Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
"Rafiq Hüseynovun səhhətində irəliləyiş yoxdur" – Həyat yoldaşı
"Rafiq Hüseynovun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur".
Bu barədə APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, xalq artisti hələ də reanimasiyadadır: "Əməliyyatdan sonrakı müalicələr davam edir. Səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Mən ümid edirdim ki, bu gün palataya köçürüləcək, amma həkimlər dedi ki, hələlik bu mümkün deyil. Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra bu cür hallar gözləniləndir".Muxalifet - 2-09-2017
İranlı general Qərbi hədələdi: “Bizə hücum etmək...”
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri “Xatəm ül-Ənbiya” hava hücumundan müdafiə qərargahının işçiləri qarşısında çıxış edərək xarici müdaxiləçilərin mümkün hücumundan danışıb.
Muxalifet - 2-09-2017
Ququşun Ermənistandakı konsert biletinin qiyməti – 600 dollar
Əslən Güney Azərbaycandan olan müğənni Ququşun (Faiqə Atəşin) İrəvana gəlişinə qədər Ermənistanda konsert biletlərinin qiyməti heç vaxt 150 min dramdan yuxarı olmayıb.
Erməni KİV xəbər verir ki, İrəvanda ilk dəfə Ququşun konsertindəki bilet 300 min dram (600 dollardan çox) dəyərində satışa çıxarılıb.
Avqustun 31-də Karen Demirçyan adına idman-konsert kompleksində keçirilən konsertin ən ucuz biletinin qiyməti isə 37500 dram olub.Muxalifet - 2-09-2017
Blogerin Avropa Məhkəməsinə 3-cü şikayəti göndərildi
14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloger Mehman Hüseynovun həbs olunmazdan əvvəl ölkədən çıxışına 3 ildən artıq yasaq qoyulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət göndərilib.
Bu barədə jurnalistin vəkili Zübeydə Sadıqova məlumat verib.
Vəkilin bildirdiyinə görə, sözügedən işdə yerli məhkəmələr M.Hüseynovun şikayətini qanuni araşdırmayıblar.Muxalifet - 2-09-2017
Gəncə sakini arvadının qulağını kəsdi – YENİLƏNİB - VİDEO
Göygöl rayonunda qətl törədilib.
“ARB 24”dən virtualaz.org-a verilən məlumata görə, hadisə Hacıməlikli kəndi yaxınlığında düzənlik adlanan yerdə qeydə alınıb. Gəncə sakini 31 yaşlı Tural Məmmədov həmin yerdə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
***
Gəncədə isə qadın bıçaqlanıb.Muxalifet2 - 2-09-2017
Həcc ziyarətində 39 zəvvar dünyasını dəyişib
Dünyasını dəyişənlər arasında Misir və Əlcəzair sakinləri üstünlük təşkil edir
Bu il Həcc ziyarətinin başlanğıcından Məkkədə ərəb ölkələrindən olan 39 zəvvar ölüb.
Bu barədə "Okaz" qəzetində dərc edilmiş statistik məlumatlarda bildirilir.Muxalifet2 - 2-09-2017
Erməni saytı “Voskanapat”ın təxribatı
Azərbaycanı "bəsit propaqandada" ittiham edən erməni xadimləri əslində özləri alçaq və çirkin yalanlara, provokasiyalara ve dezinformasiyalara əl atırlar.
Bunun bariz nümunəsi “Voskanapat” saytının Turan agentliyinin redaktoru Şahin Hacıyevə istinadla Giləzi yaxınlığında hərbi obyektdə partlayışın səbəbləri barədə yaydığı "informasiyanı" göstərmək olar.Muxalifet - 2-09-2017
Polis "narko-göyərçini" güllələdi – HƏBSXANAYA NARKOTİKA DAŞIYIRMIŞ
Bu narkotik daşıyan göyərçin may ayında Küveyt-İraq sərhədində polis tərəfindən tutulub
Argentina polisi həbsxanaya narkotik daşıyan poçt göyərçinini güllələyərək öldürüb, həbsxana
rəsmiləri deyib.
Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, göyərçin Santa Rosa şəhərində yerləşən həbsxanaya uçarkən müşahidə edilib.
Məlumata görə, polis zabitləri göyərçinin belində daşıdığı kiçik çantanın içində uyuşdurucu həblər, marixuana və bir USB kartı aşkar ediblər.Muxalifet2 - 2-09-2017
Ağcaqanadı ölümlə təhdid edən kişiyə Twitter qadağan edildi - YAPONİYADA
Yaponiyada bir Twitter istifadəçisi bir ağcaqanada qarşı ölüm təhdidləri etdiynə görə sosial şəbəkədən çıxarılıb.
Təhqir və ya hədələr tvitləyən istifadəçilərə Tvitter bəzən qadağan edilir, lakin şəbəkənin @nemuismywife istifadəçisinə qadağan qoyulması qərarı sosial şəbəkədə istehza ilə qarşılanıb.
Hər şey avqustun 20-si, istifadəçi televizora baxarkən ağcaqanad tərəfindən dişləndiyindən sonra başlanıb.
