Axtarış

The search found 105779 results in 0.026 seconds.

Search results

  1. FSB Kadırova nifrət edir, istənilən an... - Feygin

    Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovdan hakimiyyətdə qalmaq üçün istifadə edir.
     
    Bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı ekspert Mark Feygin söyləyib.

    Muxalifet - 2-09-2017

  2. Müharibəyə imkan verməyəcəyəm - Prezident

    Dnestryanıda müharibənin yenidən alovlanmasına imkan verməyəcəm.
     
    Bunu Moldova Prezidenti İqor Dodon deyib.
    “Kişinyov Dnestryanıya heç vaxt hücum etməyəcək. Bizim belə bir imkanımız yoxdur. Mən Moldovadakı bütün hərbi bazaları təsadüfən yoxlamadım. Bizim müharibəyə hazırlaşmağımızla bağlı heç nə yoxdur. Kişinyov belə bir səhv etməz. Bir Ali baş Komandan kimi heç vaxt buna imza atmaram”, - Dodon “NTV-Moldova”ya müsahibəsində deyib./axar.az

    Muxalifet - 2-09-2017

  3. Kişi arvadını və qayınatasını bıçaqladı - GƏNCƏDƏ

    Hələki kimliyi açıqlanmayan ər isə polis tərəfindən saxlanılıb
     
    Gəncədə kişi arvadını və qayınatasını bıçaqlayıb. 
    Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlu və 1975-ci il təvəllüdlü Bayramova Fərqanə Mübarız qızı bıçaqlanıb.

    Muxalifet - 2-09-2017

  4. Gəncə sakini Göygöldə qətlə yetirilib

    Göygöl rayonunda qətl hadisəsi törədilib.
     
    Hadisə rayonun Hacıməlikli kəndi ərazisində qeydə alınıb. Gəncə sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Faləddin oğlu bıçaqlanaraq qətlə yetirilib.
     Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
     Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır./apa

    Muxalifet - 2-09-2017

  5. Vahid Ələkbərov bu il 700 mln. dollar itirib

    2017-ci ilin 8 ayı ərzində rusiyalı 28 milyarderin məcmu sərvəti 17,099 mlrd. dollar artıb.
     
    Bu barədə "Bloomberg Billionaires Index" (BBI) sisteminin təqdim etdiyi məlumatlardan məlum olub.
    Məlumata əsasən, Rusiya Federasiyasının ən zəngin şəxsi olan "Severstal" şirkətinin əsas səhmdarı Aleksey Mordaşovun sərvəti ilin əvvəlindən 1,49 mlrd. dollar artaraq 18,4 mlrd. dollara çatıb.
     İkinci yerdə qərarlaşan "Norilsk nikeli"nin prezidenti Vladimir Potanin sərvəti hesabat dövründə 905 mln. artıb. Hazırda Potaninin sərvəti 17,5 mlrd. dollardır.

    Muxalifet - 2-09-2017

  6. Hərbi hissələrdə "Açıq qapı" günü keçirilir

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.
     
    Müdafiə Nazirliyindən verilən məlumata görə, ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

    Muxalifet - 2-09-2017

  7. Aeroport yolunda ağır qəza

    Bu gün səhər saatlarında aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    Big.Az xəbər verir ki, 99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli “Mercedes Benz E-Class” markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər nəqliyyat vasitələrinə çırpılıb.
    Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər “Mercedes Benz S-Class” zədələnib. Xəsarət alanların olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.
    Qəza yerinə dərhal Yol Patrul əməkdaşları və Təcili Tibbi Yardım maşınları cəlb edilib.

    Muxalifet - 2-09-2017

  8. Bayramdan sonra yaranan çirkin mənzərə

    Ötən gün Azərbaycanda Qurban bayramı qeyd olunub.
     
    ARB TV xəbər verir ki, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir.
    Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır.

    Muxalifet - 2-09-2017

  9. 240 minlik qoşunla MÜHARİBƏ MƏŞQİ: Qərb Rusiyadan şübhələnir

    Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır.
     
    Bunu “Qərb-2017” Belarus-Rusiya birgə hərbi təlimlərin ssenarisini təqdim edən Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə deyib.
    Sentyabrın ortalarında keçiriləcək təlimlərdə nizami qoşunun hərbi qulluqçularından başqa ehtiyatdan çağırılan hərbi qulluqçular iştirak edəcəklər.
    Şərti dövlətlərin hücumu

    Muxalifet - 2-09-2017

  10. Kürdlərə dəstək verəcəyik - ABŞ

    Deyr əz-Zoru azad etmək əməliyyatında Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstək verəcəyik.
     
    Bunu İŞİD-ə qarşı vuruşan koalisiyanın amerikalı komandanı Stefen Tousend deyib.
    Amerikalı komandan Menbiç, Tabka və Rakka təcrübələrinə əsaslanaraq SDQ-nin bölgə xalqı tərəfindən qəbul ediləcək bir güc olacağını düşündüklərini bildirib.
    Tousend bildirib ki, SDQ-nin əlində təyarə və tank olmasa da, təşkilat kiçik çaplı silahlarla böyük mübarizə aparır.

    Muxalifet - 2-09-2017

  11. Rusiya ABŞ-a etiraz notası verib

    Rusiya XİN həmçinin Moskvanın cavab tədbirləri hüququnu özündə saxladığını qeyd edib
     
    Rusiya ABŞ-a etiraz notası verib.
    Məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
    XİN-in ABŞ-ın Moskvadakı səfirliyinin müşavir-elçisinə təqdim etdiyi etiraz notası ABŞ-ın Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarışlar aparılması planları ilə əlaqədar.

