Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. ​Kremlin “ikinci erməni dövləti” layihəsi – TÜRK DÖVLƏTLƏRİNƏ TƏLƏ

    Türkiyə və Azərbaycan Avrasiya İttifaqına üzv olsalar, o zaman Ermənistan vətəndaşları təşkilatın sərbəst dolaşım şərtindən istifadə edərək, Azərbaycan və Türkiyəyə sərbəst şəkildə daxil ola biləcəklər.
    Bu sözləri “Milliyet” qəzetinə açıqlamasında Türkiyənin Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy söyləyib.

    Muxalifet3 - 24-09-2017

  2. Женщины в войне всегда проигрывают — даже если побеждают

    Существует романтическая идея о том, что женщины-бойцы делают вооруженные восстания или борьбу за свободу более легитимными или цивилизованными. А еще женщины в строю хороши для пиара — это тоже делает борьбу более успешной, свидетельствует новое исследование.
     
    Но когда уже после победы доходит дело до разделения власти, женщины часто остаются ни с чем.
     

    Muxalifet3 - 24-09-2017

  3. Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı

    Masallıda 45 yaşlı kişi öz evini yandırıb.
    Hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb.
    Qəsəbə sakini 1972-ci il təvəllüdlü Elşən Abdullah oğlu Abdullayev özünə məxsus yaşayış evinə od vurub. Dərhal hadisə yerinə Masallı yanğından mühafizə hissəsinin avtomaşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 80 kv.m hissəsi yanğından mühafizə olunub.
    Məlumata görə, ev sahibi E.Abdullayev hadisəni ailə münaqişəsi zəminində qəsdən törədib. Onun ötən ay həbsdən azadlığa çıxdığı bildirilir.
    Fakt araşdırılır.

    Muxalifet3 - 24-09-2017

  4. ​Gürcüstanlı müştəri Bakıdakı “Tbilisi” restoranında öldü

    Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
    Belə ki, "Tbilisi" restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb və dünyasını dəyişib.
    Onum meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Müayinə zamanı məlum olub ki, T. Novruzov ürək tutmasından ölüb.
    Araşdırma davam etdirilir.

    Muxalifet3 - 24-09-2017

  5. Lütfi Zadənin nəşinin Bakıya gətirilmə vaxtı bəlli oldu

    Alimin nəşi Bakıya sentyabrın 29-da çatacaq
     
    Tanınmış azərbaycanlı alım Lütfi Zadənin nəşi sentyabrın 26-da Los Ancelesdən Bakıya yola salınacaq.
    Bunu “Report”a açıqlamasında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.
    Onun sözlərinə görə, daşıma ilə məşğul olan şirkətin verdiyi məlumata görə, alimin nəşi Bakıya sentyabrın 29-da çatacaq.
    Qeyd edək ki, 1921-ci ildə Novxanıda dünyaya gələn tanınmış alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib.

    Muxalifet - 24-09-2017

  6. ​Tramp ona “psixi xəstə” deyən KXDR-in XİN rəhbərinə cavab verdi

    ABŞ prezidenti Donald Tramp KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını şərh edib.
    “RİA Novosti” xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb.
    "KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını yenicə eşitdim. Əgər o kiçik "raket-adam"ın (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red.) fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək", - deyə o yazıb.

    Muxalifet3 - 24-09-2017

  7. Bəşər Əsəd Türkiyədə yaşayan jurnalistlə qızını öldürtdü - İddia

    İstanbulun Üsküdar rayonunda suriyalı fəal, 60 yaşlı jurnalist Orouba Barakat və eyni zamanda özü kimi jurnalist olan 22 yaşlı qızı Halla Barakat qətlə yetirilib.
     
    “Milliyet”in verdiyi mılumata görə, ana ilə qızının evdə boğazları kəsilmiş halda cəsədləri aşkarlanıb.
    Dünən dəfn olunan O. Barakatın bacısı ilə qardaşı qətldə Suriya prezidenti Bəşər Əsədin əli olduğunu iddia ediblər: “Bunu Əsəddən başqa heç kim edə bilməz. Oroubanı telefon və internet vasitəsilə hədələyirdi”.
    Hazırda Türkiyə polisi faktla bağlı araşdırmalar aparır.

