MƏŞHUR GENERAL KƏRKÜKƏ GİRDİ - Referendumu dayandırmaq üçün İran əməliyyata başlayır

İranın məşhur generalı, “Qüds Qüvvələrinin” komandanı general Qasım Süleymani Kürdüstanın müstəqilliyi barədə keçirilən referendumu dayandırmaq üçün Kərkükə gəlib.
Muxalifet.az strateq.az-a istinadən bildirir ki, bu barədə “Amerikanın Səsi”nin fars bürosu məlumat yayıb. General Süleymani Kərkükə sentyabrın 23-də kürd partiyası olan “Kürdüstan Vətənpərvərlər İttifaqı”nın (KVİ) rəhbərləri ilə birgə gəlib. KVİ-dəki mənbələrin fars bürosunun əməkdaşı Əli Cavanmerdiyə verdikləri məlumata görə, Süleymani Kərkükdə referendumun keçirilməyəcəyini bəyan edib: “Onların əsas vəzifəsi Kürdüstanla bağlı keçirilən referendumu dayandırmaqdır. Qasım Süleymani ilə bərabər “KVİ”-nin liderləri Molla Bəxtiyar, Əmad Əhməd, Qədir Əziz, Asso Almani və Cəlal Təlabaninin oğlu Pavel Tələbani də Kərkükə gəlib”.
İran komandanı tərəfindən dəstəklənən “Kürd Vətənpərvərlər İttifaqı” partiyasının rəhbərliyi bu əməliyyata Süleymaniyyədən 100-lərlə antiterror qrupu gətiriblər. Kərkükün qubernatoru bu addımın əleyhinə çıxıb və Suleymaniyə mane olmağa, əməliyatı dayandırmağa çalışıb: “Mənbə bildirir ki, Qasım Süleymaninin rəhbərlik etdiyi əməliyyat məxfi olaraq Türkiyə və Bağdad tərəfindən dəstək verilir” –deyə radio vurğulayıb.