Türkiyənin İraqla sərhədi bağlanmayıb - RƏSMİ TƏKZİB

Türkiyə İraqla sərhəd qapısı olan Haburu birtərəfli olaraq bağlayıb.
 
Bu barədə “Habertürk” məlumat yayıb.
Hazırda Şimali İraqdan Türkiyəyə giriş dayandırılıb. Türkiyədən İraqa isə yalnız TIR-ların girməsinə icazə verilir.
Türkiyənin İraqla sərhəddə yerləşən Habur sərhəd keçid məntəqəsini bağlaması barədə yayılan xəbərlərə rəsmi reaksiya verilib.
Türkiyənin Gömrük naziri Bülənt Tüfəngçi sərhəd-keçid məntəqəsinin bağlanmadığını, sadəcə, təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.
Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referenduma start verilib.