    Muxalifet - 24-09-2017

  8. Spiker toya gec gəldi, deputat bəylə gəlini zala buraxmadı

    Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov övladına toy edib.
     
    Yenicag.az xəbər verir ki, həmkarı Cavanşir Feyziyevlə quda olan millət vəkilinin dəvətnamə göndərdiyi şəxslər arasında Milli Məclisin spikeri Oktay Əsədov da olub.
    Lakin, işlərinin çoxluğundan spiker məclisə ənənəvi saatda yox, 20:30-da gəlib çatıb. İşin qəribə tərəfi də ondan ibarətdir ki, deputat Rafiq Məmmədhəsənov Əsədovun toya gələcəyi saata qədər gəlinlə bəyi gəlin maşınında gözlədib.
    Bildirilir ki, bu durum spikerin özünü də narahat edib.

    Muxalifet - 24-09-2017

  9. Sığorta saxtakarlığı, yoxsa insanların bilgisizliyi?

    "Ümum daxili məhsulun sığorta yığımları ilə olan artımları yalnız icbari sığorta növlərinin payına düşür. Bu, yaxşı hal deyil. Rəqəmlər onu göstərir ki, bizi nəyəsə məcbur edirlərsə, onu alırıq. Məcbur etmirlərsə, demək, öz həyatımıza da, əmlakımıza da biganə yanaşırıq".
     
    Bu sözləri axar.az-a Azərbaycanda sığorta bazarının inkişaf etməməsinin səbəblərindən danışan sığorta mütəxəssisi, ekspert Xəyal Məmmədxanlı deyib. O bildirib ki, ötən ilin göstəricilərinə görə, sığorta yığımlarının böyük qismi icbari sığorta növlərinin payına düşür:

    Muxalifet - 24-09-2017

  10. PUTİN ÖZÜNÜ VƏ RUSİYANI DALANA DİRƏYİB! – Yeganə çıxış yolu – hakimiyyət dəyişikliyidir!

     Vladimir Putin Yeltsinin xələfi seçiləndə ondan iki əsas gözlənti var idi: sabitlik və ölkə vətəndaşlarının maddi rifahının təmin olunması. Bundan başqa Putindən gözlənilən digər mühüm iş – dünya arenasında Rusiyaya hörmət qazandırması idi.
     

    Muxalifet - 24-09-2017

  11. Angela Merkel qərarsız seçicilərin dəstəyini almağa çalışır

    Merkel artıq dördüncü dəfədir namizədliyi irəli sürür. Onun mənsub olduğu mühafizəkar Xristian Demokrat partiyası rəy sorğuıarında üstünlük təşkil edir.
     
     Ötən həftə keçirilən rəy sorğuları partiyanın 34-37 faiz səslə öndə getdiyini, Sosial Demokratların isə 21-22 faizlə ikinci yerdə gəldiyini gəldiyini göstərir.
    Lakin son bir həftə ərzində ona dəstək getdikcə azalıb. Şənbə günü Merkel Berlində öz tərəfdarlarına deyib ki, onlar qərarsız seçiciləri Merkelə səs verməyə cəlb etmək üçün səylərini gücləndirməlidir.

    Muxalifet - 24-09-2017

  12. Bərzaniyə 3 təklif: Ya təxirə sal, ya da...

    Türkiyə, İraq və İran sabah baş tutması gözlənilən referendumla bağlı Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaniyə 3 təklif irəli sürüb.
     
    İrandan Ərbilə yollanan heyət Bərzaniyə 3 ölkənin təklifini çatdırıb.
    Təklifdə “ya münaqişəli bölgələrdə referendum keçir və müharibəni qəbul et”, “referendumu yalnız Şimali İraq Kürd Muxtariyyətində keçir”, “referendumu təxirə sal və ya ləğv et” şərtləri irəli sürülüb.
    M.Bərzaninin bu gün baş tutacaq mətbuat konfransında qərarını açıqlayacağı gözlənilir./axar.az

    Muxalifet - 24-09-2017

  13. İraq rəbərliyi ABŞ-a qəti fikrini birdirdi

    Ölkənin ərazi bütövlüyünün, ictimai asayişin və sabitliyin pozulacağı təqdirdə bütün hüquqi tədbirləri görəcəyik.
     
