Axtarış

The search found 105779 results in 0.026 seconds.

Search results

  1. Bakı şəhərində iki nəfər itkin düşüb

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində anadan olmuş 1958-ci il təvəllüdlü Mirvahid Musəvi bu il mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmayıb.
     
    Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daimi eynəkdə olub, saçları ağdır. Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub.

    Muxalifet - 31-08-2017

  2. Xəstəxanaya yerləşdirilən Brilliant Dadaşovanın ərindən açıqlama

    Səhhətində yaranan problemlərə görə bir neçə gün öncə Türkiyədəki özəl klinikaların birinə yerləşdirilən xalq artisti Brilliant Dadaşova evə buraxılıb.
     
    Bu barədə Lent.az-a açıqlamasında xalq artistinin həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

    Muxalifet - 31-08-2017

  3. Livan səfirliyimiz idmançının nəşinin Azərbaycana gətirilməsi üçün hərəkətə keçdi

    “Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində 25 avqust tarixində səhər 5.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Əliyev Xəzəri avtomobil vurub”.
     

    Muxalifet - 31-08-2017

  4. Tramp Körfəz ölkələrindən Qətər böhranının həllini istədi

    ABŞ prezidenti Donald Tramp Qətər böhranı ilə bağlı yeni addım atıb.
     
    Tramp Səudiyyə kralı Salman ilə məsələni müzakirə edib. Tramp Salmandan Qətər ilə diplomatik böhran yaşayan körfəz ölkələrinin problemi həll etmələrini istəyib.
    Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı kralı arasında telefon danışığının baş tutduğu bildirilir. Tramp Salmandan böhranın həll edilməsini istəyib./ölke.az

    Muxalifet - 31-08-2017

  5. Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri qəzəbləndirib

    Londonun səs-küylü küçələrindən birində qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə Azərbaycanın kədərli musiqisini ifa edib.
     

    Muxalifet - 31-08-2017

  6. Qarabağ əlilinin iki övladı ağır xəstədir, köməyə ehtiyacları var -FOTO

    Ailədə 2 övladın hər ikisi, yəni Vəli və Fərid beyin iflicindən əziyyət çəkirlər.
     
    Ataları Namiq dayının isə Qarabağ müharibəsindən sonra 20 ildir ki, hər iki gözü görmür. Anaları Fatma xanım bütün ailəyə təkbaşına baxır.
    Bu ailəyə kömək etmək istəyən şəxslər (050) 736-24-56 nömrəsi vasitəsilə Fatma xanımla əlaqə saxlaya bilər.
    Ailə birinci vitse-prezident Mehriban Əliyevadan da kömək istəyir.

    Muxalifet - 31-08-2017

  7. Dilqəmin oğlu BQXK-nı ifşa etdi: “Əlimdə səs yazısı var…”

    Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin girovlarla görüşməsi haqda qurumun yaydığı məlumatı yalanlayıb.
     
    D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-la əlaqə saxlayaraq, Kəlbəcər girovları ilə görüşün baş tutmadığını deyib.

    Muxalifet - 31-08-2017

  8. Müsavat AKM mitinqlərə başlayır - İlham Həsənlidən açıqlama

    Müsavat Avropa Koordinasiya Mərkəzi Turan Agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq yaxın günlərdə Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlər keçirəcək. Bu barədə Amerikanın Səsinə Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib.
     
    Onun sözlərinə görə, ilk mitinq sentyabrın 9-da Nürnberq şəhərində olacaq.

    Muxalifet - 31-08-2017

  9. "Space"də tanınmış jurnalistə vəzifə verildi

    "Space" Müstəqil Televiziya və Radio Şirkətində yeni təyinat olub.
     
    Tanınmış jurnalist Eldəniz Elgün telekanalın ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib.
    Qeyd edək ki, Eldəniz Elgün ilk yarandığı dövrdə "Space" telekanalında çalışıb. Telekanaldan ayrılandan sonra isə mətbuatda, həmçinin ANS televiziyasında işləyib.

    Muxalifet - 31-08-2017

  10. Azərbaycanda sonsuzluq halları artıb

    "Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Ancaq bu, valideynlərin istəyi ilə deyil, sonsuzluq hallarının artması ilə izah edilir".
     
    Bunu Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova ölkədə antenatal qulluğun təşkilinə dair keçirilən tədbirdə çıxış edərkən deyib.
    Sonsuzluğun səbəblərinin müxtəlif olduğunu deyən Z.Muradova sonsuzluq hallarının baş verməsində kişi faktorlarının da üstünlük təşkil etdiyini söyləyib.

    Muxalifet - 31-08-2017

  11. Səfirlik Livanda ölən idmançımızın anasından 40 min istəyib – Nəşi göndərmək üçün /SƏS YAZISI

    Xəbər verildiyi kimi, Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.
     
    İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib.