    Muxalifet - 2-09-2017

  12. Ağstafada 60 yaşlı qaynaqçı iş başında ölüb

    Ağstafa rayonunda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
     
    Hadisə rayon ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib.
    Belə ki, evlərdən birində qaynaq işləri ilə məşğul olan 60 yaşlı Faiq Tofiq oğlu Bilalov iş prosesi zamanı xəsarət alaraq ölüb.
    İlkin ehtimala görə, onu elektrik cərəyanı vurub.
    Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Muxalifet - 2-09-2017

  13. Ermənistanda universitet müəlliməsi oğurlanıb

    İlkin məlumatlara görə, qadını 26 yaşlı gənc oğurlayıb
     
    Ermənistanda Yerevan Dövlət Universitetinin müəlliməsi oğurlanıb.
    30 yaşlı qadını universitet binası qarşısından qaçırıblar.
    İlkin məlumatlara görə, müəllimə 26 yaşlı gənc tərəfindən qaçırılıb. Qaçıran və qaçırılan şəxslərin tapılması üçün tədbirlər görülüb.

    Muxalifet - 2-09-2017

  14. Ukraynanın Miqrasiya Xidməti Saakaşvilinin qardaşını sərbəst buraxıb - YENİLƏNİB

    David Saakaşvili ölkədə qalma rejimini pozulduğuna görə saxlanılıb
     
    Ukraynanın Miqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qardaşı David Saakaşvilini sərbəst buraxıb.
    "İnterfaks" xəbər verir ki, bu barədə vəkil Pavel Boqomazov məlumat verib.
    "Onlar David haqqında hansısa sənədlər hazırlamağa çalışıb. Bu nə sənədlərdir, təəssüf ki, indiyə qədər biz də bilmirik. Heç onun özünə də normal izah etməyiblər. Əlinə də heç bir sənəd verməyiblər", - deyə vəkil bildirib.
    ***15:06

    Muxalifet - 2-09-2017

  15. ABŞ-da 100 min insan Corc Sorosu terrorçu elan edib

    Petisiyanı imzalayanlar onun bütün əmlakının əlindən alınmasını tələb edirlər
     
    Milyarder Corc Sorosun terrorçu elan olunması və bütün əmlakının əlindən alınması ilə bağlı Ağ evin saytında yaradılan petisiyanı 100 mindən çox adam imzalayıb.
    TASS xəbər verir ki, Ağ evin ixtisaslaşmış veb-platformasının məlumatları bu həddə dünən çatıldığını göstərir.
    Administartasiyanın sənədə reaksiya verməsi üçün məhz 100 min imza həddi müəyyənləşdirilib.

    Muxalifet - 2-09-2017

  16. “Mehman 10 günlüyü” keçiriləcək

     “Ölkə mediasında “Mehman 10 günlüyü” keçirmək niyyətindəyik”.
     
    Bu barədə “Mehman Əliyevə Azadlıq Komitəsi”nin təmsilçisi Əvəz Zeynallı bildirib.
    Əvəz Zeynalının sözlərinə görə, 10 gün ərzində Mehman Əliyevlə bağlı ardıcıl şəkildə yazılar və başqa materiallar nəşr etmək fikrindədirlər. Ə.Zeynallı deyib ki, üzərində M.Əliyevin əksi olan köynəklərin hazırlanması da nəzərdə tutulur:
    “Jurnalistlərdən belə təklif gəlib ki, M.Əliyevin müdafiəsilə bağlı media mənsublarının aksiyası da keçirilsin”-deyə o,bildirib.

    Muxalifet - 2-09-2017

  17. Qərb Azərbaycana siyasi məhbus məsələsində ciddi mesaj verməlidir - Rəsul Cəfərov

    Beynəlxalq təşkilatlar Turan İnformasiya Agentiyinin direktoru Mehman Əliyevin həbsini pisləyir və bunu Azərbaycanda son müstəqil kütləvi informasiya vasitəsinə hücum kimi qiymətləndirir.
     

    Muxalifet - 2-09-2017

  18. Dini Komitə rəsmisindən Bakı İslam Universitetinə sərt ittihamlar

    Bakı İslam Universitetinin məzunlarının bir qisminin dünyəvi və dini bilikləri, eləcə də dünyagörüşləri məhduddur. Buna görə də, onların cəmiyyət tərəfindən ixtisaslı və sağlam ruhlu mütəxəssis kimi qəbul edilmələrində ciddi problemlər mövcuddur.
     
    Modern.az saytının məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ” adlı kitabında bildirib.

    Muxalifet - 2-09-2017

  19. Saakaşvili qardaşının həbsindən danışdı: Məni çox pis tanıyırsınız!

    Bu gün səhər saatlarında daxili işlər naziri Avakovun 8 nümayəndəsi Kiyevdə qardaşım David Saakaşvilini evindən çıxarkən saxlayıb naməlum istiqamətə aparıblar. O hüquqşünasdır, Ukraynada yaşamaq üçün sənədi var.
     
    Görünür, bu üsulla mənə təsir etməyə çalışırlar ki, qayıtmaq fikrindən daşınım. Siz məni çox pis tanıyırsınız!
    Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb.

    Muxalifet - 2-09-2017

  20. Güclü külək Qəbələdəki yanğını geniş ərazilərə yayır

    Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.
     
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub.

    Muxalifet - 2-09-2017

Pages