Axtarış

The search found 105785 results in 0.16 seconds.

Search results

  1. ABŞ prezidenti səfər qadağasını 8 ölkəyə şamil edib

    Birləşmiş Ştatlara səfər edəcək şəxslər prezident Donald Trampın 8 ölkədən səyahət qadağası haqda bazar günü imzaladığı yeni qanunda əlavə məhdudiyyətlərlə qarşılaşacaq. 
    Oktyabrın 18-də qüvvəyə minəcək yeni qaydalar Çad, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına şamil ediləcək. 
    Rəsmilərin bildirdiyinə görə, adları çəkilən ölkələr Birləşmiş Ştatlarla terrorizm və digər məsələlərə dair məlumatları bölüşməkdən imtina edib. 

    Muxalifet2 - 25-09-2017

  2. ​Qadına məxsus maşını qaçırdılar

    Bakıda qadına məxsus maşını qaçıran şəxs tutulub.
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
    Belə ki, sentyabrın 22-də Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in "102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub.
    Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən edilib ki, paytaxt sakini olan Səkinə Həsənovaya məxsus "Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb.

    Muxalifet2 - 25-09-2017

  3. “Qarabağ”ın oyunu üçün xüsusi avtobuslar ayrılacaq

    Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. 

    Muxalifet2 - 25-09-2017

  4. Azərbaycanlılara YÜKSƏK VƏZİFƏ VERİLDİ

    İran Nazirlər Kabineti uzun müddət müzakirə və mübahisələrdən sonra Məcid Xudabəxşini Şərqi Azərbaycanın valisi postuna təyin edib.
    Axar.az xəbər verir ki, Ərdəbildə doğulan, elektrik və elektron mühəndisliyi üzrə doktoranturanı bitirən 61 yaşlı Xudabəxş bundan öncə Ərdəbil əyalətinin valisi olub. Mötədil islahatçı kimi tanınan yeni vali Urmu gölünün canlandırılmasını və Təbriz-2018-i əsas fəaliyyət proqramı kimi elan edib.

    Muxalifet2 - 25-09-2017

  5. İki uşaq atası özünü ASDI - CƏLİLABADDA

    Cəlilabad rayonunda iki uşaq atası intihar edib.
    "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dostəli kəndi ərazisində baş verib.
    Belə ki, həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
    Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

    Muxalifet2 - 25-09-2017

  6. 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

    Azərbaycan islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin olunmayacaq.
     
    Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir.
    49.4-cü maddəyə əsasən, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.
    Cinayət Məcəlləsindəki dəyişiklik layihəsi Milli Məclisin deputatlarının müzakirəsinə verilib.

    Muxalifet - 25-09-2017

  7. “Təhdidlərlə üz-üzəyik” - Allahşükür Paşazadə

    “Biz “Bir millət, iki dövlət” ifadəsinin fəlsəfəsinə uyğun olaraq öz dini və mənəvi dəyərlərimizi bölüşürük”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
    Onun sözlərinə görə, dünyada meydana çıxan problemlər, faciələr, ifratçılıq və radikalizmə səbəb olur:

    Muxalifet2 - 25-09-2017

  8. “Coca-Cola” içdikdən 10 dəqiqə sonra orqanizmdə NƏ BAŞ VERİR? - İNANMAYACAĞINIZ GERÇƏKLƏR

    Dünyada ilk dəfə “Coca-Cola”ya qarşı etiraz 2006-ci ildə Türkiyədə başlanılmışdı. Və əbəs yerə deyil.
    Muxalifet.az xəbər verir ki, etiketdə kolanın tərkibi belə göstərilir: Şəkər, fosfor turşusu, kofein, karamel, karbon qazı və hər kəsdə şübhə oyadan xüsusi "ekstrakt". Məlum olub ki, bu ekstraktı Koşenil həşəratından əldə edirlər.

    Muxalifet2 - 25-09-2017

  9. Almaniyadakı “Naxçıvan” Futbol Klubunu Frenk Elkaponi yaradıb

    Dünya Azərbaycanlıları Assambleyasının (DAİ) təşəbbüsü ilə Almaniyada “AZE Nakhchivan SK” futbol klubu yaradılıb. Məlumatlara görə, kluba maliyyə dəstəyi azərbaycanlı iş adamı Fizuli Məmmədovdan (Frenk Elkaponi) gəlib.
    DAİ-nin rəhbəri Rəşad Quliyev yaxında klubun dəstəklənməsi ilə bağlı sponsorlara, şirkətlərə ölkəmizin tanıdılmasında maraqlı olan insanlara müraciətin nəzərdə tutulduğunu bildirib:

    Muxalifet - 25-09-2017

  10. ​Piyadaların diqqətinə: ƏMLAKINIZA HƏBS QOYULA BİLƏR

    Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, cərimələri ondan alınacaq. Yaxud da bu onun hansısa əmlakına yönləndiriləcək, həbs qoyulacaq. Hətta ölkədən çıxmasına yasaq tətbiq ediləcək.