    Muxalifet - 31-08-2017

  12. Külək turbinlərinə ayrılan pulları hansı qurum havaya sovurub? - SENSASİON AÇIQLAMA

    Ötən həftə külək enerjisinin əldə edilməsi üçün istifadəyə verilən külək turbinlərinin işləməməsi ilə bağlı məlumat vermişdik. Külək turbinlərinin pərlərinin işlək halda olmamasının səbəbini açıqlayan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildirilmişdi ki, bu avadanlıqlar təmirlə əlaqədar olaraq işləmir.
     
    Sual yaranır ki, bu avadanlıqlar həqiqətənmi işləmir? İşləmirsə niyə işləmir? Axı külək turbinləri uzun müddət deyil istifadəyə verilib... 

    Muxalifet - 31-08-2017

  13. Livanda ölən Xəzərin anası: “Pulu ödəməyə razıdırlar, gedirəm...”

    Xəzər Əliyevin meyitinin Azərbaycana gətirilməsi üçün anası Məlahət Həsənova Beyrut şəhərinə yola düşüb.
     
    Bu haqda Teleqraf.com-a mərhumun anası özü məlumat verib.

    Muxalifet - 31-08-2017

  14. Almaniyada erməni abidəsi murdarlandı - FOTO

    Almaniyanın Leer şəhərində erməni xaç-daş abidəsi naməlum şəxslər tərəfindən murdarlanıb.
     
    1in.am saytı xəbər verir ki, ötən il “soyqırımı” qurbanlarının şərəfinə qoyulmuş abidədən qoparılmış hissələr ətrafa atılıb.
    Qeyd edək ki, sözügedən abidə bu ilin fevralında da eyni üsulla təhqir olunmuşdu.

    Muxalifet - 31-08-2017

  15. ABŞ səfirinin yaydığı sənəd Ermənistanı qarışdırıb

    Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında Soçidə keçirilən görüş ötən həftənin (görüş 23 avqustda Soçidə keçirilib - red.) əsas siyasi hadisəsi oldu. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı da görüşlə üst-üstə düşdü.
     
    Erməni KİV-ləri bəyanatın Ermənistan hakimiyyətinin xoşuna gəlmədini yazıb.

    Muxalifet - 31-08-2017

  16. Sərkisyan faşistə heykəl qoydu: ermənilər güllələdi - FOTO

    Ermənistan terrorizmə dəstək verən ölkə kimi artıq özünü təsdiqləyib. Müstəqillik əldə edəndən sonra da rəsmi dairələr “Daşnaksütyun”, ASALA, “Erməni azadlıq cəbhəsi” kimi terror təşkilatları ilə sıx əlaqə saxlayır.
     

    Muxalifet - 31-08-2017

  17. Faiq Əmirlinin şikayəti təmin edilmədi

    AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
     
    Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib.
    O, Faiq Əmirlinin haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi, apelyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılmasını istəyib.
    Vəkil həmçinin “Azadlıq” qəzetinə görə hesablanmış vergi borcu ilə əlaqədar təkrar ekspertiza keçirilməsini istəyib.

    Muxalifet - 31-08-2017

  18. Ağcabədidə canavarlar sürüyə hücum edib

    Təsərrüfat sahibinə 4000 manatdan çox ziyan dəyib
     
    Ağcabədi rayonunda canavarlar sürüyə hücum edib.
    Hadisə rayonun Şənlik kəndi ərazisində baş verib.
    Belə ki, həmin kəndin sakini Arif Məmmədovun təsərrüfatına gecə saatlarında girən canavarlar 15 qoyunu tələf edib, 22 qoyunu isə yaralayıblar. Yaralı heyvanlara vaksinlərin vurlması üçün əraziyə baytarlar cəlb olunub.
    Təsərrüfat sahibi A.Məmmədov "Report"un yerli bürosuna bildirib ki, ona 4000 manatdan çox ziyan dəyib.
     

    Muxalifet - 31-08-2017

  19. 13 yaşlı uşağı maşın vurdu - ASTARADA

    Onun vəziyyətinin ağır olduğu bildirilir
     
    Astara rayonunda 13 yaşlı oğlanı maşın vurub.

    Muxalifet - 31-08-2017

  20. Almaniya Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi anlaşmasına veto qoyub

    Almaniya hökuməti Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi müqaviləsinin yenilənməsinə və genişləndirilməsinə veto qoyub.
     
    “Hürriyet”in verdiyi məlumata görə, çərşənbə günü Berlində Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşən Almaniya federal kansleri Angela Merkel bu qərarı rəsmi şəkildə ona bildirib.
     Bundan bir gün öncə isə A. Merkel keçirdiyi mətbuat konfransında öz mövqelərini izah edib. O deyib ki, Almaniya hazırkı şəraitdə Türkiyə ilə Gömrük Birliyi müzakirələri aparılması üçün komissiyaya səlahiyyət verməyəcək.

    Muxalifet - 31-08-2017

Pages