Axtarış
The search found 105785 results in 0.105 seconds.
Search results
Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır
"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar.
Bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.Muxalifet2 - 25-09-2017
48 yaşlı kişi intihar etdi - BAKIDA
Bakıda intihar hadisəsi baş verib.
Muxalifət.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai rayonunda qeydə alınıb
Belə ki, paytaxt sakini 1969-cu il təvəllüdlü Ceyhun Behbud oğlu Əliyev özünü yaşadığı evdə asaraq intihar edib.Muxalifet2 - 25-09-2017
Sevgilisinə erotik səhnələrin yer aldığı serialda çəkilməyi təklif etdi - FOTO
Serenay Sarıkaya "Fi" serialında çəkilməsi üçün sevgilisi Kerem Bürsini yola gətirməyə çalışıb.
Milli.Az Posta-ya istinadən xəbər verir ki, Puhu TV-də yayımlanan açıq-saçıq sevişmə səhnələri ilə zəngin olan "Fi" serialının "Duru"su Serenay iki ildir Kerem Bürsin ilə eşq yaşayır.
Kerem Bürsinin qonaq aktyor kimi serialda oynayıb-oynamayacağı maraqla gözlənilir.Muxalifet3 - 25-09-2017
AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ
Tanınmış müğənni Abdul Xalidə ağır itki üz verib.
Publika.az xəbər verir ki, ifaçının anası vəfat edib.
Bu barədə məlumatı prodüser Tarix Əliyev öz instaqram hesabında verib. Qeyd edək ki, Abdul Xalidin anası bir müddətdir xəstə imiş.Muxalifet2 - 25-09-2017
Türkiyədən referendum BƏYANATI – “…BÜTÜN TƏDBİRLƏRİ GÖRƏCƏYİK”
Türkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb.
Bəyanatda deyilir ki, İraq Kürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: "Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq.Muxalifet3 - 25-09-2017
Bakı kəndlərində qızlar məktəbə getmir? - Rəsmi açıqlama
Bu yaxınlardan millət vəkili Gövhər Baxşəliyeva Bakı kəndlərində qızların təhsildən yayındırılması, erkən yaşlarında ərə verilməsi ilə bağlı Milli Məclisin komitə iclasında məsələ qaldırıb. Deputat qeyd edib ki, qızların təhsildən uzaqlaşdırılmasında valideynlər məsuliyyət daşıyırlar.
Millət vəkili ucqar kəndlərlə müqayisədə bu tendensiyasının Bakı kəndlərində sürətli yayıldığını diqqətə çatdırıb.Muxalifet2 - 25-09-2017
Türkiyənin yeni raketinin ilk görüntüsü - FOTO
Türkiyənin 200 km mənzilli yeni “Atmaca” raketinin görüntüsü yayılıb.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinə məxsus raket həm də qurudakı hədəfləri vura biləcək.
Raket 2018-ci ildən etibarən istehsal ediləcək.Muxalifet2 - 25-09-2017
Bərzaniyə bu evdə nə söz verildi? - GİZLİ TOPLANTININ DETALLARI
İraqı parçalayıb, regionu yeni bir yanğına atacaq "müstəqil Kürdüstan" layihəsinin memarları Bərzaninin müşaviri Hoşyar Zebarinin Kərkükdəki evində gizli toplantı keçirdi.
Müxalifət.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat verib.
BƏRZANİYƏ NƏ SÖZ VERİLİB?
Muxalifet - 25-09-2017
Arda Turan sevgilisindən ayrıldı - FOTO
"Barselona" oyunçusu Arda Turan sevgilisi Aslıhan Doğandan ayrılıb.
Axşam.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkədə yazıb:
"Aslıhan Doğanla münasibətimizi hörmət çərçivəsində sona çatdırdıq. Bundan sonrakı həyatında ona sağlamlıq və xoşbəxtlik diləyirəm. Qərarımıza göstərəcəyiniz sayğıya görə indidən təşəkkür edirəm...".Muxalifet3 - 25-09-2017
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi - FOTO
Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib.
“Report”un xəbərinə görə, həmin küçə “2 aprel” adlandırılıb.
“Report” məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istəyib. Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə “Report”un əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.Muxalifet2 - 25-09-2017
Курдистан голосует за свою независимость
На территории курдской автономии Ирака началось голосование по референдуму о независимости Иракского Курдистана. Избирательные участки открылись в 07:00 по местному времени и завершат свою работу в 18:00.
