Axtarış
The search found 105779 results in 0.074 seconds.
Search results
“Ukrayna mənimlə bağlı xüsusi plan hazırlayır” - SAAKAŞVİLİ
Odessa vilayəti dövlət administrasiyasının sabiq başçısı Mixail Saakaşvili Ukraynaya qayıdacağı halda rəsmi Kiyevin əl ata biləcəyi 3 ssenaridən xəbərdar olduğunu deyib.
O, bunu NewsOne telekanalının efirindən bəyan edib.
M.Saakaşvili yaxın vaxtlarda bir neçə Avropa şəhərinə səfər edəcəyini də deyib: "Mən Avropa Xalq Partiyası prezidiumunun Kopenhagendə keçiriləcək iclasında iştirak edəcəm. Orada avropalı siyasətçilərlə görüşəcəm. Brüsselə gedib, orada Avropa Parlamentinin üzvləri ilə görüşməyim də istisna deyil".Muxalifet2 - 1-09-2017
Gülnarə Kərimovanın qızı babasının abidəsinin açılışında
Özbəkistanda pul qoparma və vergi ödənişindən boyun qaçırma işi üzrə ittiham edilmiş Gülnarə Kərimovanın qızı İman, babası- respublikanın birinci prezidenti İslam Kərimovun Daşkənddə açılmış abidəsi önünə güllər qoyub.
Bu barədə “Sputnik Özbəkistan” xəbər yayıb.
Respublikasının sabiq başçısının kiçik qızı Lola Kərimova-Tillyayeva sosial şəbəkələrdə bacısı qızı ilə şəklini paylaşıb.
İslam Kərimovun Daşkəndin Oksaroy iqamətgahı yaxınlığındakı abidəsi cümə axşamı təntənəli şəkildə açılıb. Mərasimdə birinci prezidentin dul xanımı Tatyana Kərimova da iştirak edib.Muxalifet2 - 1-09-2017
Bakıda iki sərnişin avtobusu toqquşdu - YARALANANLARIN ADLARI (YENİLƏNDİ)
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan 11 nəfərin şəxsiyyəti və qəzanın səbəbi məlum olub.
"Report" xəbər verir ki, qəza 198 saylı marşrut avtobus sürücüsünün telefonla danışdığı üçün qarşısında gedən 173 saylı sərnişin avtobusuna arxadan çırpılması nəticəsində baş verib.
Xəsarət alanlardan biri körpədir. Siyahı:
1987-ci il təvəllüdlü Hüseynova Gülanə
1987-ci il təvəllüdlü Hüseynov Rauf
1952-ci təvəllüdlü Əliyev Nurəddin
1965-ci il təvəllüdlü Bayramov VidadiMuxalifet2 - 1-09-2017
Azərbaycanda Qurban bayramı qeyd olunur
Sentyabrın 1-i və 2-də qurban kəsmək olar
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayram qəməri təqvimlə Zil-hiccə ayının 10-dur və Azərbaycan üfüqünə uyğun olaraq miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Minada qurban kəsəcəklər.
Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.Muxalifet2 - 1-09-2017
"Norveçdən 1 xal alacağımıza ümidliyəm" - PORSİNEÇKİ
Sabah DÇ-2018-in seçmə qrup oyunu çərçivəsində səfərdə Norveçlə üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qarşılaşmadan öncə mətbuat konfransı keçirib.
Muxalifet.az xəbər verir ki, oyun haqda fikirlərini bölüşən xorvatiyalı eyni zamanda jurnalistlərin suallarını da cavablandırıb:Muxalifet2 - 1-09-2017
1 saata Bakıdan Qazaxa gedib-qayıda bilərsiniz- 100 ilin ən böyük uğuru- VİDEO
“Hyperloop” vakuum qatarı layihəsinin gerçəkləşməsinə az qalıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, layihənin rəhbəri Elon Mask qatarın prototipini nümayiş etdirib.
Futuristik layihə icra olunacağı təqdirdə insanları bir məntəqədən digərinə saatda 804 kilometr sürətlə çatdırmaq mümkün olacaq. Bu, Bakıdan Qazaxa, təxminən, 1 saata gedib-qayıtmaq deməkdir.
