Kreml İrəvanın dilini də əlindən alır
25-09-2017 11:47

Rusiya Təhsil naziri Olqa Vasilyeva Ermənistana səfər edib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək səfər zamanı Vasilyeva Ermənistan rəsmiləri ilə rus dilinin öyrənilməsinin dərinləşdirilməsi istiqamətində danışıqlar aparacaq. Rus nazir həmçinin Bütün Ermənilərin Katalikosu II Qareginlə də görüşəcək.
Qeyd edək ki, Vasilyeva MDB ölkələrində kiril əlifbasının tətbiq edilməsinin əsas tərəfdarlarından sayılır.