В общей сложности для участия в голосовании зарегистрировались 5,2 млн человек. Они должны ответить "да" или "нет" на вопрос: "Вы хотите, чтобы регион Курдистан и курдские территории за его пределами стали независимым государством?" Результаты плебисцита будут известны спустя сутки после завершения голосования.Muxalifet3 - 25-09-2017
Türkiyə “Kürdüstan"la sərhədləri bağladı
Bərzaninin referendumunda səs vermə prosesi davam edərkən son dəqiqə xəbəri gəldi.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali İraqla sərhəd olan Habur Sərhəd Qapısı tək tərəfli olaraq bağlanılıb. Sadəcə Türkiyədən Şimali İraqa keçidə icazə verilir. Bu isə o anlama gəlir ki, artıq bu gündən “Kürdüstan” bölgəsi ilə bütün ticarət əlaqələri dayandırılır.Muxalifet - 25-09-2017
İraq Kürdüstanında səsvermə başladı - FOTO
İraq Kürdüstanında referendum başlayıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan səsvermə 12 saat davam edəcək.
Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani bu gün İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.
ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.Muxalifet3 - 25-09-2017
Ermənistanın Kürdüstan planları açıqlandı
"Kərkükdə asılan Kürdüstan bayrağının aşağı salınması qərarı bizi sevindirsə də, region rəhbərliyinin qeyri-qanuni davranışından narahatıq”.
Modern.az-ın məlumatına görə, bu fikirlər İraq türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyi və Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi toplantıda səsləndirilib.
Hər iki təşkilat adından danışan Həmrəylik dərnəyinin direktoru Timur Taş deyir:Muxalifet - 25-09-2017
11 yaşlı qızı zorlayan azərbaycanlı HƏBS EDİLDİ
Dağıstanda məktəbli qıza təcavüz edən azərbaycanlı saxlanılıb.
Lent.az-ın “Kavkazskiy Uzel” saytına istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 23-də baş verib.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 20 yaşlı azərbaycanlı gənc yaşadığı binaya girən 11 yaşlı məktəbli qıza təcavüz edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təcavüzə uğramış məktəbli qıza psixoloji yardım təyin edilib.Muxalifet2 - 25-09-2017
"Milyonçu"nun 1 milyonluq dini sualına cavab verə bilmədi - FOTO
Türkiyənin ATV kanalında yayımlanan "Kim Milyoner Olmak İster" istər verilişinin müxtəlif vaxtlarda efirə gedən 1 milyon lirəlik sualları barədə yazı hazırlanıb.
"Haberler"in hazırladığı yazıda qeyd olunub ki, ötəngünkü verilişdə Çağdaş İrfan Yıldırım adlı şəxs 1 milyonluq sual üçün yarışan ikinci iştirakçı olub. O, suala cavab verməyə ehtiyat edıb və 250 min lirə ilə oyunu tərk edib.
Çağdaş bildirib ki, pulu təhsil üçün xərcləyəcək.
Qeyd edək ki, ona verilən sual isə dini məzmunlu olub. Belə ki, sualda qeyd edilib:Muxalifet3 - 25-09-2017
“AAAF Park”ın rəhbərindən icra başçısına şok ittihamlar
“AAAF Park” rəhbəri Tofiq Heydərov həbs olunması və şirkətdə yoxlamaların aparılması barədə yayılan xəbərlərin arxasında kimlərin dayanması ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Heydərov bildirib ki, həmin adamlar “AAAf Park”da gözü olan şəxslərdir: “İlk şübhələndiyim şəxs Abşeron rayonun keçmiş icra başçısı Zakir Fərəcovdur. O, sənədlərimizdə və AAAF yazısın üzərində “Mülk Allaha məxsusdur” sözünün yazılmasının səbəbkarıdır. Onun haqqında elə faktlar və məlumatlar var ki, özüm hər dəfə baxanda şoka düşürəm.Muxalifet - 25-09-2017
Türk ordusu İraqın şimalını vurdu
Türk ordusu İraqın şimalındakı Zap və Avasin bölgələrinə aviazərbələr endirib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı bölgədəki terrorçulara məxsus sığınacaqlar, silah anbarları, atəş nöqtələri məhv edilib.
Bölgədə əməliyyatların davam edəcəyi bildirilib.
Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referenduma start verilib. Türkiyə referendum keçiriləcəyi təqdirdə Bərzani hökumətinin ağır bədəl ödəyəcəyini bildirib.Muxalifet2 - 25-09-2017
"Yadplanetli" uşaq öldü - VİDEO
Hindistanın Uttar-Pradeş əyalətində dünyaya gələn qeyri-adi uşaq ölüb.
2 gün əvvəl burunsuz, qulaqsız dünyaya gələn və yerli sakinlər tərəfindən "yadplanetli" adlandırılan körpə dünyasını dəyişib.
Qeyri-adi görünüşə malik uşaq cəmi 2 gün yaşayıb. Anası deyir ki, nəfəs almaqda çətinlik çəksə də, özünü yaxşı hiss edirdi: "Gecə rahat yatdı. Səhər duranda isə ölmüşdü".
Uşaq Ridli Skottun fantastik filmindəki "yadplanetli" varlığa bənzədilərək lağ obyektinə çevrilmişdi.Muxalifet2 - 25-09-2017
"Qazprom" Azərbaycanda nümayəndəlik açır
"Qazprom" şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, "Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.Muxalifet3 - 25-09-2017