Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ”

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də Ukraynanın paytaxtında keçirilməsi planlaşdırılan mitinqlər zamanı Nazirləri Kabinetinin bütün üzvlərini “yerindən oynadacağını” bildirib. 
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 17-də Kiyevdə bir neçə mitinqin keçirilməsi planlaşdırılır.
Saakaşvilinin də həmin mitinqlərə qatılacağı və çıxış edəcəyi gözlənilir.