Layihə yerüstü nəqliyyat sahəsində 100 ilin ən böyük uğuru hesab olunur.Muxalifet2 - 1-09-2017
Rusiyalı deputat Mikayıl Cabbarovu DƏSTƏKLƏDİ - "RUS DİLİ..."
Azərbaycanın həm paytaxtında, həm də regionlarında uşaqların rus dili təliminin davam etdirilməsinə və təhsilin intensivləşdirilməsinə dair qərarın verilməsi çox yaxşı xəbərdir. Belə qərarı qiymətləndirməmək mümkün deyil. O, Rusiyaya etibarın göstəricisidir və bizim ölkələrimiz arasında münasibətlərin gələcəkdə də möhkəm olacağını əks etdirir. Və o, sözsüz, azərbaycanlılar kimi rusiyalılara da böyük xeyir gətirəcək”.
Muxalifet2 - 1-09-2017
Rusiya konsulluğunu bağlamaq qərarını Tramp verib - RƏSMİ AÇIQLAMA
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, Rusiya səfirliyinin San-Fransiskodakı konsulluğunun bağlanması haqda qərarı ABŞ prezidenti Donald Tramp özü şəxsən qəbul edib.
Muxalifet.az bildirir ki, xəbəri RT yayıb.
"Bu prezidentin qərarı idi", — deyə o vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, ABŞ Rusiyadan Amerika diplomatlarının çıxarılmasına cavab tədbirləri haqda Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi.Muxalifet2 - 1-09-2017
Erməni deputatlar Bakıya gələcəklər
Ermənistan parlamentinin nümayəndə heyəti "Avronest" Parlament Assambleyası çərçivəsində sentyabrın 22-də Bakıda keçiriləcək forumda iştirak etmək niyyətindədir.
Bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Azərbaycana parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan və deputat ManeTandilyan gələcək.Muxalifet - 1-09-2017
Moldova polisi velosipedlə xidmət aparacaq
22 asayiş keşikçisi müvafiq imtahanı uğurla keçib
Yaxın vaxtlarda Moldovanın paytaxtı Kişinyovda polis əməkdaşları velosipedlə patrul xidmətinə başlayacaq.
Bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Aleksandru Pınzar məlumat verib.
O, əlavə edib ki, 22 polis əməkdaşı lazım olan imtahandan müvəffəqiyyətlə keçib. A.Pınzar yeni missiyalarında ictimai təhlükəsizliyi qoruyacaq asayiş keşikçilərinə uğurlar arzulayıb.Muxalifet - 1-09-2017
Ronaldu Miyatoviçin rekordunu təkrarlayıb
O, Farer adaları komandası ilə matçda het-trik edib
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Farer adaları komandası ilə Dünya çempionatı-2018-in seçmə mərhələ oyununda het-trik edib.
Beləliklə, 32 yaşlı hücumçu cari seçmə mərhələdə vurduğu qolların sayını 14-ə çatdırıb.
Ronaldu bununla da, o vaxtkı Yuqoslaviya yığmasının heyətində Dünya çempionatı-1998-in təsnifat turnirində 14 qol vuran "Real" sabiq hücumçusu Predraq Miyatoviçin rekordunu təkrarlaya bilib.Muxalifet - 1-09-2017
"Komandamız Norveçlə oyuna 3 xal üçün çıxacaq" - AFFA-nın baş katibi
Osloya qələbə qazanmağa gəlmişik
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Norveç yığması ilə səfərdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl son məşqini izləyib.
Çalışmaların ardından E.Məmmədov "Report"un Osloya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
Norveçlə qarşılaşma barədə nə düşünürsünüz?Muxalifet - 1-09-2017
“Qarabağ” Ramil Şeydayevi heyətinə qatıb
“Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək
Ağdamın “Qarabağ” klubu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir.
Komanda Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.Muxalifet - 1-09-2017
Toyda kütləvi dava: MƏKTƏB DİREKTORU DÖYÜLDÜ
Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib
Cəlilabadda toyda kütləvi dava baş verib.
