Axtarış

The search found 105785 results in 0.028 seconds.

Search results

  1. Əliyev-Sarkisyan görüşü ilə bağlı razılıq əldə olundu

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.
     
    Bəyanatda deyilir:
    ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ilə BMT-nin Baş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçiriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

    Muxalifet - 25-09-2017

  2. REAL partiya olur – Qurultayın vaxtı açıqlandı

    Respublikaçı Alternativ Hərəkatı (REAL) oktayabr ayında qurultay keçirəcək. Bundan sonra təşkilat hərəkat kimi yox, partiya kimi fəaliyyət göstərəcək.
     
    Bu barədə təşkilatın yaydığı məlumatda deyilir.
    Məlumatda bildirilir ki, Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu özünün 24 sentyabr toplantısında Respublikaçı Alternativ Partiyasının I Təsis Qurultayının 2017-ci il oktyabr ayının 29-da keçirilməsi qərarını verib.

    Muxalifet - 25-09-2017

  3. Azərbaycanda 6 ayda 172 uşaq CİNAYƏT TÖRƏDİB

    2017-ci ilin birinci yarısında 172 yetkinlik yaşına çatmayan şəxs cinayət törədib.
    Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ilin birinci yarısında yetkinlik yaşına çatmayanlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayət işləri ilə bağlı 140 ittiham aktı məhkəməyə göndərilib.
    Məhkəməyə göndərilən işlər üzrə təqsirləndirilənlərin sayı 244 nəfərdir ki, bunun da 172 nəfəri yetkinlik yaşına çatmayan şəxsdir.

    Muxalifet2 - 25-09-2017

  4. Ərdoğandan çox sərt bəyanat: “Bir gecə qəfildən gələ bilərik…"

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraqdakı referendumla bağlı sərt çıxış edib.
     
    Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbr verir ki, Türkiyə prezidenti kürdlərin referndumuna "Nəticəsini nəzərə almadan “yox” hökmündə qəbul edirik" deyə münasibət bildirib.
    Ərdoğan bildirib ki, Şimali İraqda regional hakimiyyətin referendum qərarı İraqdakı daxili vəziyyət göz önünə alındıqda fürsətçilikdir:

    Muxalifet - 25-09-2017

  5. Ukrayna bu ərazilərdən məhrum olacaq – ŞOK PROQNOZ

    Ukrayna vətəndaşlığından məhrum edilmiş Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sensasiyalı bəyanatlarla çıxış etməkdə davam edir.
    Saakaşvili Britaniyanın “The Daily Telegraph” nəşrinə müsahibəsində Ukraynanın dağılacağını proqnozlaşdırıb.
    Saakaşvilinin fikrincə, Ukraynanın siyasi və iqtisadi sistemləri təcili islah edilməsə və korrupsiyanın qarşısı alınmasa, Kiyev Donetsk və Luqansk vilayətlərindən məhrum olmaq riskı qarşısındadır.

    Muxalifet2 - 25-09-2017

  6. ​Meyxanaçı Namiq Mənaya VƏZİFƏ VERİLDİ

    Tanınmış bədihə (meyxana) ustası Namiq Məna sədr seçilib.
    Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib.
    Yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub.
    O, ədəbi ictimaiyyətə təqdim olunub.
    Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Xeberle.com-a təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib.

    Muxalifet2 - 25-09-2017

  7. Meşədən tapılan cəsədin sahibi müəyyənləşdi

    Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq-meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.
    Cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub.
    Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
    Mərhumun qardaşı Fərhad Səmədov bildirib ki, Fərrux Səmədov yıxılaraq həlak olub.
    Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır./“Qafqazinfo”/

    Muxalifet2 - 25-09-2017

  8. Bərzaniyə "Kərkük nefti" şoku

     İraq məclisi Kərkük neftlərinin mərkəzi hakimiyyətə təslim edilməsi və referendumda səs verən məmurların vəzifədən uzaqlaşdırılması qərarı aldı.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili keçirdiyi mətbuat konfransında "Məclis, Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə təslim edilməsi və referendumda səs verən dövlət məmurlarının vəzifədən uzaqlaşdırılması qərarı verdi", dedi.

    Muxalifet - 25-09-2017

  9. Arda Turan milyarder oğlunun sevgilisi ilə görüşür?

    Arda Turanın məşhur model Özge Ulusoyla sevgili olduğu iddia edilib.
    Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Aslıhan Doğandan ayrıldığını instaqramda elan edən futbolçunun başqa məşhurla görüşdüyü irəli sürülüb. İddialara görə, 30 yaşlı futbolçu hazırda Özge Ulusoyla görüşür.
    Məlumat üçün bildirək ki, 35 yaşlı Özge Ulusoy tanınmış milyarderin oğlu Hakan Sabancı ilə 6 ildən çox sevgili olub. Cütlük bir neçə ay əvvəl ayrılıb.

    Muxalifet2 - 25-09-2017

  10. Keçmiş MTN generalının işi üzrə məhkəmədə şahidlər ifadə verdi

    Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Bununla bağlı hakim göstəriş verib.
    Prosesdə zərərçəkmiş Sahib Qurbanov epizodu üzrə şahid qismində İlham Abbasov ifadə verib.
    İclasda “Ankara” Klinikasının həkimi Elşən Tağıyevin epizodu üzrə də iki şahid dindirilib.

    Muxalifet2 - 25-09-2017

  11. ​Misir piramidalarının sirri tapıldı — 170 min ton qaya süni kanalla gətirilib...

