Qeyri-qanuni referendumda ilk qalmaqal ortaya çıxdı
25-09-2017 14:02

IKBY-də qeyri-qanuni referendum başlayıb. Bərzaninin bütün təpkilərə baxmayaraq keçirdiyi referendumda ilk qalmaqal ortaya çıxdı.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-qanuni olaraq keçirilən referendumda bir hiylə edildiyi ortaya çıxdı. Ezidilerin qaldığı Şareya, Mahad və Berşavi düşərgəsində hazır "bəli" şəklində əvvəlcədən hazırlanmış bülletenlərin paylandığı və qaçqınların düşərgədən göndərilməklə təhdid edildiyi iddia edildi.
“Bəli” səs verilmiş hazır bülletenlər sosial mediada paylaşılıb.
Müxalifət.az