“ABŞ-ın addımları cavabsız qalmayacaq” - PESKOVDAN SƏRT XƏBƏRDARLIQ
1-09-2017 09:56

“ABŞ-ın addımları cavabsız qalmayacaq”
ABŞ-ın Rusiyanın San-Fransiskodakı baş konsulluğunun, eləcə də Vaşinqton və Nyu-Yorkdakı bir sıra konsulluq obyektlərininn sentyabrın 2-nə qədər bağlanmasını tələb etməsi Rusiyanı hiddətləndirib.
Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-la münasibətlərin yaxşı olmağını arzuladıqlarını və bunun bölgədə əmin-amanlıq və qlobal böhranların həlli üçün vacib olduğunu vurğulayıb.
O qeyd edib ki, rəsmi Moskva heç vaxt ikitərəfli münasibətlərdə problemi ilk yaradan tərəf olmayıb.
Peskov ABŞ-ın atdığı addımdan təəssüfləndiklərini və bunun cavabsız qalmayacağını da əlavə edib.