi referenduma münasibət bildirib.
TASS agentliyi xəbər verir ki, Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi brifinqdə referendumla bağlı sualı cavablandırıb. O deyib:
"ABŞ İŞİD-i məhv edəcək və İranın siyasətinə qarşı duracaq vahid İraqın tərəfdarıdır".
Qeyd edək ki, Tramp administrasiyası hələ sentyabrın 13-də "indi referendum üçün münasib vaxt olmadığını" açıqlamıdı: "Hazırda İŞİD-lə mübarizəyə konsentrasiya olmaq lazımdır"(teleqraf.com).Muxalifet - 26-09-2017
Türkiyəyə qurulan böyük tələ - “KÜRD OYUNU”NUN PƏRDƏARXASI
Bu gün İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Bölgə dövlətlərinin böyük əksəriyyəti bu referenduma qarşı çıxıblar. Bəzi ölkələr, xüsusilə İran və Türkiyə bu referendumu Yaxın Şərq üçün təhdid saydıqlarını bildiriblər.
Bəzi ekspertlər isə bu referendumdan sonra hətta Türkiyənin bölgəyə müdaxilə edə biləcəyini gündəmə gətiriblər. Ankara, Lozanna və Sevr müqavilələrini önə çəkən ekspertlər buna Türkiyənin hüquqi əsası çatdığını bildirirlər.Muxalifet - 26-09-2017
Как аннексия Крыма позволила Путину заявить, что он вновь сделал Россию великой
Демонстрация силы на Украине была представлена как величайший момент в истории России со времен Второй мировой войны. Но это очень рискованная стратегия
Нынешняя напряженность в отношениях между Россией и Западом в основном является следствием решения Владимира Путина отправить войска на Украину, которое он принял ровно три года назад. На самом деле такое решение российского президента было обусловлено его собственными страхами перед ростом влияния Запада в Восточной Европе.
Muxalifet3 - 26-09-2017