Ağcaqanadı öldürdükdən sonra, o, tvitləyib: "Oturub dincələrək televizora baxanda mənim hər yerimi dişləməkdən nə ləzzət alırsan? Öl! (Əslində sən artıq ölmüsən)."Muxalifet2 - 2-09-2017
“Rusiya kəşfiyyatının Azərbaycanda təxribat törətmək imkanları çox genişdir...” – KEÇMİŞ MTN ZABİTİ
“Bu partlayış səhlənkarlığın, məsuliyyətsizliyin nəticəsidir”
Azərbaycanda bəzi ekspertlər ötən bazar günü Xızıdakı hərbi hissədə baş verən partlayışın Rusiya xüsusi xidmət orqanları tərəfindən törədildiyini istisna etmirlər. Hadisənin baş vermə səbəbi kimi o əsas gətirilir ki, Moskva Azərbaycanın Borjomidə yanğını söndürməyə dəstək verməsindən narazı qalıb. O səbəbdən də hesab edilir ki, Gürcüstandakı yanğından sonra Azərbaycanda belə bir partlayışın baş verməsi təsadüf deyil, hər iki hadisə Rusiya tərəfindən törədilib.Muxalifet2 - 2-09-2017
Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılır
Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılır. “RİA Novosti”nin verdiyi xəbərə görə, axtarış tədbirləri rusiyalı diplomatların iştirakı ilə keçirilir.
Ticarət nümayəndəliyində aparılan axtarışları beynəlxalq konvensiyaları pozan reyder qəsbi adlandırıblar. Diplomatik nümayəndəliyinin fəaliyyəti üçün lazım olan bütün əşyaların diplomatlar tərəfindən çıxarıldığı bildirilir.
Rusiya XİN-i bundan əvvəl Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində planlaşdırılan axtarışla əlaqədar ABŞ səfirliyinə etiraz notası təqdim edib.Muxalifet2 - 2-09-2017
Suriya ordusu İŞİD-in ən böyük dayağını mühasirəyə alıb
Suriyanın hökumət qoşunları Hama vilayətində İŞİD terror qruplaşmasının Akerbat qəsəbəsindəki qalasını mühasirəyə alıb. Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, terrorçularla döyüşlər Akerbatdan 3 kilometr məsafədə gedir.
Öz növbəsində "Federal xəbər agentliyi" də bildirib ki, hökumət qoşunlarının xüsusi bölməsi Akerbatı terror qruplaşmasının döyüşçülərindən azad edib. İtkilər və yaralananlar barəsində məlumat verilmir.
Muxalifet2 - 2-09-2017
İNANILMAZ TAPINTI: ABŞ-da 6 tonluq, 9 metr hündürlükdə dinozavr tapıldı
ABŞ-ın Kolorado ştatında inşaat işçiləri 66 milyon yaşı olan dinozavr skeleti tapıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qalıqları incələyən ekspertlərin rəyinə görə, skeletin ağırlığı 6 ton, hündürlüyü 9 metr olub. Çox nadir növlərdən olan dinozavr skeleti Kolorado ştatının Tornton şəhərində təsadüfən inşaat işçiləri tərəfindən tapılıb.
Trikeratops dinozavrına aid olduğu deyilən skeletin 66 milyon il əvvəl basdırıldığı ehtimal olunur.Muxalifet2 - 3-09-2017
"Qarabağ"ın yeni transferi - Elyunussini yaxından tanıyaq - VİDEO
“Qarabağ”ın yeni transferi Tarik Elyunussinin vurduğu qollar və qol ötürmələrindən hazırlanmış videogörüntünü təqdim edirik.
Muxalifet2 - 3-09-2017
Azərbaycan boksçusu 3 qat dünya çempionu oldu
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.
Muxalifet.az xəbər verir ki, 91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb.
Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.Muxalifet2 - 3-09-2017
Gəlin maşını piyadanı vuraraq öldürüb – BAKIDA
Hadisəni törətmiş sürücü saxlanılıb
Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
Hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 3-09-2017
Messi 2018-ci ilin yayında "Barselona"nı tərk edəcək - "Daily Post"
Futbolçu öz klubunun transfer siyasətindən narazıdır
Futbol üzrə Argentina yığma komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında "Barselona" klubunu tərk etmək niyyətindədir.
Bu barədə "Daily Post" bildirib.
Nəşr qeyd edib ki, futbolçu öz klubunun transfer siyasətindən narazıdır. Buna görə də "Barselona" ilə müqavilənin müddətini uzatmır.
Hazırda qüvvədə olan razılaşma 2018-ci ilin yayında başa çatacaq. Bundan sonra hücumçu Kataloniya klubunu tərk edəcək.Muxalifet - 3-09-2017
KXDR ballistik raket üçün hidrogen bombası yaratdığını bildirib
KXDR lideri Kim Çen In hazırlığa şəxsən baxıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası ballistik raket üçün döyüş başlığı kimi qurulmuş hidrogen bombasının yaradıldığını bildirib.
Bu barədə "Renxap" KXDR-in agentliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, KXDR lideri Kim Çen In hazırlığa şəxsən baxıb. Şimali Koreya agentliyi iddia edir ki, Koreya Xalq Demokratik Respublikası ölkədə silahlanmanın inkişafında "əlamətdar addım" olan daha təkmil nüvə silahını hazırlamağı bacarıb.Muxalifet - 3-09-2017
DÇ: Azərbaycan millisi dünya çempionatında dördüncü yeri tutub
Çempionatda medal əldə edən ölkələrin siyahısı açıqlanıb
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb.
Doqquz gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Mundialda 10 çəkidən 4-də təmsil olunan Azərbaycan yığması 2 medal yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada bütün komandaları qabaqlayıb.Muxalifet - 3-09-2017
ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 44 nəfərə çatıb
Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir
ABŞ-da tüğyan edən "Harvi" qasırğası qurbanlarının sayı 44 nəfərə çatıb.
Bu barədə "Associated Press" xəbər verib.
Qeyd edilir ki, qasırğa artıq 8-ci gündür Texas ştatında tüğyan edir. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir və zərərşəkənlərə yardım göstərirlər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Harvi" qasırğasından zərər çəkən Texas ştatını bərpa edəcəyini və dirçəldəcəyini söz verib.Muxalifet - 3-09-2017