Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Suriyada Rus generalı həlak olub

    Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.
     
    RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
     Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Onun Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması  məqsədi ilə rusiyalı hərbi müşavirlər qrupuna rəhbərlik etdiyi bildirilr.
     V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.

    Muxalifet - 24-09-2017

  2. İraqdan Bərzaniyə qəti çağırış: Dərhal təhvil ver

    İraq hökuməti Məsud Bərzani hakimiyyətindən bütün sərhəd nöqtələrinə və hava limanlarına nəzarəti təhvil verməsini istəyib.
     
    Bu barədə “TRT Xəbər” informasiya yayıb.
    Qonşu dövlətlərə çağırış edən rəsmi Bağdad, neft və sərhəd məsələlərində yalnız İraq hakimiyyəti ilə münasibətlərin qurulmasını tələb edib.
    Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilməsi nəzərdə tutulub.

    Muxalifet - 24-09-2017

  3. Merkel yeni hökuməti Milada qədər formalaşdıracaq

    Sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçirilib
     
    Almaniya kansleri Angela Merkel yeni Nazirlər Kabinetinin dekabrın 25-də qeyd olunan katoliklərin Milad bayramına qədər formalaşdırılacağını deyib.
    "İnterfax" xəbər verir ki, jurnalistlər həmçinin kanslerdən yeni hökuməti təmsil edə biləcəyinə nə dərəcədə əmin olması ilə maraqlanıblar.
    "Mən ümumiyyətlə həmişə əminəm. Bundan əlavə, mənim uzun illərdir bir şüarım var: güc sülhün arxasında gizlənir", — deyə o bildirib.

    Muxalifet - 25-09-2017

  4. Şəmkirdə 22 yaşlı gənc bıçaqlanıb

    Hadisə gecə saatlarında baş verib
     
    Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
    Hadisə gecə saatlarında Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarındakı mebel mağazasının önündə baş verib.

    Muxalifet - 25-09-2017

  5. 20 Yanvar metrosunun girişində gənc oğlan bıçaqlanıb - FOTO

    Ona bir neçə bıçaq zərbəsi vurulub
     
    Metronun 20 Yanvar stansiyasının girişində gənc oğlan bıçaqlanıb.
    Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
    Belə ki, 1992-ci il təvəllüdlü Müzəffərov Müzəffər Cəllalədin oğlu stansiyanın girişində naməlum şəxs və ya şəxslərlə əlbəyaxa dava edib. Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 25-09-2017

  6. Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb

    ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.
     
    Bu barədə “The Wall Street Journal” məlumat verib.
     Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən  yer alır.
     Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.

    Muxalifet - 25-09-2017

  7. Yük maşını mikroavtobusla toqquşdu - XƏSARƏT ALANLAR VAR

    Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol qəzası baş verib.
     
    Yük maşını və meyvə-tərəvəz daşıyan “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yol qəzası zamanı yaralananların şəxsiyyəti müəyyənləşib.
    Bunlar Göyçay rayon sakinləri, 45 yaşlı Şaiq Şahnəzər oğlu Nuriyev, 32 yaşlı Eyvaz Məhəmməd oğlu İbadov və onun qardaşı Etibar İbadovdur.
    Faktla bağlı araşdırma aparılır./report

    Muxalifet - 25-09-2017

  8. ABŞ Dövlət Departamentindən Saakaşvili BƏYANATI - "EKTRADİSİYASI..."

    ABŞ Dövlət Departamenti Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin esktradisiyası ilə bağlı bəyanat yayıb.
     
    Muxalifet.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker açıqlama verib.
    O, Departamentin Saakaşvilinin ekstradisiyasına qarşı olduğunu bu sözlərlə dilə gətirib:
    "Bu, Gürcüstana və onun siyasətinə mənfi təsir göstərəcək".

    Muxalifet - 25-09-2017

  9. "Referendum olsa, xəbərdarlıq etmədən İraqa girəcəyik" - İRANDAN SƏRT AÇIQLAMA

    Sabah saatlarından etibarən Şimali İraqda bəzi bölgələri vurmağa başladıq.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran İnqilab Keşikçiləri Korpusunun komandiri deyib.
    “Referendum baş tutsa, bütün təhlükəsizlik müqavilələrimizi pozmağa məcbur olacağıq. Referendumdan sonra xəbərdarlıq etmədən Şimali İraqa girəcəyik və müəyyən etdiyimiz hədəfləri məhv edəcəyik”, - iranlı komandir bildirib.
    Qeyd edək ki, İran bu gün İraq Kürd Muxtariyyətinin dağlıq sərhəd bölgələrini top atəşinə tutub.

