Axtarış
The search found 105785 results in 0.034 seconds.
Search results
Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsi gücləndirildi
BMT İnkişaf Proqramı və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstan hökumətlərinin birgə həyata keçirdiyi "Azərbaycan ilə Gürcüstan arasında quru sərhədlərin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi" layihəsi başa çatıb.
Muxalifet2 - 25-09-2017
İşdən çıxarılan Əməkdar artist geri qaytarıldı
Xəbər verdiyimiz kimi, əməkdar artist Cabir Abdullayev Azərbaycan Milli Konservatoriyasındakı işindən uzaqlaşdırılmışdı.
Axşam.az-ın əldə etdiyi məlumata görə, xanəndə iki gün əvvəl yenidən müəllimlik fəaliyətinə qayıdıb.
C.Abdullayev xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən işə başlayır:Muxalifet - 25-09-2017
Avropa çempionatı: Yığmamız Almaniya ilə qarşılaşacaq
Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçiriləcək 3 oyunla yekun vurulacaq.
A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkəcək. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcək. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisinin qrupdakı son oyununu məğlub başa vuracağı inandırıcı görünmür.Muxalifet2 - 25-09-2017
Türkiyə türkləri “Kürdüstan”dan geri çağırdı
Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraq Kürd Muxtariyyətini tərk etməyə çağırıb.
Bu barədə bəyanat nazirliyin saytında yerləşdirilib.
“25 sentyabrda Şimali İraqda keçiriləcək referendum İraqda yeni təhlükəsizlik problemlərinin yolunu açacaq. Biz bununla əlaqədar olaraq Türkiyə vətəndaşlarını bu bölgələri tərk etməyə səsləyirik”, – deyə bəyanatda bildirilib./axar.azMuxalifet - 25-09-2017
Azərbaycanlı vunderkind Rusiya telekanalında populyar verilişin qonağı oldu - VİDEO
Azərbaycanın Qusar şəhərindən olan və beynində kalkulyator sürəti ilə hesablama aparmağı bacaran 6 yaşlı Ruslan Səfərov Rusiyanın "Rossiya1" telekanalında "Qəribə adamlar" verilişinin bazar günü yayımlanan buraxılışının ulduzuna çevrilib.
Uşaq hələ məktəbə getməsə də, asanlıqla kökaltı və faiz məsələlərini həll edir.
Ruslanın atası Fuad Səfərovun sözlərinə görə, ailə övladının bu bacarığını təsadüfən aşkar etməyib.Muxalifet2 - 25-09-2017
İsrail Beynəlxalq Məhkəməyə verilir
Fələstinin Qurtuluş Təşkilatı İsrailin fələstinlilərə yeritdiyi siyasəti şikayət etmək məqsədilə Beynəlxalq Məhkəməyə müraciət ərizəsi göndərmək qərarı alıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, təşkilat İsrail hökumətini irqçilik və etnik təmizlik siyasəti yürütməkdə ittiham edib.Muxalifet2 - 25-09-2017
Mərhum biznesmenin azərbaycanlı xanımı: “Ərimi otaq yoldaşları öldürüb”
Ukraynanın Xarkov şəhərində bir neçə gün öncə dünyasını dəyişən 47 yaşlı türk iş adamı Hayrettin Gök dərman verilərək öldürülüb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu biznesmenin azərbaycanlı həyat yoldaşı Aytəkin Mustafayeva bildirib.
Muxalifet2 - 25-09-2017
Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı
Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı
PSJ-nin "Barselona"dan 222 milyon avroya transfer etdiyi Neymarın maaşı açıqlanıb. Paris klubunun braziliyalı futbolçuya ildə 57 milyon avro verəcəyi müəyyən olub.
Bu barədə "Football Leaks" məlumat yayıb. Sayt Neymarın müqaviləsini əldə edib və məlum olub ki, o, ildə 57 milyon avro qazanacaq. Bununla da braziliyalı dünyanın ən çox qazanan futbolçusu olub.
Bunun 37 milyon avrosu maaş olaraq veriləcək. Qalan 20 milyon avro isə mükafat və bonus şəkilində ödəniləcək.Muxalifet2 - 25-09-2017
Kreml İrəvanın dilini də əlindən alır
Rusiya Təhsil naziri Olqa Vasilyeva Ermənistana səfər edib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək səfər zamanı Vasilyeva Ermənistan rəsmiləri ilə rus dilinin öyrənilməsinin dərinləşdirilməsi istiqamətində danışıqlar aparacaq. Rus nazir həmçinin Bütün Ermənilərin Katalikosu II Qareginlə də görüşəcək.Muxalifet2 - 25-09-2017
Ehtiyatsızlıq ölümlə sonuclandı: QƏZA
Abşeron sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 10.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Xırdalan şəhər sakini Tərxan Yusifov idarə etdiyi “Toyota Prado” markalı avtomobilini saxlayıb düşdükdən sonra avtomaşın arxaya doğru hərəkət edib.
