Axtarış
The search found 105779 results in 0.069 seconds.
Search results
Erməni ordusunda zabitlər fərarilik edir.. - Fototfakt
İşğalçı Ermənistan silahlı qüvvələrinin Madagizdə yerləşən 33651 nömrəli hərbi hissəsinin zabiti kapitan Edik Poqosyan xidmətdə rastlaşdığı problemlər, Ermənistan ordusunda olan cinayətlər, yüksək vəzifəli hərbçilərin özbaşınalığı haqqında sosial şəbəkələrdə paylaşımlar etdiyinə görə təqiblərə məruz qalıb.
Ermənistan sosial şəbəkələri xəbər verir ki, aktiv sosial şəbəkə istifadəçisi olan kapitan Poqosyan xidmət etdiyi hərbi hissədə baş verən mənfi hallar, özbaşınalıqlar və ölüm hadisələri barədə öz fikirlərini bölüşüb.Muxalifet - 1-09-2017
2 qadını bıçaqlayan şəxs YAXALANDI
Bakı şəhərində iki qadını bıçaqlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 30-da Bakı şəhər sakinləri Vüsalə Salmanovaya və Elnarə Mikayılovaya bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Əlizadə saxlanılıb.Muxalifet - 1-09-2017
“Mehman Əliyevə Azadlıq" Komitəsi dünya ictimaiyyətinə müraciət edib
Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı.
Bu barədə "Mehman Əliyevə Azadlıq" Komitəsinin dünya ictimaiyyətinə müraciətində deyilir.
Komitə hesab edir ki, hakimiyyətin tənqidçiləri susdurmaq, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq məqsədi ilə apardığı repressiya siyasəti durdurulmalıdır.Muxalifet - 1-09-2017
Mehman Əliyevin xanımı: “Mən onun həbsini gözləyirdim”
“O qədər tutulan, haqq-ədalət uğrunda saxlanılan oğullarımız var, mən onların ailəsindən artıq deyiləm ki…”
«Heydər Əliyev iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər, fikirləşsinlər…».Muxalifet - 1-09-2017
Göyçayda kollec müəllimi özünü asdı – səbəb…
Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib. 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb.
H. Həmidov 1 uşaq atası idi. O, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur.Muxalifet - 1-09-2017
800 hektar köçkünlərdən zorla alınır
«25 ildir ki, burda məskunlaşmışıq, 1998-ci ildən burda geniş fermer təsərrüfatları yaratmışıq, quraq torpaqları münbitləşdirib əkin sahələrinə çevirmişik. Buralar bizim daimi iş yerlərimizə çevrilib, yaşayışımızı təmin edirik. Beş ildir ki, canımızdan əl çəkmirlər, bu yaxınlarda da kotan salıb taxılımızı, yoncamızı məhv elədilər. Deyirlər, bu ərazilər satılıb, bir işadamı burda aqropark yaradacaq».
Füzuli rayonu, Harami düzündə məskunlaşmış Füzuli və Laçın köçkünlərinin uzun illər istifadələrində olan əkin sahələri məhv edilib.Muxalifet - 1-09-2017
"Qarabağ” PAOK-un braziliyalı futbolçusunu transfer edib
Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan klubunda keçirəcək
Yay "transfer pəncərəsi”nin son günündə "Qarabağ” növbəti futbolçu transferini həyata keçirib.
Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək.
27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.Muxalifet - 1-09-2017
ABŞ dövlət katibinin istefası gözlənilir – Ağ Evdəki etibarlı mənbə
ABŞ Prezidenti Donald Tramp köməkçilərindən, müşavirlərindən və kabinet üzvlərindən narazıdır.
“Vaşinqton Post” qəzeti bu məlumatı Ağ Ev sahibinin yaxın ətrafındakı mənbəyə əsasən yayıb.
Məlumata görə, dövlət katibi Reks Tillersonla prezident arasında Əfqanıstana əlavə ABŞ hərbçilərinin göndərilməsi məsələsi ətrafında fikir ayrılığı mövcudur. Bundan başqa Tramp Tillersonun Kuba və Qətərlə bağlı mövqeyindən də narazıdır.Muxalifet - 1-09-2017
Xaçmazda KamAZ VAZ-2106 ilə toqquşdu: sürücü ödü
Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
ARB TV xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunda "KamAZ" yük maşını VAZ-2106 ilə toqquşub.
Nəticədə, VAZ-ın sürücüsü Xaçmaz rayon Müşgül kənd sakini 49 yaşlı Əkbər Abdullayev ölüb.
