14 türk Bundestaqa seçildi

Almaniyada dünən Bundestaqa keçirilən seçkilərdə 14 türk əsilli vətəndaş deputat seçilib.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin nəticələrə görə Sosial Demokratik Partiyasından Aydan Özoğuz, Mətin Haqverdi, Mahmud Özdəmir, Cansel Qızıltəpə, Gülüstan Yüksəl, Əlvan Qorxmaz, Yaşıllar Partiyasından Can Özdəmir, Danyal Bəyaz, Ekin Dəligöz, Canan Bayram, Filiz Polad, Sol Partiyasından isə Evrim Sommər, Sevim Dağdələn, Göyay Ağbulud deputat seçilib.
Ötən seçkilərdə 11 türk əsilli Almaniya vətəndaşı deputat seçilmişdi. Parlamentin keçmiş üzvləri Yaşıllar Partiyasından Özcan Mutlu, Xristian Demokrat Partiyasından Cəmilə Yusif bu dəfə Bundestaqda iştirak hüququ qazana bilməyib.
Almaniyanın türk əsilli vətəndaşlarının qurduğu Alman Demokrat Birliyi də seçkilərdə iştirak edib, lakin yer qazana bilməyib.