    Muxalifet - 25-09-2017

  10. Kilsədə atışma - 1 NƏFƏR ÖLÜB, 8 YARALI VAR

    ABŞ-ın Tennessi ştatında kilsədə silahlı insident baş verib.
     
    Bu barədə NBC telekanalı məlumat yayıb.
    Bildirilir ki, nsident yerli vaxtla səhər saat 11 radələrində, Neşvill şəhəri yaxınlığında qeydə alınıb.
    İlkin məlumata əsasən, baş verən atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. İnsidentlə əlaqədar bir nəfərin saxlandığı bildirilir.
    Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

    Muxalifet - 25-09-2017

  11. Maşını partladılan "nazir" danışdı - "Ukrayna terrorçular ölkəsidir..."

    Ukrayna hakimiyyəti İŞİD-in metodlarından istifadə edir.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Donetsk separatçılarının "vergilər naziri" Aleksandr Timofeyev deyib.-

    Muxalifet2 - 25-09-2017

  12. İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başladı

    İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar günü sentyabrın 25-də müstəqilliyə dair referendumun keçiriləcəyi İraqın Kürdüstan Muxtariyyəti ilə sərhəddə geniş hərbi təlimlərə başlayıb.
    Muxalifət.az  "Report"a istinadən xəbər verir ki, bu barədə "Sepahnews" nəşrinin məlumatında bildirilir.

    Muxalifet2 - 25-09-2017

  13. Həbsxanada qiyam - Ölən və yaralananlar var

    ABŞ-da həbsxanada qiyam baş verib.
    Muxalifət.az  Publika.az-a istinadən xəbər verir ki, insident Kaliforniya ştatında qeydə alınıb.

    Muxalifet2 - 25-09-2017

  14. Ruhanidən Bağdada dəstək: Referenduma qarşı...

    İran İraqın mərkəzi hakimiyyətini tamamilə dəstəkləyir.
    Bu barədə İran Prezidenti Həsən Ruhani İraqın Baş naziri Heydər Abadi ilə telefon danışığı zamanı bildirib.
    Ruhani ölkəsinin İraqın ərazi bütövlüyünə qarşı istənilən addımın əleyhinə olduğunu qeyd edib. Heydər Abadi isə öz növbəsində İran prezidentinə İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumu ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə ölkəsinin adından təşəkkürünü bildirib.
    Qeyd edək ki, İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirir./Axar.az/

    Muxalifet2 - 25-09-2017

  15. Cüdoçularımız Serbiyadan 5 medalla qayıdır

    Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.
    Muxalifət.az AzVision.az-a  istinadən xəbər verir ki, yarışda əsas heyətlə çıxış etməyən Azərbaycan millisi bu gün aktivinə daha 2 medal yazdırıb.

    Muxalifet2 - 25-09-2017

  16. "Roma"dan "Qarabağ" açıqlaması: "ASAN OLMAYACAQ"

    Bizi səfərdə “Qarabağ”la asan oyun gözləmir. Rəqib meydanında xüsusi atmosfer olacaq.
    Bu sözləri Çempionlar Liqanının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın baş məşqçisi Eysebio Di Françesko İtaliyanın Quotidiano nəşrinə açıqlamasında deyib.
    O, Ağdam klubunun futbolçuları haqda kifayət qədər məlumat topladığını bildirib: "Mən “Qarabağ”ın futbolçularını tanıyıram, onlar haqda məlumat toplamışam. "Qarabağ"ın yaxşı hücum xətti var. Rəqib fiziki cəhətdən ideal vəziyyətdə olmaya bilər, ancaq biz oyuna mütləq yaxşı formada çıxmalıyıq”.

    Muxalifet2 - 25-09-2017

  17. Atəşkəs rejimi 148 dəfə pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 148 dəfə pozub.

    Muxalifet2 - 25-09-2017

  18. Konsulumuz İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

    Azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib
     
    Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb.
    Azərbaycan XİN-dən verilən məlumata görə, sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.

    Muxalifet - 25-09-2017

  19. AŞPA-nın Alt Komitəsində həlli uzanan münaqişələr müzakirə edəcək

    Görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçiriləcək
     
    Avropa Şurası ölkələri arasındakı münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək.
    Bu barədə Alt Komitənin sədri Ştefan Şennak məlumat verib.
    Ş.Şennakın sözlərinə görə, onun sədrliyi ilə keçəcək görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq.

    Muxalifet - 25-09-2017

  20. Zaqatalada meşədə baş verən yanğın söndürülüb

    Zaqatalada yüksək dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.
     

    Muxalifet - 25-09-2017

Pages