Neçirvan Bərzanidən "yanğının üstünə su səpəcək" AÇIQLAMA

 İraq Regional Kürd Administrasiyasının Baş Naziri Neçirvan Bərzani məntəqədə səs verəndən sonra açıqlama verdi
 
"Türkiyənin bizi anlamasını gözləyirik ki, Referendum 26 Sentyabrda Kürdüstan dövlətini elan edəcəyimiz mənasına gəlmir.”
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İraq Regional Kürd Administrasiyasının Baş Naziri Neçirvan Bərzani söyləyib.
Bərzani Ərbildəki Rotana Otelində səsini verəndən sonra jurnalistlərə verdiyi açıqlamada Türkiyənin referendum haqqındakı qərarlarına dair bəyanatlar verdi.
 Referendumun yalnız İraq sərhədləri içərisində keçirildiyini vurğulayan Bərzani, Referendumun qonşu ölkələrdə də keçiriləcəyi şəklində anlaşılmasını istəmirik.
 IKBY-dəki referendumun Türkiyəyə təhdid olmadığını irəli sürən Bərzani bunları qeyd etdi:
  Bugün IKBY-də keçirilən referendum heç vaxt Türkiyəyə təhdid xarakterində deyil. Bunun yanında heç bir qonşu ölkənin təhlükəsizliyini pozacaq bir təhdid faktoru olmadıq. Kürd bölgəsinin arzusu, nə üçün belə bir qərarın qəbul edildiyini Türkiyənin anlamasıdır. Referendum, Sentyabrın 26-də müstəqil Kürdüstan elanı deyil. Bu prosesdə xalqımız, müstəqillik məsələsində fikrini bəyan edəcək. Bütün məsələləri dialoq yolu ilə Bağdadla müzakirə edib həll etmək istəyirik. Bu məsələyə dair (Türkiyənin) daha sakit bir şəkildə hərəkət etməsini arzu edirik. Türkiyə, bunu özünə bir təhdid olaraq görməməli, çünki biz heç kimə hədə-qorxu deyilik".
Müxalifət.az