Mərhumun meyiti Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.Muxalifet - 1-09-2017
Tramp Nazarbayevi ABŞ-a dəvət etdi
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Tramp Nazarbayevi Vaşinqtona rəsmi səfərə dəvət edib./axar.azMuxalifet - 1-09-2017
Aeroport yolunda 16 yaşlı oğlanı maşın vurub
Yaralının vəziyyəti ağırdır
Hava limanına gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
2001-ci il təvəllüdlü Kazımov Emin Polad oğlu yolun Bülbülə qəsəbəsinə ayrılan hissəsində yerüstü piyada keçidindən istifadə etmədən qarşı tərəfə keçərkən onu maşın vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Sürücü Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 2-09-2017
26 yaşlı qızı maşın vurub – BAKIDA
Sürücü saxlanılıb
Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Insident 1991-ci il təvəllüdlü Tağıyeva Nəhayət Arif qızı yolu keçmək istəyən zaman baş verib.
Qəzanı törədən sürücü yaralını xəstəxanaya aparıb. Daha sonra o, Nəsimi Rayon Polis İdarəsinin 20 Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün avtomobili cərimə meydançasına aparılıb.Muxalifet - 2-09-2017
Məscidə namaz qılmağa gələn şəxs bıçaqlanıb - BÜLBÜLƏDƏ
Hadisəni törədən şəxs saxlanılıb
Bakının Suraxanı rayonu ərazisində yerləşən məscidlərdən birində bıçaqlanma hadisəsi baş verib.
Bülbülə qəsəbəsində yerləşən məscidə namaz qılmağa gələn 21 yaşlı Məmmədov Kamran Əhməd oğluna tanımadığı şəxs bıçaqla qəfil hücum edib. Nəticədə K.Məmmədov bıçaqlanıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.Muxalifet - 2-09-2017
Azərbaycan yığması Norveçə məğlub olub - Video
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VII tur matçına çıxıb.
Robert Prosineçkinin baş məşqçisi olduğu kollektiv Osloda Norveç yığması ilə qarşılaşıb.Muxalifet - 2-09-2017
"Qarabağ" daha bir əcnəbi futbolçunu transfer edib
Ağdam klubu Norveç yığmasının yarımmüdafiəçisini heyətinə cəlb edib
Ağdamın “Qarabağ” klubu yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.
Komandamız Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.Muxalifet - 2-09-2017
Boksçumuz Məhəmmədrəsul Məcidov dünya çempionatının finalına çıxıb
Boksçu finala gedən yolda avstraliyalı rəqibini mübarizədən kənarlaşdırıb
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib.
Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.
+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.Muxalifet - 2-09-2017
Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub
Bu, XİN-in Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra mümkün olub
Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı, Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və Əliyev Fərid Hüseyn oğlu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra 31 avqust 2017-ci ildə azad olunub.Muxalifet - 2-09-2017
Tramp dünya liderlərinin BMT-də islahatlar üzrə zirvə toplantısını keçirəcək - Reuters
ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də Nyu-Yorkda dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısını keçirmək niyyətindədir.
Bu barədə Reuters agentliyi xəbər verib.
Görüşə 10 bənddən ibarət deklarasiyanı imzalayan ölkə liderləri dəvət ediləcək.
Məlumata əsasən, deklarasiyada BMT-də effektiv və məqsədəuyğun islahatların başlanılmasına çağırış ifadə olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.Muxalifet - 2-09-2017
Deputatdan Səfirliklərə etiraz: “Dələduzluqla məşğuldurlar”
"Son vaxtlar Azərbaycan vətəndaşlarına qarşı ayrı-ayrı ölkələrin Bakıdakı səfirlikləri tərəfindən sadəcə tərbiyəsizlik kimi qiymətləndirilə biləcək hərəkətlər edilir. Buna bəlkə də dələduzluq da demək olar".
Bunu millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində yazıb.Muxalifet - 2-09-2017
İrəvan çıxılmaz vəziyyətdə: ABŞ həqiqətləri açır
Amerikalı həmsədrin Qarabağla bağlı son açıqlaması gündəmdə olan və bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bir amildir. Çünki həmin fikirlər BMT Təhlükəsizlik Şurasının qətnaməsində öz əksini tapıb.
Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili hesab edir ki, sözügedən bəyanatın Ermənistanda narahatlıqla qarşılanmasının bir neçə səbəbi var:Muxalifet - 2-09-2017