     Misir piramidaları ilə bağlı çoxsaylı suallardan birinə cavab tapılıb.
    "Ölkə.Az" xəbər verir ki, piramidaları inşa etmək üçün 170 min ton qaya süni kanal vasitəsilə gətirilib. Qayaları insanın açdığı süni kanallarla qayıq vasitəsilə daşıyıblar.
    Bu günə qədər alimlər piramidaları inşa etmək üçün qayaların necə gətirilməsi ilə bağlı müxtəlif versiyalar səsləndiriblər. Məlum olub ki, 170 min ton qaya Nil çayında salınan süni kanal vasitəsilə daşınıb. Bu barədə məlumat qədim dövrə aid gündəliklər vasitəsilə ortaya çıxıb.

    Muxalifet2 - 25-09-2017

  12. Türkiyədən Bərzaniyə XƏBƏRDARLIQ: Dərhal hərbi müdaxilə edərik

     Xarici işlər Naziri Çavuşoğlu: "(IKBY referendumuna dair) Türkmən qardaşlarımıza yönəlik bir əməli müdaxilə olarsa Türkiyə dərhal hərbi müdaxilə edər”
     

    Muxalifet - 25-09-2017

  13. Bərzaniyə daha bir şok: İraq bütün sərhədləri qapatma qərarı aldı

    İraqda qondarma referendumun davam etdiyi dəqiqələrdə İraq parlamenti IKBY ilə arasındakı bütün sərhəd qapılarını bağlama qərarı alıb.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən bildirir ki, “Müstəqillik” referendumuna qarşı çıxan Bağdaddakı mərkəzi hakimiyyətdən yeni həmlə gəldi. İraq parlamenti IKBY regionunun beynəlxalq sərhədlərinin bağlanması qərarını təsdiq edib. Səsvermə Məclis Sədri Səlim əl Jaburinin altı məclis komitəsindən bu istiqamətdə təşəbbüs göstərməsini istəməsindən sonra keçirilib.
     

    Muxalifet - 25-09-2017

  14. Rus generalın ölümü ilə bağlı şok fakt – XƏYANƏT

    Rusiya ordusunun indiyədək Suriyada itirdiyi ən yüksək rütbəli hərbi qulluqçusu Valeri Asapov xəyanət nəticəsində öldürülüb.
    Bu barədə “Tayms” Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən informasiya yayıb.

    Muxalifet2 - 25-09-2017

  15. Almaniyada Angela Merkelin partiyası parlament seçkilərində qalib gəldi

    Almaniyada keçirilən parlament seçkisində yerli vaxtla saat 14:00-dək 41,1% seçici iştirak edib. Bu barədə sentyabrın 24-də ölkənin Mərkəzi Seçki Komisiyası məlumat yayıb. 
    Reuters yazıb ki, bu 2013-cü il seçkiləri ilə müqayisədə bir qədər azdır. 
    2013-cü il seçkilərində yerli vaxtla saat 14-dək 41,4% seçici iştirak etmişdi. 
    İndiki kansler Angela Merkelin qalib gələcəyi gözlənilirdi. Onun ardınca isə 21-22 faiz səslə sosial-demokratlar gəlir. 

    Muxalifet2 - 25-09-2017

  16. İraq qərar verdi: Kərkükə ordu yeridilir – SON DƏQİQƏ

    İraq parlamenti Kərkükə ordu göndərilməsi barədə qərar qəbul edib.
    Bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamili danışıb.
    Zamilinin sözlərinə görə, parlament bundan əlavə İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumda səs verən məmurların vəzifədən kənarlaşdırılması, Kərkük neft yataqlarının rəsmi Bağdada təhvil verilməsi barədə də qərar çıxarıb.
    Qeyd edək ki, İraq Kürd Muxtariyyətində bu gün müstəqillik referendumu keçirilir.

    Muxalifet2 - 25-09-2017

  17. 24 yaşlı piyadanı avtomobil vurdu - GƏNCƏDƏ

    Gəncədə avtomobil piyadanı vurub.

    Muxalifet.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Kərimova Jalə Fizuli qızı yolu keçən zaman avtomobillə vurulub. Dərhal xəstəxanaya yerləşdirilən J. Kərimovanın vəziyyətinin orta ağır olduğu bildirilir.
    Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 25-09-2017

  18. Ərdoğan və Putin sentyabrın 28-də görüşəcək

    Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 
    “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli danışıqlar və regional problemləri müzakirə ediblər. Prezidentlər Suriya probleminin həllinə dair Astana prosesi və İraqın şimalındakı referendum barədə fikir mübadiləsi apararaq hər ikli dövlətin ərazi bütövlüyünə tərəfdar olduqlarını vurğulayıblar.

    Muxalifet2 - 25-09-2017

  19. Dərhal İraqa ordu göndərəcəyik... - Çavuşoğlu

    Əgər türkmanlara hər hansı bir şəkildə hərbi müdaxilə olsa, dərhal hərbi əməliyyatlara başlayacağıq.
    Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilir.

    Muxalifet2 - 25-09-2017

  20. Yevlaxda silahlı insident - 4 NƏFƏR HƏBS OLUNDU

    Sentyabrın 23-də saat 6 radələrində Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub. 
    DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb. 
    Lakin B.Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə nədənsə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.  

    Muxalifet2 - 25-09-2017

Pages