    Muxalifet2 - 25-09-2017

  11. Minik avtomobili yandı - SUMQAYITDA

    Sumqayıt şəhərində yanğın olub.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sahəsi 72 kv.m olan köməkçi tikilinin içərisində 50 kv.m sahəyə yığılmış avtomobil ehtiyat hissələri və “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
    Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 25-09-2017

  12. Türkiyənin müdafiə naziri Bakıya gəlir

    Türkiyə müdafiə naziri Nurəddin Canikli Azərbaycana səfər edəcək.
     
    Muxalifet.az-ın məlumatına görə, səfər sentyabrın 28-nə planlaşdırılır.
    Səfər zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

    Muxalifet - 25-09-2017

  13. "ABŞ Putini devirmək üçün hərəkətə keçə bilər" - RUSİYA RƏSMİSİ

    Vaşinqton Rusiyada prezident seçkiləri ərəfəsində etiraz aksiyalarını maliyyələşdirə bilər.
     
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib.
    “İstisna etmirik ki, Vaşinton seçkilər ərəfəsində etiraz aksiyalarının dəstəklənməsi üçün əhəmiyyətli maliyyə vəsaitini göndərməyə çalışacaq”, - agentlik diplomatdan sitat gətirib.

    Muxalifet - 25-09-2017

  14. Məşhur terrorçunun CƏSƏDİ TAPILDI

    Ötən həftə İnquşetiyada 2013-cü ildə öldürüldüyü bildirilən Doku Umarov və döyüşçülərinin cəsədinin çıxarılması ilə bağlı əməliyyat keçirilib.
    Bu barədə Rusiya mətbuatı informasiya yayıb.
    Məlumata görə, Umarov və onun döyüşçülərinin cəsədləri ekspertiza və şəxsiyyətlərin dəqiq müəyyənləşdirilməsi üçün Moskvaya göndərilib.
    Qeyd edək ki, bu vaxta qədər Doku Umarovun məhv edilməsi barədə ən azı 12 fərqli məlumat verilib.

    Muxalifet2 - 25-09-2017

  15. Prezident yol tikintisinə 21 milyon ayırdı

    Azərbaycan prezidenti İlham Əliyev Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
    37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

    Muxalifet2 - 25-09-2017

  16. Yağış yağmadığına görə MOLLANI ÖLDÜRDÜ

    Türkiyənin Bursa şəhərində pul qarşılığında dua yazdığı iddia edilən adam qətlə yetirilib.
    59 yaşlı Hayri A. adlı sakin 64 yaşlı Engin S. adlı mollaya dua yazdırıb.
    Onun dua yazdırmasına səbəb isə bölgəyə uzun müddətdən bəri yağış yağmaması olub. Duanın işə yaramadığını görən Hayri mollanın evinə gedərək onu balta ilə qətlə yetirib.
    3 balta zərbəsi alan zərərçəkən Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
    Cinayətkar bölgə jandarmı tərəfindən həbs edilib. Faktla bağlı tədqiqat işləri davam etdirilir.

    Muxalifet2 - 25-09-2017

  17. ABŞ-dan riyakarlıq: “Kürdüstan”a səfir də təyin edibmiş...

    Kərkükdə referendum öncəsi keçirilən gizli görüşlərdə iştirak edən şəxslərdən biri olan Peter Qalbrayt ABŞ-ın müstəqil Kürdüstana təyin etdiyi ilk səfir olaraq göstərilir.
     
    Bu barədə “Milliyet” qəzetinin yazarı Özay Şendir yazıb.
    Müəllifin iddiasına görə, müstəqil Kürdüstan planının memarları referendumdan bir neçə gün əvvəl Kərkükdə görüşüblər. Məsud Bərzaninin müşaviri Hoşyar Zəbarinin evində təşkil olunan gizli görüşün iştirakçılarından biri olan Peter Qalbrayt bir çox rəsmi dairələrdə ABŞ-ın Kürdüstan səfiri olaraq adlandırılır.

    Muxalifet - 25-09-2017

  18. Rüfət Abbasov işdən çıxdı - SƏBƏBİ AÇIQLANMIR...

    Maliyyə Bazarlarına Nəzarət Palatasının müşaviri Rüfət Abbasov (MBNP) işdən çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fins.az-a Palatadan bildirilib.
    Məlumata görə, R.Abbasov iyun ayından etibarən MBNP-dən ayrılıb, səbəb isə açıqlanmayıb. Hazırda MBNP-nın müşaviri vəzifəsi vakant olaraq qalır.
    Bundan əlavə, Nərgiz İbrahimova avqust ayından etibarən MBNP-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi təyin edilib.
    Xatırladaq ki, o, 2016-cı ilin may ayında etibarən bu vəzifəsinə təyin edilmişdi.

    Muxalifet2 - 25-09-2017

  19. Nazirə yeni vəzifə verildi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Muxalifet2 - 25-09-2017

  20. Kərkükdə fövqəladə vəziyyət elan olunub

    Əhaliyə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
     
    İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub, komendant saatı tətbiq edilib.
    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib.

    Muxalifet - 25-09-2017

Pages