Nəticədə T. Yusifov nəqliyyat vasitəsi ilə hasar arasında qalıb.
Xəstəxanaya yerləşdirilən T. Yusifov orada ölüb.Muxalifet - 25-09-2017
5 saylı xəstəxananın baş həkimi vəfat edib
Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.
Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.
Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.
Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.
Z. Əsədovla bu gün günorta saat 15:00-də Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.Muxalifet - 25-09-2017
Səyyar ASAN xidmət Şirvan və Xırdalanda
Səyyar ASAN xidmət 25 sentyabr-24 oktyabr tarixlərində Şirvan və Xırdalan şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
ASAN-dan AzVision.az-a verilən məlumata görə, bundan başqa səyyar avtobuslar isə 6 sentyabr-5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 12-26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində, 19 sentyabr-5 oktyabr Goranboy şəhərində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.Muxalifet2 - 25-09-2017
Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ”
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də Ukraynanın paytaxtında keçirilməsi planlaşdırılan mitinqlər zamanı Nazirləri Kabinetinin bütün üzvlərini “yerindən oynadacağını” bildirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 17-də Kiyevdə bir neçə mitinqin keçirilməsi planlaşdırılır.
Saakaşvilinin də həmin mitinqlərə qatılacağı və çıxış edəcəyi gözlənilir.Muxalifet2 - 25-09-2017
İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı
Türkiyənin İstanbul şəhərində “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans başlayıb.
Report-un məlumatına görə, “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan konfransda Qafqaz Müsəlmanlar idarəsinin (QİM) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş, Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ, ilahiyyatçılar, din xadimləri və millət vəkilləri iştirak edir.
Beynəlxaq tədbirə hər iki ölkənin liderləri məktub göndərib.Muxalifet2 - 25-09-2017
MƏŞHUR GENERAL KƏRKÜKƏ GİRDİ - Referendumu dayandırmaq üçün İran əməliyyata başlayır
İranın məşhur generalı, “Qüds Qüvvələrinin” komandanı general Qasım Süleymani Kürdüstanın müstəqilliyi barədə keçirilən referendumu dayandırmaq üçün Kərkükə gəlib.
Muxalifet3 - 25-09-2017
Ağır cinayət törədən 20 il ələ keçməzsə... - Qanun
Azərbaycanda narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.Muxalifet2 - 25-09-2017
Türkiyənin İraqla sərhədi bağlanmayıb - RƏSMİ TƏKZİB
Türkiyə İraqla sərhəd qapısı olan Haburu birtərəfli olaraq bağlayıb.
Bu barədə “Habertürk” məlumat yayıb.
Hazırda Şimali İraqdan Türkiyəyə giriş dayandırılıb. Türkiyədən İraqa isə yalnız TIR-ların girməsinə icazə verilir.
Türkiyənin İraqla sərhəddə yerləşən Habur sərhəd keçid məntəqəsini bağlaması barədə yayılan xəbərlərə rəsmi reaksiya verilib.
Türkiyənin Gömrük naziri Bülənt Tüfəngçi sərhəd-keçid məntəqəsinin bağlanmadığını, sadəcə, təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.Muxalifet - 25-09-2017
Yanğın dəhşəti: 11 nəfər öldü
Çində eyni gündə iki yaşayış evində yanğın baş verib.
Publika.az xəbər verir ki, ölkənin şərq hissəsində yerləşən Yuxuan əyalətində yaşayış evlərində baş verən yanğında 11 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Ümumi sahəsi 150 kvadrat metr olan yaşayış evlərində baş verən yanğın söndürülüb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası ölənlərin cəsədlərini çıxarıb.
Yanğının baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılıb.
Xəstəxanadan verilən məlumata görə isə yaralılardan 2-nin vəziyyəti ağır olaraq qalıb.Muxalifet2 - 25-09-2017
6 yaşlı uşaq poliklinikada öldü - BƏRDƏDƏ
Uşağın ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb
Bərdə rayonunda 6 yaşlı uşaq xəstəxanada ölüb.
Hadisə rayon ərazisində yerləşən Uşaq poliklinikasında baş verib.
Belə ki, 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək dərəcəli hərarətlə poliklinikaya çatdırılıb.
Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək poliklinikadan şikayət ediblər.Muxalifet - 25-09-2017
Yerə asteroid yaxınlaşır: yenə “SONDUR” deyənlər var
2017-ci ilin oktyabrın 12-də dünyanın sonu olacaq.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə amerikalı astroloqlar çıxış ediblər. Onların iddiasına görə, TC4 asteroidi oktyabrın 12-dən 13-nə keçən gecə Yerlə toqquşacaq.Muxalifet2 - 25-09-2017