Yük maşını 77 yaşlı qadını vuraraq öldürüb - SAMUXDA
25-09-2017 14:14

Samux rayonunda yük maşını piyadanı vurub.
Hadisə Samuxun Qarayeri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Bayramova Kübra Yusif qızı evinin yaxınlığında yolu keçmək istəyərkən yük maşını tərəfindən vurulub.
Ağır vəziyyətdə Gəncə Təcili yardım xəstəxanasına aparılan qadın orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./APA/