    Bu sözləri İraqın Baş naziri Heydər Abadi ABŞ Dövlət katibi Reks Tillersonla sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan Kürdüstanın müstəqillik referendumunu müzakirə edərkən söyləyib.
    Tillerson ABŞ-ın referenduma qarşı olduğunu və Bağdad hökumətinin İraqın ərazi bütövlüyünü mühafizə etmək üçün atdığı bütün addımları dəstəklədiyini bildirib.

    Muxalifet - 24-09-2017

  14. Xırdalanda itkin düşən 13 yaşlı məktəbli TAPILDI

    Sentyabrın 21-də Xırdalanda 13 yaşlı Ülvi Cəfərlimin itkin düşməsi barədə xəbər vermişdik.
     
    Ülvinin atası Ruslan Cəfərlinin Unikal.org-a verdiyi məlumata görə itkin düşən oğlu bu gün Sumqayıtda tapılıb. Qeyd edib ki, hazırda övladının yanındadır və Ülvinin vəziyyəti yaxşıdır.

    Muxalifet - 24-09-2017

  15. 300 azərbaycanlı İraqda öldürülüb – DTX rəisindən ilginc açıqlamalar

    Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlılar və ölkəmizdə terror cəhd hallarıyla bağlı ilginc açıqlamalar verib.
     
    O, jurnalistlərə açıqlamasında İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı öldürüldüyünü bildirib.  Onun sözlərinə görə, bu informasiyanın səhihliyini yoxlamaq üçün komitə əməkdaşları İraqa yollanıb:
    "Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".

    Muxalifet - 24-09-2017

  16. İran kürd bölgəsini bombalayır

    İran İraq Kürd Muxtariyyətinin nəzarətində olan dağlıq bölgələri bombalayır.
     
    "Qaynarinfo" xəbər verir ki, Kürdüstan Yurdsevər Birliyinin rəsmi internet saytı bu barədə açıqlama verib. Açıqlamada top atəşinin hansısa itkiyə səbəb olub-olmaması barədə məlumat verilməyib.
    Qeyd edək ki, sabah bölgə idarəsi müstəqillik referendumu keçirməyə hazırlaşır. İran bu qərara qarşı çıxan ölkələrdən biridir və bundan əvvəl də peşmərgə qüvvələrinin ərazidə olmasını səbəb göstərərək dağlıq əraziləri bombalamışdı.

    Muxalifet - 24-09-2017

  17. TALANÇI VƏ YALANÇI HAKİMİYYƏT

    23 sentyabrda Milli Şura növbəti izdihamlı mitinqini keçirdi. Hakimiyyətin yaratdığı heç bir maneə, hətta son günlərdə ortaya atdıqları “terror təhlükəsi” belə mitinqə qatılmaq istəyən insanları durdura bilmədi. Haqqı tapdanan, ədalətsizliyə məruz qoyulan, sərvəti oğurlanıb ofşor hesablara daşınan, işsiz qalan, dolana bilməyən, səhiyyənin, sosial müdafiənin, təhsilin, məhkəmənin məhv edilməsindən narazı olan insanlar mitinqə qatılaraq hamının əvəzindən hakimiyyətə “ürək sözlərini” dedi.

    Muxalifet - 28-09-2017

  18. Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüldü

    Teymur Abbasov Gürcüstanın Azərbaycandakı səfirliyində çalışıb
     
    Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası sentyabrın 24-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonun icra hakimiyyəti başçısı postuna namizədini rəsmən təqdim edib.
    Hakim partiyanın deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər bu gün Marneulidə olublar.

    Muxalifet - 24-09-2017

  19. Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb - FOTO

    O, tanışının evində olub
     
    Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.
    Rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.
    Tanışının evində olan qadın ailəsinə təhvil verilib.
    Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

    Muxalifet - 24-09-2017

  20. Bakıda 22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

    Bakıda 22 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
     
    Lent.az-ın verdiyi məlumata görə, Nərimanov rayon sakini müraciətində bildirib ki, 1995-ci il təvəllüdlü qızı Abdullayeva Sevil Talıb qızı (ad şərtidir) sentyabrın 6-da Xan Şuşinski küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.
    Qızın atası qeyd edib ki, o, evdən bazarlıq etmək adı ilə çıxıb.
    Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

    Muxalifet - 24-09-2017

Pages