Hadisə şəhərdə yerləşən şadlıq evlərindən birində qeydə alınıb.
Dava zamanı rayonun Uzuntəpə kənd sakini Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib.
R.Yusubov Cəlilabad rayon 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-09-2017
"İŞİD lideri sağdır" - ABŞ BAĞDADİNİ AXTARIR
ABŞ İŞİD lideri Əbu Bəkr əl Bağdadinin sağ olduğunu hesab edir və onun axtarışı ilə məşğul olmaqda davam edir.
“RİA Novosti”- nin verdiyi xəbərə görə, bunu koalisiya komandanı amerikalı general Stiven Taunsend deyib.
“Düşünmürəm ki, əl Bağdadi sağ deyil. Biz hər gün onu axtarmaqda davam edirik. O sağ olmasa, biz məmnun olarıq”, - deyə general brifinq zamanı deyib.Muxalifet - 1-09-2017
Kremlin general rütbəli səfiri Vaşinqtonda təyyarədən enən kimi...
ABŞ Dövlət Departamenti Rusiyaya qarşı diplomatik sanksiyaların sərtləşdirilməsinə dair yeni qərarını elan edib.
Qərara əsasən Rusiya Nyu-York və Vaşinqtondakı konsulluqlarını, habelə San-Fransiskodakı baş konsulluğunu iki gün ərzində bağlamalıdır.Muxalifet - 1-09-2017
Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb
Birlikdə dualar edilib
Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
Bu gün saat 9:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.
Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.Muxalifet - 1-09-2017
Ərdoğan Makronun sözlərinə münasibət bildirdi - "DANIŞMAQ TƏLƏBİ ONLARDAN GƏLİR..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda evinin yaxınlığındakı camidə bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Hürriyet”in verdiyi məlumata görə, R. T. Ərdoğan islam dünyasının bayrama kədərli daxil olduğunu söyləyib: “Bir tərəfdə Suriya və İraqdakı silahlı toqquşmalar, digər tərəfdə Arakanda baş verənlər, ölkəmizdə terrora qarşı mübarizəmiz, bunların hamısı istər-istəməz bayramı nayram kimi qarşılamağımıza mane olur”.Muxalifet - 1-09-2017
Ağ Ev Konqresdən maliyyə yardımı istəyir - 125 MİLYARD DOLLAR...
Ağ Ev Konqresdən Harvey fırtınasından zərər çəkənlərə yardım üçün fövqəladə maliyyələşdirmə istəyəcək.
Texas qubernatoru Greg Abbott daha əvvəl deyib ki, bərpa üçün ştata federal dövlətdən 125 milyard dollardan çox vəsait lazım ola bilər.
Tufan nəticəsində azı 39 nəfər dünyasını dəyişib.
Vitse-prezident Mike Pence Texas ştatına səfəri zamanı "Amerika xalqı sizinlədir," deyib.
"Biz bu şəhər və bu ştat və bu region əvvəlkindən daha yaxşı bərpa edilənə qədər hər gün burada olacağıq," cənab Pence bildirib.Muxalifet2 - 1-09-2017
“ABŞ-ın addımları cavabsız qalmayacaq” - PESKOVDAN SƏRT XƏBƏRDARLIQ
“ABŞ-ın addımları cavabsız qalmayacaq”
ABŞ-ın Rusiyanın San-Fransiskodakı baş konsulluğunun, eləcə də Vaşinqton və Nyu-Yorkdakı bir sıra konsulluq obyektlərininn sentyabrın 2-nə qədər bağlanmasını tələb etməsi Rusiyanı hiddətləndirib.
Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-la münasibətlərin yaxşı olmağını arzuladıqlarını və bunun bölgədə əmin-amanlıq və qlobal böhranların həlli üçün vacib olduğunu vurğulayıb.
O qeyd edib ki, rəsmi Moskva heç vaxt ikitərəfli münasibətlərdə problemi ilk yaradan tərəf olmayıb.Muxalifet - 1-09-2017